Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Süd vəzisinin xərçəngindən qorunmağın yolları
Süd vəzisinin xərçəngindən qorunmağın yolları
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 2479
Səs ver:

 

http://imgs.su/tmp/1314942471-656.jpg

 

Son dövrlər ətrafımızda heç gözləmədiyimiz qadınlarda da bu xəstəlik tapılır. Demək heç birimiz bundan sığortalı deyilik. Qorunmağın yollarını öyrənin.


Hər hansı bir xəstəliyə tutulma ehtimalını artıran hər şey risk faktorudur. Məsələn, uzun müddət günəş işığına məruz qalmaq dəri xərçəngi; siqaret çəkmək, ağciyər xərçəngi üçün risk faktorudur.

Bəzi risk faktorlarını, insanın yaşı, cinsi və ya irqi kimi dəyişdirmək mümkün deyil. Faktorların bəziləri insanın həyat tərzi ilə əlaqəlidir: siqaret çəkmək, alkoqol qəbulu və qidalanma tərzi kimi.

Dəyişdirilməsi mümkün olmayan risk faktorları
Cinsi: Süd vəzisi xərçəngi üçün əsas risk faktoru qadın olmaqdır. Kişilərdə də rastlanır, amma qadınlarda kişilərə nisbətən 100 qat daha çoxdur.

Yaşlanma: Qadınların süd vəzisi xərçəngi olma riski yaşları ilə birlikdə artır. Süd vəzisi xərçənginin 1/10-i 40 yaşın altındakı qadınlarda, 2/3-si isə 55 yaşın üstündəki qadınlarda rastlanır.
İrsi risk faktorları: Bütün süd vəzisi xərçənglərinin təxminən 10%-nin irsi olduğu məlumdur.

Süd vəzisi xərçənglərində ən çox BRCA1 və BRCA2 genlərində mutasiya olur. İnsan bu genin pozulmuş və mutasiyaya məruz qalmış formasını irsi yol ilə ailəsindən almışsa, süd vəzisi xərçəngi olma riski çox yüksəkdir. Riskli ailələrdə bu genlərə baxılmalıdır.
Şəxsi anamnezində süd vəzisi xərçəngi olması: Bir süd vəzisində xərçəng olan xəstənin digər süd vəzisində də xərçəng olma riski, sağlam qadınlara nisbətən 4 dəfə daha çoxdur.

Yoğun süd vəzisi toxuması: Mammoqrafiyada süd vəzisi toxuması yoğun olan qadınlarda süd vəzisi toxuması çoxdur, yağ toxuması azdır və buna görə də süd vəzisi xərçəngi riski daha yüksəkdir.
Aybaşı dövrləri: İlk aybaşı yaşının kiçik olması və ya klimaks dövrünün gec başlaması, yəni aybaşı dövrünün daha uzun olduğu qadınlar daha çox süd vəzisi xərçəngi riski daşıyırlar. Bunun səbəbi isə daha uzun müddət esterogen və progesteron hormonlarına məruz qalmalarıdır.

Əvvəldən süd vəzisi divarına şüa ilə müalicə alınması: Uşaqlığında və ya erkən gənclik dövründə, məsələn limfoma və ya başqa bir malin şiş səbəbiylə süd vəzisi divarına şüa müalicəsi almış qadınlar, sonrakı dövrlərdə süd vəzisi xərçəngi baxımından daha yüksək risk daşıyırlar.

Həyat tərzi ilə əlaqədar olan süd vəzisi xərçəngi riski

Heç uşaq sahibi olmamaq və ya gec uşaq sahibi olmaq: Heç övladı olmamış olan və ya ilk övladına 30 yaşından sonra sahib olan qadınların süd vəzisi xərçəngi olma riski bir az daha yüksəkdir. Çox hamiləlik yaşamaq və ilk hamiləliyin erkən yaşlarda görülməsi isə süd vəzisi xərçəngi riskini aşağı salır.

Kontraseptiv dərmanlar: Araşdırmalar, kontraseptiv dərmanlarından istifadə edən qadınlarda istifadə nisbətən süd vəzisi xərçəngi riskinin bir az yüksəldiyini göstərmişdir; ancaq bu risk dərmanın kəsilməsindən sonra dərhal düşür. Son 10 il ərzində bu tabletlərdən istifadə etməyən bir qadının süd vəzisi xərçəngi riski normal səviyyəyə düşür. Kontraseptiv tabletdən istifadə etmək istəyən qadınlar, süd vəzisi xərçəngi baxımından digər riskləri də unutulmamalıdır və bu dərmanların qəbuluna başlarkən həkimlə məsləhətləşməlidirlər.

Klimaksdan sonra hormon dəstəyi (HRT): Hormon müalicəsi, klimaks şikayətlərini aradan qaldırmaq və sümüklərdə kalsium azalması (osteoporoz) riskinin qarşısını almaq məqsədilə illərdir istifadə edilir.

Uzun müddət hormon replasman müalicəsi alan klimaks sonrası qadınlarda süd vəzisi xərçəngi riskinin artdığı görülmüşdür. Klimaksdan sonra hormon replasman müalicəsinə başlamazdan əvvəl mümkün olan risk və üstünlüklər diqqətlə qiymətləndirilməli və xəstəyə məlumat verilməlidir.

Əmizdirmə müddəti: Bəzi araşdırmalar, xüsusilə də 1.5-2 il əmizdirən analarda süd vəzisi xərçəngi riskinin daha az olduğunu göstərir. Əmizdirmə müddətinin uzanması ilə süd vəzisi xərçəngi riski arasındakı tərs mütənasibliyin səbəbi, əmizdirmə müddəti ərzində aybaşı sikllərinin durması ola bilər.

Alkoqol qəbulu: Alkoqoldan istifadənin süd vəzisi xərçəngi riskini artırdığı qəti olaraq məlumdur. Artan riskin ölçüsü qəbul edilən alkoqolun miqdarı ilə əlaqədardır. Heç alkoqol qəbul etməyən qadınlarla müqayisədə 1 vahid alkoqollu içki qəbul edən qadının riski bir az yüksəlir; gündə 2 ilə 5 vahid alkoqol qəbulu isə süd vəzisi xərçəngi riskini 1,5 dəfə artırır.

Köklük: Köklüyün, xüsusilə klimaks dövründə süd vəzisi xərçəngi riskini artırdığı məlumdur. Klimaksdan sonra yağ toxuması çox olan qadınların bədənindəki esterogen səviyyəsi də yüksəlir və beləliklə süd vəzisi xərçəngi riski də yüksəlir.

Fiziki aktivliyin azlığı: Gündəlik idman tərzində edilən fiziki aktivliyin süd vəzisi xərçəngi riskini aşağı saldığı haqqında güclü məlumatlar var. Həyata keçirilən bir araşdırma nəticəsində həftədə 75 ilə 150 dəqiqə arası idman, süd vəzisi xərçəngi riskini 18% aşağı saldığı ortaya çıxmışdır. Amerika xərçəng dərnəyi süd vəzisi xərçəngi riskini aşağı salmaq üçün qadınlara həftədə ən az 5 gün ərzində gündə 45-60 dəqiqə idman etməyi məsləhət görür.

Süd vəzisinin xərçəngindən qorunmağın 10 təsirli yolu

1. Alkoqolla vidalaşın!
Aparılan bütün araşdırmalar, alkoqol qəbul edən qadınların süd vəzisi xərçənginə tutulma riskinin daha yüksək olduğunu göstərir. Gündə 2-5 qədəh içən qadınların riskinin heç alkoqol qəbul etməyənlərə nisbətən 1,5 dəfə artdığı məlumdur.

2. Mövzu siqaretdirsə; buraxan qələbə çalar !
Süd vəzisi xərçəngi ilə siqaret arasındakı birbaşa bağlantı dəqiq olaraq ortaya qoyulmamasına baxmayaraq, tədqiqatçılar, erkən yaşdan etibarən siqaret çəkən qadınların süd vəzisi xərçənginə tutulma riskinin daha yüksək olduğunu düşünürlər. Siqaretin sadəcə süd vəzisi xərçəngi üçün deyil, ağciyər xərçəngi üçün də ciddi faktor olduğunu unutmamalıyıq.

3. Aktiv olun. Fiziki aktivlik süd vəzisi xərçəngi riskini azaldır. Həftədə 75 ilə 150 dəqiqə arası gəzintiyə çıxan qadınların süd vəzisi xərçəngi olma riskinin 18 % azaldığı məlumdur. Davamlı edilən idman, həm çəkinizin düzənlənməsinə, həm də xərçəng riskini azaltmağa kömək edir. Amerika xərçəng dərnəyi süd vəzisi xərçəngi riskini aşağı salmaq üçün qadınlara həftədə 5 gün olmaqla gündə 45-60 dəqiqəlik idman etməyi məsləhət görür.

4. Ailəvi riskiniz haqqında məlumatınız olsun.
Anamnezdə fərdi və ya ailəvi süd vəzisi xərçənginin olması riski artırır. Əgər ailənizdə süd vəzisi xərçəngi olan bir yaxınınız varsa, bu haqda həkiminizə məlumat verməlisiniz. Süd vəzisi xərçənglərinin bir hissəsinin ailəvi mənşəli olduğu məlumdur. Ananız və ya bacınızda süd vəzisi xərçənginin olması sizin də mütləq süd vəzisi xərçəngi olacaqınız mənasını daşımır, ancaq ailəvi süd vəzisi xərçəngi riski varsa, müayinələr və analizlərdən keçmək lazımdır və xüsusi tibbi baxım gərəklidir.

5. Mümkün olduğu qədər üzün müddətli hormon müalicələrindən uzaq durun. Uzun müddət hormon replasman müalicəsi almaqla süd vəzisi xərçəngi arasındakı əlaqə, araşdırmalar sayəsində ortaya qoyulmuşdur. Xüsusilə esterogen + progesteronun birlikdə müalicəsi bu riski daha da artırır. Dərmanların kəsilməsindən sonra 5 il ərzində risk səviyyəsi aşağı düşür. Hormon müalicəsi mammoqrafiyaların diaqnostik qabiliyyətini də aşağı salır. Əgər klimaks sonrası hormon müalicəsi veriləcəksə, həkiminizlə birlikdə digər fərdi və ailəvi risklərinizi gözdən keçirməlisiniz.

6. Süd vəzilərinizi hər ay yoxlayın.
Hər ay süd vəzilərinizi yoxlamağınız, bəlkə süd vəzisi xərçəngi riskinizi azaltmayacaq, amma erkən diaqnoz qoyulmasına kömək edəcək. Diaqnoz ne qədər erkən olsa, müalicə bir o qədər asan olur; süd vəzisini almağa ehtiyac qalmır.

7. Yağı az olan qidalarla bəslənin.
Yağı az olan qidalarla gidalanmaq, sadəcə köklük riskini deyil, süd vəzisi xərçəngi riskini də azaldır. Süd vəzisi xərçənginin inkişafında esterogen hormonunun vacib rol oynadığı məlumdur. Yağ toxuması esterogen hormonu ifraz edir və bu xüsusiyyəti ilə klimaks sonrasında vacib bir risk əmələ gətirir. Gidalarla alınan yağın miqdarı ilə süd vəzisi xərçəngi arasındakı əlaqəni araşdıran tədqiqatlarda bir-birindən fərqli nəticələr bildirilmişdir, ancaq köklük ilə əlaqədar həyata keçirilən bütün araşdırmalar süd vəzisi xərçəngindəki vacib rolunu ortaya çıxarır.

8. Mammoqrafiya çəkdirməyi unutmayın.
Özünüz özünüzü müayinə etdiyinizdə olduğu kimi mammoqrafiya da süd vəzisi xərçəngi riskinin qarşısını almır, ancaq erkən diaqnostika üçün çox vacibdir. Çünki mammoqrafiya ilə şişin kütlə əmələ gətirərək ələ gəlməsindən daha əvvəl diaqnoz qoyula bilir. Heç şikayətiniz olmasa da 40 yaşınızda mütləq mammoqrafiya çəkdirin.

9. Erkən yaşda uşaq sahibi olun; əgər bu mümkündürsə...
Heç uşaq sahibi olmamaq və ya ilk uşağını gec yaşlarda dünyaya gətirmək süd vəzisi xərçəngi riskini artırır.

10. Uşağınızı uzun müddət əmizdirin.
Hamiləlik zamanı və sonrakı əmizdirmə dövründə aylıq aybaşı siklləri illə əlaqədar olaraq hormon aktivliyi durmuş vəziyyətdə olduğuna görə süd vəzisi xərçəngi riski də azalır. Bu məlumatlar erkən klimaksdan sonra düşən risk ilə də uyğundur.


 



Şərhlər:
Baxılıb: 2479
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz