Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Ginekoloji müayinə
Ginekoloji müayinə
Göndərən: Pure Love
Şərhlər:
Baxılıb: 3432
Səs ver:
 
Qadınlar həyatlarının müəyyən dövrlərində ya bir şikayətləri olduğu üçün, ya bir xəstəlik haqqında məlumat almaq üçün ya da illik adi müayinələrini etdirmək üçün Qadın Xəstəlikləri və Doğum Mütəxəssisinə müraciət edərlər.
Daha əvvəl ginekoloji müayinə keçirmiş olanlar hər hansı bir qorxu hiss etmək üçün bir səbəb olmadığını bildiklərindən rahatdırlar. Ancaq ilk dəfə bir  ginekoloji müayinəsindən keçəcək qadınlar haqlı olaraq qorxu və maraq hiss edə bilərlər. Bu qorxu üzündən bir gecə əvvəlndən yuxusuz qalan ya da müayinə olmağı davamlı təxirə salan çox sayda qadın vardır. Bu yazını oxuduqdan sonra müayinə əsnasında sizi nələri gözlədiyini öyrənəcək və daha az narahatlıq yaşayacaqsınız.
Ginekoloji müayinənin sizin sağlamlığınızı qorumaq və ya var olan bir probleminizə açıqlıq gətirmək baxımından əhəmiyyətli bir hal olduğu üçün həkimlə danışsanız və sizi narahat edən sualların hamısını rahatca soruşsanız ginekoloji müayinədən fayda almış olarsınız.
Ginekoloji müayinə menstruasiyanın dövrünün hansı vaxtında edilər?
Ginekoloji müayinə ümumiyyətlə  menstruasiya olmadığı bir zamanda reallaşdırılar. Ancaq bəzi vəziyyətlərdə və xüsusi ilə də ağrı, həddindən artıq qanama kimi vəziyyətlərdə bu qaydanı pozmaq olar. Lazımlı olan hər vəziyyətdə və xüsusi ilə də təcili vəziyyətlərin işıqlandırıla bilməsi üçün qanama olan vəziyyətlərdə də daxil hər vaxt ginekoloji müayinə edilə bilər.
Ginekoloji  müayinə əsnasında həkiminizin sizdən gözlədiyi, suallara açıq və dəqiq cavab verməniz və sağlamlığınızı maraqlandıran detalları gizləməmənizdir. Müayinə otağında həkimin əldə etdiyi məlumatlar onun heç kimlə və hətta xüsusi vəziyyətlər xaricində həmkarları ilə belə paylaşmadığı sirlərdir. Bu sirləri saxlamaq hər həkim üçün peşəsi bir qürurdur.
Ginekoloji müayinə sual - cavabla (latınca: "anamnez") ilə başlar.
Bu sual - cavabda həkim bu sualların cavablarını axtarar:
Ümumi Suallar
Yaş: Subaymı / Evlimi? (neçə ildir evli). Subaysa, kişi həmakrının olub olmadığı və intim əlaqə olub - olmadığı haqqda, yoldaşının işi və təhsili haqqında soruşular.
Bu andakı şikayət
Nə vaxt başladı? Hər hansı bir həkimə bu şikayət səbəbi ilə  müraciət etdimi? Daha əvvəl bənzər şikayətləri oldumu? Nə müalicə gördü?
Hamiləlik əhvalatı
Daha əvvəl neçə doğum etdi? Neçəsi yaşayır? Daha əvvəl uşaq salma ya da erkən doğum oldumu? Daha əvvəl istənməyən hamiləlik səbəbi ilə  ya da normal olmayan qanama səbəbi ilə abort tətbiq olundumu? 
Ədəd/adət dövrü ilə əlaqədar suallar
* Son menstruasiya vaxtı? Burada istənən məlumat son görülən menstruasiya qanamasının bitdiyi gün deyil, başladığı gündür.
* Neçə gündən bir menstruasiya olur? Burada axtarılan qanamasız keçən günlərin sayı deyil hər iki qanamanın başlanğıc günləri olan vaxtıdır.
* Menstruasiya qanaması neçə gün davam edir? Gündəlik qanama miqdarı nə qədər?
* Son 8-12 ay içində görülən menstruasiyada hər hansı bir problem yaşandımı? Yəni həddindən artıq qanama, menstruasiya gecikməsi, sonrası qanama ya da ara qanaması, ləkələnmə kimi problemlər yaşandımı? 
* Menstruasiya əvvəlindəki bir həftə-10 günlük dövrdə hər hansı bir narahatlıq  hiss etdinmi? 
* Həddindən artıq ağrı olurmu? 
Hamiləlikdən qorunmaqla əlaqədar suallar
* Qorunurmu? 
* Hansı üsulu tətbiq edir? Nə zamandan bəri? Daha əvvəl fərqli bir üsul tətbiq olundumu? 
Genital sistemin sağlamlığını qiymətləndirən digər suallar
* Ən son ginekoloji  qiymətləndirmə nə vaxt edildi? Hər hansı bir xəstəlik  diaqnozu qoyuldumu? Nə müalicə tətbiq olundu?
* Axıntı, qasıq ağrısı, əlaqə əsnasında ağrı, bel ağrısı, sidiklə əlaqədar  problemlər varmı? 
Ümumi bədən sağlamlığıyla əlaqədar suallar
* Daha əvvəl diaqnozu qoyulmuş bir xəstəlik varmı? (təzyiq yüksəkliyi, şəkər xəstəliyi, ürək xəstəliyi, asma, ruh sağlamlığı problemi kimi)
* Daha əvvəl keçirilən bir əməliyyat varmı? (apandisit əməliyyatı, boğazdakı artıq ət, öd kisəsinin alınması kimi) Bu əməliyyatlarda bir sualın yaşandımı? 
* Davamlı istifadə edilən bir dərman varmı? (Ağrı kəsici kimi)
* Dərmanlara və ya başqa maddələrə qarşı allergiya və ya həddindən artıq həssaslıq (yan təsirləri) varmı?
Digər suallar
* Yuxu , qidalanma rejimi necədir?
* Cinsi əlaqəylə əlaqədar problem varmı? 
* Siqaret, spirt ya da digər asılılıq kimi vərdişi varmı?
Bakirə olan bir xanım ginekoloji müayinəyə daha da çəkinərək gəlir. Hətta bəzi qadınlar əvvəldən həkimi ya birbaşa axtararaq, ya da həkimə müayinə olmuş kəslərdən məlumat yığaraq buhəkimin müayinə yerinə ultrasonografiyle qiymətləndirmə edib etmədiyini araşdırarlar. Unutmayın: Ultrasonografi bir göstərmə üsuludur və əsla əllə müayinənin yerini tam olaraq tuta bilməz. Əllə müayinədə müayinə edilən bölgənin ağrıya həssas olub olmadığı, kütlə varlığı vəziyyətində kilidlənin konsistensiyası və digər bəzi xüsusiyyətləri ultrasonografi araşdırmasıyla aydın ola bilməz.
Bakirə bir qadının müayinəsində spekulum müayinəsinə qədərki mərhələlər eynidir.  Rektal (makattan) cüt əllə müayinə məqsədi ilə  sağ işarə barmağı vazelinle sürüşkənləşdirildikdən sonra rektuma yerləşdirilər və sol əl də qarının alt qisiminə yerləşdirilər. Vaginal müayinədəki məlumatların bütünü bu müayinədə əldə edilər. Bu müayinə yüngül narahatlıq verici olmasına qarşı çox əhəmiyyətli məlumatlar verməsi səbəbi ilə  edilməsində fayda vardır.
 
/Mənbə:Qadınlar.biz/


Şərhlər:
Baxılıb: 3432
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz