Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Xüsusi günlərdə sancılar
Xüsusi günlərdə sancılar
Göndərən: Ayten Melek
Şərhlər:
Baxılıb: 2579
Səs ver:
Adət günləri zamanı qarın boşluğunun alt hissəsində daimi və şiddətli sancılarla bərabər bədənin bütün hissələri ilə bağlı bir neçə şikayətlərin olmasına biz sancılı adət görmə və ya dismenor deyirik.

Ağrılı və sancılı xüsusi günlərdə sancılar, adət başlamadan bir-iki gün əvvəl qarın boşluğunun alt hissəsində sıxılma, təzyiq edici küt ağrılar şəklində özünü biruzə verir. Ağrı belə və ombaya doğru yayılır, bəzən də əzələ dartılması şəklində artır. Ağrılar xüsusi ilə adətin ilk günü çox şiddətli olur. Ağrıdan əlavə qadında mədə bulantısı, qusma, baş ağrısı, narahatçılıq kimi şikayətlər də olur. Bu şikayətlər bəzən o qədər şiddətli ola bilir ki, qadın günlük işlərini görə bilmir və yataqda yatmaq məcburiyyətində qalır. Sancılı adət görmə hələ ilk adət qanamasından etibatən ola bilər. Belə hallar o gənc qızın orqanizmasında xəstəlik olması deməkdir və yaxud əvvəlcə sancısız adət görən bir qadında sonradan da bu cür hallar başlaya bilər. Sancılı adət görmənin özü bir xəstəlik olmayıb müxtəlif səbəblərlə ortaya çıxan bir əlamətdir. Səbəblərini belə sıralamaq mümkündür:
* Ana bətninin arxaya və ya önə doğru çevrilmiş və bükülü olması ağrılı adət görmənin ən mühim səbəblərindən biridir. Hələ bətnin arxaya çevrilmiş olması, çevrəsində yapışıqlıqlarla birlikdə isə daimi şiddətli ağrılar ilə adət görmələrə səbəb olur. Bu cür ağrılı adət ilk qanamadan etibarən başlayır. Burada anatomik bir səbəb var. Yəni, quruluşla əlaqəli bir vəziyyət mövcuddur.
* Serviks dediyimiz bətnin boynunun darlığı, adət qanının axışına maneə olduğu üçün şiddətli sancılı adət görməyə səbəb olması halında.
* Bətin içi toxumanın ətraf orqanlarda və uterus əzələsinin içində olması halında.
* Genital orqanlarda keçmişdə olmuş və ya yeni iltihablar.
* Genital orqanların doğuşdan olan və ya forma və şəkil pozğunluqlarında.
* Genital orqanların urlarında.

Bundan əlavə psixoloji, ailəvi və hormonal pozğunluqlar nəticəsində də ağrılı adət görmə olur. Hormonal pozğunluqlarla bağlı ağrılı adət görmə mövzusunda yeni fikirlər və ifadələr vardır. Ağrılı adət görmədə ağrının, ana bətnin əzələsinin şiddətli sıxılmasından yarandığını bilirik. Şiddətli sıxılmaların yaranma səbəblərindən biri də qadında hər hansısa hormonun çox ifrazı da səbəb ola bilir. Ağrılı adət görən qadınların qanında bu hormon digər qadınların qanından daha çoxdur. Bundan əlavə ana bətni əzələlərinin şiddətli sıxılması, əzələyə gedən qan miqdarını da azaldır. Belə hal olduğu zaman infrakt olduğu kimi çox şiddətli ağrılar yaranır.

Sancılı adət görmənin müalicəsi səbəbinə uyğun olmalıdır. Əvvəlcə xəstələri az ağrılı və çox ağrılı olmaq üzrə iki qrupa ayırmaq lazımdır:
- Az ağrısı olan qadınları çox vaxt məlumatlandırmaq kifayət edir. Bundan əlavə ağrı kəsici və əzələ yumşaldıcı həblər də vermək olar.
- Çox ağrıyan qadınlarda isə vəziyyət bir az qarışıqdır. Hər şeydən əvvəl xəstə ətraflı ginekoloji müayinədən keçməli və orqanik bir hadisənin olub-olmaması araşdırılmalıdır. Sonra hər hansı bir psişik səbəbin olub-olmaması araşdırılmalıdır. Daha sonra tibbi müalicəyə keçilməlidir.

Ancaq günümüzdə ağrılı adət görmənin tam tibbi müalicəsi yoxdur. Əlamətlərin ortadan qaldırılması üçün müalicə edilir. Xüsusilə gənc qızlarda və doğum etməmiş qadınları müalicə etmək çətin olur. Ağrını kəsən ən vacib hadisə qadının adət görməməsidir. Qadının hamilə qalması və sonrada uzun müddət uşağa süd verməsi də yaxşı müalicə yollarındandır.

/Mənbə: Qadınlar.biz/


Şərhlər:
Baxılıb: 2579
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz