Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Əsəbləri sakitləşdirək
Əsəbləri sakitləşdirək
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 3002
Səs ver:
Müasir zamanda həyatdan zövq almaq əsl elmdir. Bu streslə zəngin yaşamda əsəbləri necə qorumaq olar?

Əsəbləri sakitləşdirmək üçün və ya stresin qarşısını almaq üçün 15 vasitə:
1. Düzgün nəfəs alın.  Bizim kefimizin və əhval-ruhiyyəmizin normal olmasında nəfəs almağın böyük əhəmiyyəti var. Diqqət yetirsəniz görərsiniz ki, əsəbi olduğumuzda biz başqa cür nəfəs alırıq, rahat olduqda başqa cür.
2. Dərin nəfəs: belinizi düz saxlayın, çiyinlərinizi aralı tutun, dərindən yavaş-yavaş nəfəsinizi alın-verin, verdiyiniz nəfəs aldığınızdan daha uzun olmalıdır.
3. Özünüzlə danışıq aparın. Hər məsələyə qarşı fəlsəfi yanaşmağa çalışın. "Mən onsuzda heç nəyi dəyişə bilmərəm”, "bu yaxşıya addımdır”, "zaman hər şeyi düzəldəcək” deyə özünüzü sakitləşdirməyə çalışın.
4. Su ilə təmasda. İsti duş stres atmaqda kömək olacaq. Kontrast duşdan çəkinin bu əksinə əsəblərinizi oyadacaq. Vannada uzanaraq musiqi dinləmək imkanınız varsa bunu mütləq edin.
5. Özünüz üçün komfort yaradın. Təmiz otaq, rahat yataq əsəblərinizə müsbət təsir göstərəcək.
6. Özünüzə zaman ayırın. Sizi narahat edən sualları bir kənara qoyun. Bir müddətlik olsa da sevimli işlərlə məşğul olun. Çox ağır stres zamanı məkanı dəyişmək məsləhətdir: sanatoriyaya və ya kurorta getmək.
7. Başınızı və üzünüzü masaj edin. Başda sinir hüceyrələrinin çox miqdarı toplandığı üçün onu masaj etmək faydalıdır. Alından başın arxasına kimi edilən masaj sizi sakitləşdirəcək. Həmçinin dairəvi barmaq hərəkəti ilə yanaq, alın və gicgahınızı da masaj edin.
8. Şirniyyat yeyin. Əsəbi olduğunuzda şirniyyat yeyə bilərsiniz, çünki bu zaman orqanizmdə sizi sakitləşdirəcək hormonlar ifraz olunur.
9. Hərəkət edin. İstənilən hərəkət qanın yaxşı dövran etməsinə kömək edir. Siz əsəblərinizi qorumaq üçün rəqs, yoqa, idman ilə məşğul ola bilərsiniz.
10. Yerdəyişmə edin. Deyirlər ki, sizi əhatə edən 27 əşyanın yerini dəyişsəniz ətrafınızda olan enerji daha sərbəst sirkulyasiya edəcək, bu isə müsbət təsir göstərəcəkdir. Bundan əlavə evdə təmizlik işləri ilə məğul olmaq insana rahatlıq hissi gətirir.
11. Rəsm çəkin. Şəkil çəkmək həmişədən sakitləşdirici vasitə hesab olunurdu. Lakin belə qabiliyyətiniz yoxdursa uşaqlar üçün nəzərdə tutulan şəkilləri rəngləməklə məşğul olun.
12. Aromaterapiyadan istifadə edin. Gül qoxuları emosional vəziyyətə müsbət təsir edir. Bu ətirləri vanna qəbul edərkən də istifadə etmək mümkündür.
13. Yatın və düzgün qidalanın. Yuxu və düzgün qida stresə qarşı ən güclü  vasitədir.
14. Gülün. Gülüş ömür uzadır – çünki bu zaman xoşbəxtlik hormonu endorfin ifraz olunur. Komediya filmlərinə mütəmadi olaraq baxın ki, gərqinliyiniz aradan qalxsın.
15. Sakitləşdirci qəbul edin Sakitləşdirci çaylar, damcılar, həblər hər zaman köməyinizə çatacaq. Mütəxəssisə müraciət edin. Yuxarıda sadalananlardan heç bir vasitə kömək etməsə, deməli siz artıq dərin depressiv vəziyyətdəsiniz. Buna görə psixoloq və ya psixoterapevtə müraciət etməyiniz yerinə düşər.


Şərhlər:
Baxılıb: 3002
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz