Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qadinlarda Boy artımı
Qadinlarda Boy artımı
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 3932
Səs ver:
Boy artımına müxtəlif faktorlar təsirlər göstərir. Bu faktorlara genetik, qidalanma, hormonal, ümumi sağlamlıq, psixososial mühit daxildir.
1. Genetik faktorlar adamın fiziki böyüməsini təyin edən ən əhəmiyyətli elementlərdən hesab olunur. Bu səbəbdən uşağın boy və böyüməsini qiymətləndirərkən genetik (irqi və ailəvi) potensial nəzərə alınmalıdır. Bu məqsədlə ana və atanın boylarının nəzərə alan bir düstur ilə hədəf boy hesablanır və uşağın boyunun hədəf boydan nə qədər az və ya çox olduğu müəyyən edilir. Körpənin böyüməsinə təsir edən faktorlara qidalanma, hormonal vəziyyət, ümumi bədən sağlamlığı daxildir.
2. Qidalanmada normal böyümə və genetik boy potensialının inkişafı, uyğun kalori alması və balanslı qidalanması son dərəcə əhəmiyyətlidir.
Xüsusilə böyümənin sürətli olduğu ilk iki il içindəki qidalanma problemləri, xroniki qusma, xroniki ishal, qeyri-kafi qidalanma, böyümənin geri qalmasına səbəb olan faktorlar hesab olunur.
3. Hormonal faktorlar qığırdaq hüceyrələrinin bölünməsini və çoxalmasını təmin edərək normal boy uzanmasını təmin edirlər.
Ayrıca tiroid hormonları böyüməni dəstəkləyən əhəmiyyətli hormonlar hesab olunur.
Cinsiyyət hormonları (qızlarda estrogen, kişilərdə testosteron) isə xüsusilə yetkinlik çağında gözlənilən sürətli böyüməni xəbərdar edən təməl hormonlardır.
Bütün bu hormonların əskikliyində böyümədə yavaşlama, dayanma və boy qısalığı nəzərə çarpır.
4. Ümumi sağlamlıq vəziyyəti
Normal böyümə üçün bədəndəki bütün orqan sistemlərinin sağlam olması şərtdir.
5. Psixososial mühit
Normal böyümə üçün uşağın psixoloji mühiti də son dərəcə əhəmiyyətlidir. Bu vəziyyətin mərkəzi sinir sistemi və hipofizlə qarşılıqlı təsiri olduğu və bu uşaqlarda böyümə hormonunun qeyri-kafi sekresiyalandığını göstərmişdir.
İnternetdə yayımlanan məlumatların birində deyilir ki, əgər boy qısalığı hormon çatışmazlığından qaynaqlanırsa hormon müalicəsi ilə istənilən böyümə sürətli təmin edilə bilər. Hətta hormon səviyyəsi normal olan sağlam kəslərdə belə əlavə böyümə hormonu möhkəmlətməsi ilə 6 sm-ə qədər uzanma görülə bilər.

Ümumiyyətlə boy uzatma vasitələri ilə bərabər boy uzatmaq üçün idman üsulları, müxtəlif dərmanlar, bitkilər və müalicələr aparılır.
Uşaqlara, tam buğda çörəyi yedirilsə, həm sağlam qidalanacaqları, həm də inkişaflarına yaxşı təsir göstərəcəyi bildirilir.


Şərhlər:
Baxılıb: 3932
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz