Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
USM-lə Lyamblioza Diaqnoz Qoymaq Mümkün Deyil.
USM-lə Lyamblioza Diaqnoz Qoymaq Mümkün Deyil.
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 4877
Səs ver:

 

 

Qurd xəstəlikləri arasında lyamblioz xəstəliyi geniş yayılan və çətin sağalan mərəzlərdən sayılır. Son vaxtlar xəstəliyə yoluxma hallarının çoxaldığını nəzərə alıb Səhiyyə Nazirliyinin 113 xidmətində həkim-infeksionist ixtisası üzrə bölgələr üzrə ağır xəstələrin konsultasiyasını aparan infeksionist, parazitoloq Vüqar Cavadzadənin fikirlərini öyrəndik.

Parazit haqda məlumat:
Lyambliya (Giardia lyamblia ) 5-10 mkm ölçüdə olub vegetativ və sist formaları mövcuddur. Lyambliyalar armudabənzər şəkilli olub, 4 cüt qamçı vasitəsilə hərəkət edirlər. Lyambliyalar uzununa bölünməklə artıb çoxalırlar. Yetişmiş formalar bağırsaq ifrazatı ilə xarici mühitə düşüb, sağlam şəxsləri yoluxdurur. İnfeksiya mənbəyi lyambliya sistlərini ifraz edən xəstə şəxslərdir. Insan gün ərzində nəcislə 2 mln-a qədər sist xaric edir.

-Lyambliya sağlam şəxslərə hansı vasitələrlə yoluxur?
Lyambliozun yoluxması su, qida məhsulları və məişət - təmas yolu ilə baş verir. Uşaqlar arasında yoluxma əsasən çirklənmiş uşaq oyuncaqları, məişət əşyaları və yataq dəstləri vasitəsilə baş verir. Meyvə, tərəvəzlər vasitəsilə də lyambliyaların yayılması mümkündür. Bəzi həşəratların bağırsağlarından lyambliya sistlərinin aşkar edilməsi xəstəliyin bu canlılar tərəfindən yayılma ehtimalını daha da artırır.

- Xəstələlərdə hansı əlamətlər olur?
Lyamblioz əsasən klinik əlamətlərsiz davam edir. Yalnız 10-12 faiz xəstələrdə klinik əlamətlər müşahidə edilir. Lyambliozun klinik əlamətləri 1-2 gün davam edərək yarımkəskin sonra isə xroniki formaya keçib mütəmadi olaraq kəskinləşmələrlə müşahidə olunur. Xəstəliyin klinik əlamətləri yoluxmadan 15-20 gün sonra müşahidə edilir. İlkin əlamətlərə ürəkbulanma bəzən qusma, bağırsaqlarda köp, epiqastral (mədəüstü) nahiyyədə tutmaşəkilli ağrılar, nəcis ifrazınn pozulması kimi əlamətlər aiddir. Bu zaman xəstələrdə nəcis ifrazının tezləşməsi, pis iyli, yağaoxşar nəcis ifrazının olması müşahidə olunur. Bəzi hallarda isə xəstələrdə üzdə və bədəndə allergik səpgilər, dəridə qaşınma, ağır hallarda isə yuxarı tənəfüs yollarının xəstəlikləri olan şəxslərdə bronxial astma tutmalarına bənzər tutmalar müşahidə olunur.

- Lyambliozun öd yollarında da dəyişiliklər edə biləcəyi bildirilir?
Ümumiyyətlə, lyambliyaların öd yollarında və öd kisəsində yerləşib parazitlik etməsi tibb elmində sübut edilməyib. Hətta alimlər müəyyən ediblər ki, qatı öd və mədə şirəsi bu parazitlərə öldürücü təsir göstərir.

- Bəs hansı orqanlarda dəyşiliklər törədir?
Lyamblioz əsasən nazik bağırsaq xovlarında yerləşərək bağırsaq pozğunluğu verir, bu da nəticədə disbakteriozunun əmələ gəlməsinə səbəb olur. Lyamblioz fonunda formalaşan disbakterioz zamanı bağırsaqlardan yağların, vitaminlərin, karbohidratların, zülalların sorulmasının pozulması baş verir. Bu da orqanzmin immun statusunun aşağı düşməsinə, yanaşı gedən xəstəliklərin kəskinləşməsinə və ikincili infeksiyaların inkişaf etməsinə səbəb olur.

- Uşaqlarda lyamblioz zamanı hanşı əlamətlər olur?
Uşaqlarda lyamblioz əsasən nevroloji simptomlarla özünü biruzə verir. Lyambliozlu olan uşaqlar adətən çox ağlayır, inadkar, əsəbi olur, gecələr pis yatır. Bu əlamətlərlə yanaşı uşaqlarda mədə-bağırsaq pozğunluğu da müşahidə edilir.

- Xəstəliyin diaqnostikası necə aparılır?
Lyambliozun diaqnozu yalnız və yalnız nəcis və onikibarmaq bağırsaq möhtəviyyatının müayinəsinə əsasən qoyulur. Yəni nəcisdə lyambliya sistlərinin aşkar edilməsi diaqnozu təsdiqləyir. Nəcis və bağırsaq möhtəviyyatını götürdükdın 15-20 dəqiqə müayinə edilməlidir. Əks halda lyambliya sistlərinin məhv olması nəticəsində onu aşkar etmək qeyri-mümkün olur.

- Bəzən xəstələr nəcisi səhər götürüb günorta saatlarında analizə verirlər, onda belə çıxır ki, orda lyambliya öldüyü üçün onu aşkar etmək mümkün olmur?
Lyambliyalar nəcislə xaric olandan 15-20 dəqiqə sonra məhv olur. Ona görə də onları nəcis ifrazından 1 saat sonra belə nəçisdən tapmaq qeyri mümkündür.

- Son illər lyambliozun diaqnostikasında tətbiq edilən müxtəlif aparatlar barədə nə deyə bilərsiz?
Lyambliozun diaqnostikasında tətbiq edilən müxtəlif aparatların müsbət təsiri elmdə öz təsdiqini tapmayıb.

- Amma bu aparatlar hal-hazırda tətbiq edilir? Son zamanlar ultrasəs müayinələrinin (USM) nəticələrinə baxdıqda lyamblioz diaqnozunun qoyulması hallarına da çox rast gəlinir…
Tətbiq edilən o dediyiniz aparatlar elmdən başqa hər şeydən xəbər verir. Bilirsiniz, lyambliyaların ölçüsü 5 mkm kiçik olduğu halda, onu həkim-uzist ultrasəs müayinəsi zamanı neçə aşkar edə bilər? Bu mümkün deyil! Ultrasəs müayinəsi zamanı lyamblioza diaqnoz qoyan həkimə NOBEL mükafatı vermək lazımdır.

- Bəs xəstəliyin müalicəsi necə aparılır?
Lyambliozun müalicəsində ən effektiv müalicə üsulu dərman preparatlarının tətbiqidir. Dərman peparatlarını təyin edərkən dərmanın əlavə təsirlərini, xəstənin yaşını, çəkisini, yanaşı gedən xəstəlikləri mütləq nəzərə almaq lazımdır.

- Son illər xəstələrə lyamblioz diaqnozu qoyaraq xəstələrin bağırsaqların yuyulması aparılır?
Bu hidrokolonoterapiya adlanır. Bağırsaqların yuyulması xəstələrdə qısa müddətli yüngüllük hissiyatı yaradır. Amma nəzərə almaq lazımdır ki, hidrokolonoterapiya zamanı bağırsaqlarda orqanzm üçün əhəmiyyətli olan bakteriyalar da (bifidobakteriyalar, laktobakteriyalar və s.) yuyularaq orqanzmi tərk edir ki, bu da sonradan disbakteriozun inkişaf etməsinə və lyamblioza məxsus klinik əlamətlərin hətta əvvəlkindən də kəskin davam etməsinə səbəb olur.

- Profilaktikası necə aparılır?
Əsasən şəxsi gigiyena qaydalarına riayət etmək lazımdır. Uşaq bağçaları, məktəblər və eləcə də evlərdə mikrobioloji cəhətdən təmiz sudan istifadə etmək lazımdır. Ümumiyyətlə, xəstələrin nəzərinə çatdırım ki, lyamblioz diaqnozu qoyularkən təşvişə düşmək lazım deyil. Əvvəlcə lyamblioza dəqiq diaqnoz qoyan elmi mərkəzlərə müraciət edin.Yəni diaqnozunuzun dəqiq olmasına əmin olun. Sonra da nəzərə alın ki, lyambliyalar həyat üçün təhlükəli deyil, hətta siz sanitar-gigiyenik qaydalara belə riayət etsəniz lyambliyalardan tam azad ola bilərsiz. Onu da bilməlisiniz ki, lyambliyaların ömrü 3-35 gündür. Yəni lyamblioz zamanı üzunmüddətli müalicənin aparılması məqsədə uyğun deyil.

 

 



Şərhlər:
Baxılıb: 4877
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz