Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
"Danone" Deyildiyi Qədər Xeyirlidirmi?
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 2791
Səs ver:

Bir müddət öncə Fransının nəhəng qida şirkəti "Danone" "Aktivia" və "Aktimel" adlı məhsullarının reklamında dəyişiklik etdiyini açıqlayıb. Reklamdan da bəlli olur ki, sən demə, həmin qidaların bundan əvvəlki reklamlarında bildirildiyi kimi, insan sağlamlığı üçün özəl bir faydası yox imiş. Özünün rüblük hesabatında şirkət açıqlayıb ki, bir müddət əvvəl Sənaye Məhsullarının Təhlükəsizliyi üzrə Avropa Agentliyinə (SMTAA) ünvanladığı şikayəti geri götürüb. Bu bəyanatdan sonra Paris fond birjasında "Danone"nin səhmlərinin qiyməti 1 faiz aşağı düşüb. Lakin şirkətin hesabatında bildirilir ki, 2010-cu ilin 1-ci rübündə onun ticarət dövriyyəsi 8,9 faiz artaraq 3,9 milyard avroya çatıb. SMTAA-nın bəyanatında isə deyilir ki, Avropanın sağlamlığın mühafizəsi və təqdimlənən qida məhsullarının standartları üzrə qaydalarında bu reklamlarda heç bir aydınlıq yoxdur. Bu isə bir müddət əvvəl "Aktivia"nın orqanizmə xeyirli olan antirequlyaris tərkibli olmasını kölgə altına salır. SMTAA bu vaxta qədər məhsulun faydalı, yaxud əksinə olması barədə iddiaları nə təkzib, nə də təsdiqləyib. Amma buna baxmayaraq Fransada artıq bu məhsulların reklam çarxları dəyişdirilib. Hələ fevral ayında SMTAA "Danone" şirkətinin uşqalar üçün istehsal etdiyi və "immunofortis" kimi tanınan məhsulların uşaqların immun sisteminin möhkəmləndirilməsinə dair iddialarına şübhə ilə yanaşdıqlarını təsdiqliyib. Bu məhsulun reklamında da bildirilir ki, o, elmi cəhətdən uşaqların immun sistemini gücləndirir. Amma maraqlısı odur ki Fransanın özündə bu məhsul satılmır və yalnız Avropa ölkələrinə göndərilir.

"Aktivia" "Aktimel"in tərkibində də özəl heç nə yox imiş.Aparılan araşdırmaların nəticələrində bildirilir ki, bütün südtərkibli məhsulların hamısı insan sağlamlığına, xüsusilə də qida sisteminə müsbət təsir göstərir, o cümlədən də "Danone" şirkətinin məhsulları. Amma bu şirkətə məxsus məhsulların hər hansı birində heç də reklam olunduğu kimi özəl bir faydalı xüsusiyyəti yoxdur. Şirkətin bunu reklam çarxlarını dəyişməklə də deyilənləri bir daha təsdiqləmiş olduğu məlumdur. Qeyd edək ki, ötən ilin sonlarında sözügedən şirkətin Qafqaz nümayəndəliyi "Eurovision-2009" mahnı müsabiqəsində Azərbaycanı təmsil edən gənc müğənni Aysel Teymurzadəni öz məhsullarından birinə reklam siması seçmişdi və bu reklam hazırda yerli telekanallarda nümayiş olunur. Şirkət sözügedən müğənni ilə əməkdlaşlıq etməklə öz hədəf kütləsinə xüsusi ismarış vermək niyyətində olduğunu bəyanlamağa çalışıb. Belə ki, reklamda "Aktivia"nın təmsilçisi aktiv həyat tərzi keçirən və buna görə də çox zaman normal qidalanmaya lazımi vaxt ayıra bilməyənlər üçün faydalı və düzgün seçimin elçisi kimi təqdimlənir.

Bəs görəsən, illərdir reklamlarında bağırsaq sisteminin işlənməsinə təkan verən bifidobakteriyalarla zəngin olunduğu səsləndirilən "Aktivia"nın dəyişdirilmiş reklamı bizə də gəlib çatacaqmı? Bununla bağlı "Danone" şirkətinin Azərbaycan nümayəndəliyi ilə əlaqə saxlasaq da, sualımıza cavab verəcək şəxs tapa bilmədik.

Rusiya "Nestle"yə qadağa qoyub.

Yeri gəlmişkən, ötən həftədən etibarən Rusiya "Nestle" uşaq püresinin və "Nestle" şirkətlər qrupuna daxil olan "Gerber. -produkts"un 4 məhsuluna qadağa qoyub. İstehlakçıların Hüquqlarının Müdafiəsi üzrə Federal Xidmət ("Rospotrebnadzor") bu şirkətin yerli filialına Rusiya bazarına uşaq qida məhsulları çıxarmaq icazəsi verməyib. Rusiyanın baş sanitar həkimi Gennadi Onişşenko bildirib ki, buna səbəb məhsul istehsalı zamanı texnoloji intizamın zəifləməsidir. O, 4 növ uşaq qidasının və uşaq püresinin xlorlaşdırılmış toyuq və hinduşka ətindən hazırlandığını bildirib.

Qeyd edək ki, "Nestle"nin Rusiya ərazisində 14 fabriki fəaliyyət göstərir. Onların arasında "Nescafe", "Nesquik", "Nuts", "Şok", "48 kopeek", "Bon-pari" kimi məşhur markalar da var. Bildirək ki, şirkətin Rusiya təmsilçiliyi 1995-ci ildə açılıb.

"Nestle"nin uşaq yeməkləri Azərbaycana da idxal olunduğundan yayılan məlumatlar əlaqədar ölkədə də narahatlıq yaradıb. Amma şirkətin Azərbaycan nümayəndəliyindən bildirdilər ki, tərkibində xlor tapıldığı barədə məlumat yayılan məhsul Azərbaycana idxal olunmadığı üçün narahatlığa əsas yoxdur: "Hazırda Azərbaycana idxal olunan "Nestle" uşaq yeməkləri Rusiyada istehsal edilir. Finlandiyadan Rusiyaya idxal olunan "Gerber-produkts"un məhsullarından və "Nestle" uşaq püresindən Azərbaycana gətirilmir. Ona görə də "Nestle"nin Azərbaycan nümayəndəliyi əmin edir ki, ölkəmizdə bununla bağlı narahatlığa heç bir əsas yoxdur".

Şirkət üzr istəməlidir.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, Azərbaycanda ərzaq təhlükəsizliyinə təminat yoxdur: "Ölkəyə idxal edilən uşaq qidalarının tərkibi yoxlanılmır. Həmin qidaların şirkətlərdə necə və hansı qaydalarla hazırlandığı öyrənilmir. Belə olduğu təqdirdə hansı ərzaq təhlükəsizliyindən danışmaq olar? "Nestle", "Hipp" kimi uşaq qidaları çıxandan sonra yeni nəsillərdə cırlaşma, xəstəliklər baş qaldırıb. Heç bir halda ana südünü ən məşhur firmaların qidaları ilə əvəzləmək olmaz". AİB sədri hesab edir ki, aidiyyəti dövlət qurumları bu qidaların tərkibini ciddi yoxlamalı, yalnız ondan sonra satışına razılıq verməlidir. Xatırladaq ki, Azərbaycanda xaricdən gətirilən uşaq qidalarının kefiyyət göstəricisinə və təhlükəsizliyinə Səhiyyə Nazirliyinin Dövlət Karantin Müfəttişliyi nəzarət edir. "Danone" məhsulları ilə bağlı toxunduğumuz məqama gəlincə isə ekspert hesab edir ki, bu, qanunsuzluqdur və şirkət tezliklə Azərbaycandakı reklamlarını dəyişdirməli və indiyədək etdiyi yanlışlığa görə istehlakçılaradan üzr istəməlidir. Çünki illərdir o öz məhsullarının müalicəvi olması barədə reallığı əks etdirməyən reklamlar yayıb.



Şərhlər:
Baxılıb: 2791
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz