Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Gözlərinizi kompyuterdən qoruyun
Gözlərinizi kompyuterdən qoruyun
Göndərən: Bakinka-Angel
Şərhlər:
Baxılıb: 1775
Səs ver:

Kompüter niyə gözlərə pis təsir edir?

Gözlərimiz anatomik olaraq görmə baxımından hərəkət etməyə və uzaqlığa görə kiçilib-böyüməyə hazır yaradılıb. Monitor arxasında 6-7 saat vaxt keçirən insanın gözləri bu imkanlardan istifadə etmir. Çünki gözləri tək bir nöqtəyə zillənir və nəticədə göz yorulur.
Gözlərin sağlamlığını qoruya bilməsi üçün göz qırpmaq çox vacibdir. Kompüter arxasında oturanda isə onları çox gec-gec qırpırıq. Buna görə gözlərdə quruluq yaranır. Göz yorğunluğu və quruluğunun səbəbi budur.
Digər bir faktorsa kompüterin ekranındakı görüntülərin real həyatdan fərqliliyidir. Ən yaxşı ekran olsa belə, gözün xarakterindən asılı olaraq real görüntülərin yerini vermir. Bundan başqa, radiasiya da gözün işləmə prinsipinə maneə törədən təsirlərdəndir. 
Bəs bu təsirləri necə minimuma endirmək olar?
1. Həkimlərin ilk məsləhəti gözlərə istirahətin verilməsi ilə bağlıdır. Ekran qarşısında oturduğunuz hər saatın əvvəlində gözlərinizi bağlayaraq 10 dəqiqəlik fasilə verin. Hətta pəncərədən baxmaq belə gözün normal işləmə mexanizminə qayıtmasını təmin edir.
2. Ekranın yeri və qoyulma forması da gözləriniz üçün çox vacibdir. Çalışın ki, ekran dik formada, yəni sizə paralel olsun. 
3. Monitorlar üçün filtr şüşələr gözlərə zərər verən ultrabənövşəyi şüaların qarşısını alır. Bu məhsullardan istifadə çox faydalıdır.
4. Linza taxırsınızsa, gözləriniz daha tez quruyacaq. Bunun qarşısını isə göz damcıları ilə almaq olar. Həkiminizlə məsləhətləşərək ala bilərsiniz. 
5. A, B2, E və C vitaminləri, kalsium gözlərin sağlamlığı üçün çox vacibdir. Bundan başqa, kök, pendir, balıq və dənəli meyvələr də gözə çox xeyirlidir. Xüsusilə payız və qış aylarında təzə sıxılmış meyvə, tərəvəz şirələrinə üstünlük verin.



Şərhlər:
Baxılıb: 1775
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz