Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qarında Ağrı( Soledad ın istəyi ilə)
Qarında Ağrı( Soledad ın istəyi ilə)
Göndərən: Ayten Melek
Şərhlər:
Baxılıb: 4641
Səs ver:

 

Qarında ağrı dedikdə döş qəfəsi ilə qasıq arasında qeyd olunan ağrı hissi qəbul olunur.  Ağrı qarın boşluğunda  olan orqanların hər birindən qaynaqlana bilər. Bir məsələyə diqqət yetirin ki, ağrının intensivliyi heç də həmişə onu törədən səbəbin ciddiliyini əks etdirmir. Kəskin qarın ağrıları bağırsaqlarda qazın yığılması və ya virus qastroenteriti kimi adi hallarda da qeyd oluna bilər. Digər tərəfdən, qarında zəif ağrı yoğun bağırsaq xərçəngi və ya başlayan appendisit kimi təhlükəli patologiyaların əlaməti kimi meydana çıxa bilər. Odur ki, ağrının intensivliyi sizi aldatmamalıdır.

 

Ağrının intensivliyindən aslı olmayaraq, o davam edərsə həkimə müraciət etmək vacibdir. Hətta bəzən  iltihabi dəyişikliyə uğramış orqan (məsələn, appendikulyar çıxıntı) qarın boşluğunda perforasiya (partlaya) oluna bilər. Bu vəziyyət peritonit törədir və çox ciddi fəsadlara hətta ölümə gətirib çixara bilər. 
Qarında ağrı olarsa ilk növbədə həzm sisteminə daxil olan orqanlar diqqət mərkəzində olmalıdır: 
  - Qida borusunun distal hissəsi
  - Mədə
  - Nazik və yoğun bağırsaqlar
  - Qaraciyər
  - Öd kisəsi və öd yolları
  - Mədəaltı vəzi (pankreas) 
  - Appendikulyar çıxıntı.  
  - Parietal və visseral periton
  - Piylik 
  - Qarın aortası və digər magistral damarlar
  - Böyrək və dalaq patologiyaları  

Səbəblər 
Qarın boşluğu orqanlarının fiziki, kimyəvi və termik faktorların təsiri ilə zədələnməsi ağrını yaradan əsas səbəblərdir. Patogenetik olaraq qarında ağrı yaradan aşağıdakı (Berthold Block, 2006) səbəbləri qeyd etmək olar:
  - İltihab (məsələn, mədə xorası)
  - Genişlənmə (məsələn, metiorizm)
  - Xərçəng (məsələn, xərçəngin sinir infiltrasiyası)
  - İşemiya (məsələn, mezenterial infarkt)
  - Spazm (məsələn, öd kisəsi tutması)
  - Metabolik proseslər (məsələn, şəkərli diabet)
  - Fiziki faktorlar (məsələn, Reizdarmsyndrom)
Yuxarıda sadalanan faktorlar qarın boşluğu orqanlarında bir sıra xəstəliklərin əmələ gəlməsinə səbəb olur. Bu xəstəliklərin rast gəlməsi fərqli tezliklərdə olur.  Qarında ağrının xəstəliklərə görə rastgəlmə tezliyi aşağıdakı cədvəldə  verilmişdir (Berthold Block, 2006).  Bu cədvələ ölkəmizin reallıqlarını və insanların öz sağlamlıqlarına əsasən biganə münasibətini nəzərə alaraq bəzi dəyişikliklər etmişik.

Qarında ağrı yuxarıda sadalanan xəstəliklərdən fərqli səbəblərdən də meydana çıxa bilər.  Məsələn, qadınlarda menustrasiya zamanı qarında ağrılar ola bilər  və bu reproduktiv orqanlarda patologiyanın olmasından xəbr verir. Reproduktiv orqanlarda endometrioz, uşaqlıq fibroidi, yumurtalıq sisti, yumurtalıq xərçəngi (az-az hallarda) və ya iltihabi xəstəliklər qarında ağrının səbəbi ola bilər.

Yenidoğulmuşlarda uzun müddətli səbəbsiz ağlama ola bilər ki, bunun da səbəbi qaz və nəcisin çıxmaması üzündən qarında ağrı səbəbindən ola bilər.

Qarında ağrı döş qəfəsində olan problemlər üzündən də baş verə bilər. Məsələn, pnevmoniya və ya ürək tutması zamanı  qarında ağrılar ola bilər.

Qarında davamlı ağrı olarsa həkimə, xüsusilə də qastroenteroloqa müraciət etmək lazımdır. 
Həkimə getməzdən öncə nə etmək olar? 
Qarın nahiyəsində ağrı olarsa hər şeydən öncə həzm sistemində olan problemlərdən şübhələnmək olar. Bu nöqteyi-nəzərdən qida qəbulunu, xüsusilə də bərk yeməkləri bir neçə saat ərzində dayandırmaq məsləhətdir.  Qurtum-qurtum təmiz su içmək olar. Ağrıkəsici və ya spazmolitiklərin həkimin təyinatı olmadan içmək məqsədə uyğun deyil. Bu çox ciddi bir patologiyanın (məsələn, appendisit) əlamətlərini itirə və ağır fəsadlara səbəb ola bilər.

Ağrılar səngiyərsə yüngül yeməklər (düyü, alma püresi və s) qəbul oluna bilər. Əgər qarında ağrı qida qəbulundan sonra əmələ gəlirsə və paralel olaraq qıcqırma, ürəkbulanma kimi əlamətlər varsa antiasid dərman maddələrinin (Almaqel, Omeprazol və s.) qəbulu məqsədəuyğundur.   Belə hallarda yağlı, qızardılmış, duzlu, istiotlu, pomidorlu, kaffeinli, alkoqollu  və qazlı yemək və içkilərin qəbulu məsləhət deyil. 
Hansı hallarda mütləq təcili yardım xidmətinə müraciət etməli: 
  - Ağrı artır, qusma var və nəcis xaric olmur 
  - Qusuntuda qan olduqduqda
  - Nəcisdə qan müəyyən edilərsə və ya nəcis qətran rəngində olduqda 
  - Paralel olaraq döş qəfəsində, boyunda və çiyinlərdə ağrı var 
  - Qarında ağrı qəfləti və kəskindirsə 
  - Qarın bərk və gərgindirsə 
Hansı hallarda planlı surətdə həkimə müraciət etməli: 
  - Qarında olan discomfort 1 həftədən çox çəkirsə 
  - Köp iki gündən çox davam edirsə 
  - Diarreya 5 gündən çox davam edirsə
  - Ağrılarla paralel hərarət yüksəlirsə 
  - Hamiləlik zamanı ağrılar artırsa 
  - Uzun müddət iştahazılıq 
  - Səbəbi bəlli olmayan çəkinin azalması 
Həkimə müraciətdən nə gözləmək olar?
 Həkim suallar verməklə sizdən xəstəliyin tarixi və xarakterini öyrənməyə çalışacaq.  Sonradan bəzi fiziki  müayinə üsullarından (qarının əllənməsi, döyəclənməsi və s.) istifadə edərək qarında ağrının yerini və xarakterini təyin etməyə çalışacaq. Əldə olunan məlumatlar həkimə ağrının əsl səbəbi haqqında qərar verməkdə kömək edəcək. Bu üsullardan istifadə etməklə həkim periton iltihabının (peritonit) olub-olmamasını  müəyyən edə bilər. Əgər peritonit müəyyən edilərsə bu təcili cərrahi əməliyyata göstəriş ola bilər. Həkim dəqiq diaqnoz qoymaq məqsədilə müəyyən labarator və instrumental müayinələrin keçirilməsini məsləhət görə bilər. 
Qarında ağrılar zamanı diaqnostik tədbirlər
  - Qanın, sidiyin və nəcisin müayinəsi 
  - Barium içməklə rentgenoskopiya 
  - Qastroduedenoskopiya 
  - Kolonoskopiya 
  - Qarının ultrasəs müayinəsi 
  - Qarının computer tomoqrafiyası 
  - Qarının maqnit rezonans tomoqrafiyası 
Qarında ağrıların profilaktikası
  - Az-az, amma tez-tez yeyin 
  - Yağlı, duzlu, çox ədviyyatlı yeməyi az-az qəbul edin 
  - Qidada lifli yeməklərin olmasına diqqət edin. Meyvə ve tərəvəz yeməklərini artırın. 
  - Qaz yaradan qidadan imtina edin 
  - Gün ərzində suyu çox için 
  - Requlyar idmanla məşğul olun 
  - Siqaret çəkməyi dayandırın 
  - Çəkiniz yüksəkdirsə onu azaldın 
  - Yeməyi yatağa getməzdən iki saat öncə bitirin 
  - Yeməkdən sonra ən azı 30 dəq ayaq üstə durum 
  - Çarpayınızın başını yuxarı qaldırın .

Redaktə etdi: PURE LOVE



Şərhlər:
Baxılıb: 4641
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz