Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Başın masajı
Başın masajı
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 2322
Səs ver:

Başın dərisinin qidalanması və nəticədə saçların vəziyyətinin yaxşılaşdırılması üçün mütəxəssis və ya insanın özü tərəfindən başını masaj etməsi çox xeyirlidir. Yadda saxlayın ki, belə masaj yağlı saçları və ya hər hansı dəri xəstəliyi olan (seboreya və s.) insanlar üçün əks göstəriş hesab olunur. Başın masajı ayaq üstə və ya oturaq vəziyyətdə olmaqla yerinə yetirilir. Bu zaman masaj hərəkətləri saçların inkişafı istiqamətində, yəni təpədən arxaya boyuna tərəf, qulaqlara tərəf və s. edilir. Masajdan əvvəl saçları açmaq lazımdır. Masajı saçların yuyulmasından qabaq, başın dərisinə qidalandırıcı maskaların, ampulalarda olan xüsusi qidalandırıcı və digər bu kimi maddələrin sürtülməsi ilə eyni vaxtda etmək daha yaxşıdır.

Başın masajı barmaq yastıqçalarının hamarlayıcı hərəkətləri ilə başlayır. Ovuclarınızı başınıza elə qoyun ki, barmaqlarınız təpə nahiyəsində bir-biri ilə birləşsin. Hər iki əlinizin barmaq yastıqçaları ilə boynunuza doğru sığallayıcı hərəkətlər edin. Bu zaman əllər sərbəst şəkildə saxlanmalı, barmaqlar isə dəriyə yüngülcə toxunmalıdırlar.

Bundan sonra başın tüklü hissəsinin masaj edilməsinin əsası olan dairəvi hərəkətlərə başlamaq olar. Ovuclar bükülmüş, azca aralı olan əl barmaqlar sıx şəkildə baş dərisinin üzərinə qoyulmuşlar. İlk öncə baş dərisini azca sıxmaq, sonra isə bir qədər yana çəkmək lazımdır. Başın bir hissəsini masaj etdikdən sonra, barmaqları digər hissəyə qoyub onu masaj etmək lazımdır.

Bundan sonra yüngül döyəcləmə hərəkətlərinə başlamaq olar. Barmaqların vəziyyəti indicə qeyd etdiyimiz kimidir. Döyəcləmə hərəkətləri barmaqların yastıqçaları ilə yerinə yetirilir. Başın masaj edilməsi sonda, təpədən qulaqlara tərəf olmaqla sığallama hərəkətləri ilə başa çatır. Belə masajı həftə ərzində 1-2 dəfə icra etmək məsləhət görülür.

 

Redakte etdi: PRETTY GİRL



Şərhlər:
Baxılıb: 2322
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz