Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Deodarant haqqında bilmədiklərimiz.
Deodarant haqqında bilmədiklərimiz.
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 2268
Səs ver:


 
Britaniya alimləri dezodorantların tərkibində olan alüminiumla süd vəzisi xərçəngi arasında əlaqə müəyyən ediblər. Analizlər göstərib ki, mütəmadi olaraq dezodorantdan istifadə edən qadınlarda süd vəzisinin xarici toxumalarında alüminium toplanır.
Tədqiqatda süd vəzisi xərçəngi səbəbindən mastektomiyaya məruz qalmış, yəni bu vəzinin kəsilməsi əməliyyatı olunmuş qadınlar iştirak ediblər. Adətən alüminium insan bədənində toplanıb qalmır. Alimlər hesab edirlər ki, bu tədqiqat zamanı qadınların süd vəzisində aşkar edilmiş bu metal buraya dezodorantla düşüb.
Dezodorantların və antiperspirantların əksəriyyətinin tərkibində alüminium duzları var, çünki bu metal tər vəzilərinin ifrazı ilə mübarizədə effektivdir. Kil universitetinin bu tədqiqatı aparan əməkdaşı doktor Kris Eksli bundan əvvəl gündən müdafiə vasitələrinin tərkibindəki alüminium duzlarının təhlükəsi haqqında da məsələ qaldırmışdı. O zaman tədqiqatçı müəyyən etmişdi ki, belə kremlərdən istifadə xərçəng şişlərinin və Altsheymer xəstəliyinin inkişafında öz mənfi rolunu oynaya bilər.
Yeni tədqiqatın gedişində alim əməliyyat olunmuş 17 qadının süd vəzisi toxumalarında aşkar edilmiş alüminiumun miqdarını ölçib və müəyyən edib ki, xərçəng şişi aşkar edilmiş toxumalarda bu metalın səviyyəsi sağlam toxumalara nisbətən qat-qat çoxdur. Bununla əlaqədar Eksli belə bir bəyanatla çıxış edib: "Biz alüminiumun konsentrasiyasının kəskin fərqlənməsini aşkar etdik. Bəzi pasiyentlərdə konsentrasiya az, digərlərində isə həddən artıq çox idi. Biz müəyyən etdik ki, metalın ən çox olduğu toxumalar qoltuq altına yaxın yerləşənlərdir. Biz qəti şəkildə deyə bilmərik ki, alüminium bu toxumalara məhz dezodorant vasitəsilə düşüb, lakin mənə belə gəlir ki, bu aşkardır. Planlaşdırdığımız növbəti tədqiqatla alüminiumun orqanizmə düşmə səbəbini və mənbəyini müəyyənləşdirməyə çalışacağıq”.
Doktor Eksli qeyd edir ki, heyvanlar üzərində aparılan təcrübələr alüminiumun həqiqətən də xərçəngə səbəb olduğunu müəyyənləşdirib: "İndi alüminiumun məhz dezodorantlarda olan duzlarının bədxassəli şişlərin yaranmasına təkan verib-vermədiyinə əmin olmalıyıq”.
Tədqiqatçı bildirir ki, kosmetik vasitələrin istehsalçıları dezodorant istehsalında alüminiumdan istifadə etmələrini bu metalın effektiv antiperspirant olması ilə izah edirlər. O qeyd edir ki, tərkibində alüminium olmayan dezodorantlar da var, lakin onlar bir o qədər də effektli deyil: "İstehsalçılar bildirirlər ki, bu alüminium duzları təhlükəsizdir, amma reallıq bunun hələ sübut olunmasını tələb edir”
 
Redakte etdi: PRETTY GIRL



Şərhlər:
Baxılıb: 2268
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz