Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
İtburnunu sevmək üçün 25 səbəb
İtburnunu sevmək üçün 25 səbəb
Göndərən: arzum-aysum
Şərhlər: 9
Baxılıb: 305
Səs ver:
İtburnu yabanı bitkidir. Onun təbiətdə bir-çox növləri vardır.

Dünyanın bir çox ölkələrində onun müalicəvi təsirlərindən yararlanırlar. İtburnu bitkisi Azərbaycan torpaqlarında yetişməklə bizi öz qənimətləri ilə mükafatlandırıb .Onun həm yarpaqları, həm kökü, həm çiçəkləri, həm də meyvəsi müalicəvi təsirə malikdir.

İtburnunu sevmək üçün 25 səbəb


İtburnunun 25 faydası haqqında sizləri məlumatlandırmaq istəyirəm.
1. İtburnu yara sağaltmaq qabiliyyətinə malikdir. Dəmləməsi ilə yaraları yuduqda tez sağalır.

2. İtburnu kökünün dəmləməsi bal ilə qarışdırılıb içildikdə, orqanizmin immun sistemi möhkəmlənir.

3. Mədə-bağırsaq xəstəlikləri zamanı faydası böyükdür. İtburnu dəmləməsi maddələr mübadiləsini yaxşılaşdırır.

4. Yüngül sakitləşdirici təsirə malikdir.

5. Böyrək xəstəlikləri zamanı böyrəklərin fəaliyyətini yaxşılaşdırır, orqanizmdən artıq suyu çıxarır.

6. İtburnu dəmləməsini avitaminozlar zamanı qəbul etmək olar. Çünki onun tərkibində K, E, P, C vitaminləri və çoxlu minerallar (kalsium, fosfor, maqnium, marqanes, dəmir və s.) var.

7. Kulinariyada qənd və yağları dadlandırmaq üçün istifadə edilir.

8. İtburnunun tərkibində efir yağları, alma və limon turşusu, qlükozitlər və şəkər var.

9. İtburnunun tərkibi aminturşular və antioksidantlarla zəngindir.

10. İtburnudan doşab qayırıb yeməklərdə istifadə edilir.

11. Dəmləməsi iltihab əleyhinə, tonuslandırıcı, ödqovucu və antiseptik təsirə malikdir.

12. Tər vəzilərinin funksiyasını normallaşdırır.

13. Orqanizmdən toksinləri çıxarır.

14. Uzun müddət dəmləməsini içmək hormonların funksiyasını normallaşdırır.

15. Qədim yunanlarda yeni evlənənlər Afroditanın abidəsi önünə gedərkən saçlarını itburnu çiçəyi ilə bəzəyərlərmiş. Onların inancına görə itburnu cinsi həvəsi artırır.

16. Rusiyada itburnu çiçəyi əbədi sevginin və gözəlliyin simvolu sayılır.

17. 100 qram quru itburnu yarpağı 1 saat müddətində qaynadılıb dəri və göz xəstəlikləri zamanı kompres edildikdə xəstəliklərin əlamətləri aradan qalxır.

18. Kökündən hazırlanmış sirop anemiyalarda, qaraciyər xəstəlikləri zamanı faydalıdır.

19. İtburnu yağı yanmalar və donmalar zamanı yaraları sağaltmaq qabiliyyətinə malikdir.

20. İtburnu tərkibli mazlar psorias xəstəliyinin müalicəsində istifadə edilir.

21. Tərkibində olan zəngin minerallar və vitaminlərin olmasına görə doğulacaq uşağın sağlamlığı məqsədi ilə hamilələrin itburnu dəmləməsi içmələrində fayda var.

22. İtburnu kökünün dəmləməsi böyrək və sidik kisəsində olan daşların tökülməsinə yardım edir.

23. İtburnu dəmləməsi oynaqlarda olan duzlaşmanın qarşısını alır.

24. Ödqovucu təsirə malik olduğuna görə itburnu öd kisəsi və mədəaltı vəzi xəstəliklərində faydalıdır.

25. İtburnu yağı yara sağaltmaq və regenerasiya prosesinə yardımçı olduğuna görə dərini cavanlaşdırır, quruluğunu aradan qaldırır.


Şərhlər: 9
Baxılıb: 305
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
faydali bitkidir
25 sentyabr 2016 12:52
# 9
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Cindrella
Itburnunun faydalarini bilirdim.
25 sentyabr 2016 10:24
# 8
Kölge
Allah her şeyi insanlardan ötrü yaradib.yeter ki neyin neye faydaki oldugunu bilesen
24 sentyabr 2016 22:52
# 7
Her şeye gore şukur
tatyana
Itburnu cayinin tek icmemisem amma paketik cay aliram itburnu ve qargidali sacagi birge,ariqlama ucundu
24 sentyabr 2016 22:03
# 6
DEDILER ,,COX UREYI YUMUSAQ OLMA,,
NIYESINI SORUSANDA ISE DEDILER
,,NE QEDER UREYI YUMUSAQ OLSAN,
O QEDERDE TALEYIN CETIN OLAR,,......DOGURDANDA TALEYIM UREYIMIN YUMUSAQLIGINDAN DAG CEKIR MENE....
Totu
İtburnu çox sevirəm
24 sentyabr 2016 21:41
# 5
Hər şeyi bilməniz önəmli deyil,Önəmli olan həddinizi bilmənizdi...
MODABAZ
Itburnu kımı faydalı bıtkı yoxduuuu her derdee derman
24 sentyabr 2016 21:17
# 4
Heyata daim gulmek lazimdii
YalniZ-ArZu
tezyiqimi salir deye ice bilmirem.
24 sentyabr 2016 21:11
# 3
Bilgeye sormuwlar."Insan nasil sabreder?"Demiw ki:Unutursun sabredersin,Bu en GUZELIDIR.Kabul edersin sabredersin,Bu en DOGRUSUDUR.Vazgecersin sabredersin,Bu en ZORUDUR.Bir de iwini ALLAHA havale eder sabredersin.Iwte bu en YUCESIDIR...
Onun_Mələyi
Faydalı haqda bilirdim. çayını gün ərzində çox içmək olmaz, arıqladır həm də çox.
24 sentyabr 2016 21:08
# 2
Bir duam var,səndən amin gözləyirdua09123
BARBI
Itburnu cayini cox xoslayiram.Faydali caydir.
24 sentyabr 2016 21:01
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz