Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Halsızlığı və yuxululuğu necə aradan qaldırmalı?
Halsızlığı və yuxululuğu necə aradan qaldırmalı?
Göndərən: Lola_Maya_
Şərhlər: 4
Baxılıb: 624
Səs ver:
Yaz fəsli təbiəti oyatsa da, bəzən insanlar arasında aylarda halsızlıq və yorğunluq yaradır. Çünki baharda vaxt insan orqanizmində metabolizm prosesi gedir və hormonlarda dəyişiklik baş verir. Bu dəyişiklik halsızlıq, yorğunluq, əzələ ağrıları ilə müşayiət olunur. Bu əlamətlər nəticədə yuxu gətirir. Bəzi vitamin və mineral çatışmazlığı olan insanlar özlərini daha çox yorğun hiss edirlər. Orqanizm tələb olunan vitamin və minerallarla təmin edildikdə isə insan özünü həm fiziki, həm də psixoloji cəhətdən daha yaxşı hiss edir.
İştahın azalması, əzələ ağrıları, oynaq ağrıları və qadınlarda menstruasiya nizamsızlığı kimi əlamətlər də baharda özünü daha çox biruzə verir.
Türkiyəli mütəxəssis Oya Yüksək yaz halsızlığını meteoroloji təsirlə izah edib. Onun sözlərinə görə, fəsil dəyişiklikləri əvvəlcə hormonal sistemə təsir edir. Orqanizmin yeni ekoloji dəyişikliklərə alışması və hormonal sistemin tarazlaşması üçün müəyyən vaxt tələb olunur. Bu zaman ətraf mühitə uyğunlaşmaq çətinləşir və bu yorğunluğa səbəb olur. Qış aylarında hərəkətsiz həyat tərzi sayəsində qazanılan artıq çəki yazda fəal həyat tərzinə uyğunlaşmağa mane olur. Çirkli hava, havanın elektrik yükünün artımı və ion dəyişiklikləri də yorğunluğa səbəb olan amillərdəndir".
Türk dietoloq Oya Yüksək baharı gümrah keçirmək üçün insanların mütəmadi olaraq istifadə etməli olduğu qidaların siyahısını açıqlayıb. O siyahını təqdim edirik:
1.Kivi
C vitamini ilə zəngin olan kivini səhərlər və ya gün ərzində bir ədəd yemək metabolizm prosesini yaxşılaşdırır, yorğunluq hissini aradan qaldırır.
2.Yerkökü
Vitamin və minerallarla zəngin olan yerkökünü "qızıl mədəninə" bənzədirlər. Bu tərəvəz qaraciyəri lazımsız maddələrdən təmizləyir. Onun tərkibində olan beta-karotin A vitamininə çevrilir ki, bu da intellektin yaxşılaşmasına, immun sisteminin möhkəmlənməsinə, sümüklərin və dişlərin güclənməsinə, tiroid vəzində yaranan problemlərin aradan qalxmasına və boy artımına yardım göstərir. Yerkökü həmçinin zehni fəaliyyəti gücləndirir. Gündə bir ədəd yerkökü yeməklə halsızlıq və yorğunluq problemini tamamilə aradan qaldırmaq mümkündür.
3.Armud
Armud bol miqdarda A, K və C vitamini ehtiva edir. Antioksidant təsirə malik olan armud immun sistemini gücləndirib bədənə enerji verir. Bundan əlavə armudun tərkibindəki faydalı maddələr qanda şəkərin miqdarını tənzimləyir. Baharı enerjili keçirmək istəyənlər gündə bir ədəd armud yeyə bilərlər.
4.Cəfəri
Cəfərini şüyüd və çuğundur yarpağı ilə birlikdə qəbul etmək immun sistemini möhkəmləndirir. İmmun sisteminin möhkəm olması yaz yorğunluğundan daha asan xilas olmağı şərtləndirir. Cəfəri ödəm problemini də effektli şəkildə yox etməyə qadirdir. Cəfərinin həm şirəsini içmək, həm də salatların tərkibində qəbul etmək olar.
5.Qoz
Fındıq, badam, qoz kimi çərəzlər E vitamini ilə zəngindir. E vitamini bədən funksiyaları üçün mühüm rol oynayan maddədir. Qozun tərkibindəki E vitamini orqanizmdə sərbəst radikalların təsirini azaldır. O, immun sistemini gücləndirib yorğunluğu aradan qaldırır. Bu vitamin saç və dəri üçün də ən effektli vasitələrdən biridir. Hər gün 2 ədəd qoz, yaxud 5-6 ədəd fındıq yemək lazımdır.
6.Qatıq
Qatıq bağırsaqların fəaliyyətini yaxşılaşdırır, immun sistemini gücləndirir və toxluq hissi yaradır. Toxluq hissi verən qatıq qanda şəkərin miqdarını da nizamlayır. Beləliklə, gün ərzində gümrah və enerjili oluruq. Gün ərzində 1-2 kasa qatıq yemək məsləhətdir.
7.Qırmızı ət
Dəmir çatışmazlığı qan azlığına səbəb olur. Qan azlığı isə hamıya məlum olduğu kimi halsızlıq və yorğunluğu artırır. Yaz aylarını gümrah keçirmək istəyənlər həftədə 3 dəfə ət yeməlidirlər.
8.Yulaf əzməsi
Yulaf əzməsi toksinləri və zərərli maddələri orqanizmdən xaric edən faydalı bitkidir. Yulaf əzməsini həftədə 3-4 dəfə səhərlər və günorta saatlarında südə və ya qatığa qarışdırıb yemək lazımdır.
9.İspanaq
İspanağın tərkibindəki dəmir duzları və B qrupu vitaminləri qan azlığını aradan qaldırır. İspanaq həmçinin dəri altına piy toplanmasının və sellülitin qarşını alır. İspanaq bağırsağın normal fəaliyyətini təmin edir, qəbizliyin qarşısını alır, karbohidrat mübadiləsini tənzimləyir, qlükozanın toxumalara keçməsini asanlaşdırır və qanda şəkərin səviyyəsini normallaşdırır. Nəticədə bədənin müqaviməti artır. İspanaq həftədə ən azı 3 dəfə az bişirilmiş halda yeyilməlidir.
10.Yaşıl çay
Yaşıl çay min bir dərdin dərmanı sayılır. İnsanın ömrünü uzadan yaşıl çay güclü antioksidantdır. Yaşıl çay insanın orqanizmini müxtəlif zərərli maddələrdən (şlaklar, toksinlər, sərbəst radikallar və s.) təmizləyir və nəticədə insanın immun sistemi möhkəmlənir. O, dolayısı ilə yorğunluğu aradan qaldırır.


Şərhlər: 4
Baxılıb: 624
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
ele prablemlerim olmur
29 may 2016 22:20
# 4
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
ummuselma
Bahar yorğunluğu mənim də derdimdir. Həm is güc çox olur, həm də fəsil dəyişkənliyi. Yaşıl çay və qatiqdan daha çox istifadə edəcəm bundan sonra
29 may 2016 20:57
# 3
Miss_Oxatan
Bu aylarin halsizligini men bol meyve yemekle,su icmekle,birde serin ayranla otururem.ayran vazkecilmezim olur.burda kefir en cox aliram.hem gunew istisine qarwi yaxwidi hem de halsizligi,yangini goturur.
29 may 2016 19:17
# 2
İlan hər nə qədər ürpəndiyim və sevmədiyim canlı olsa da,ancaq,ikimizin,yəni ilanla mənim bir oxşar cəhətimiz var,"Dəymə mənə,dəyməyim sənə!" yayMiss_Oxatan♐
BARBI
Bahar yorgunlugu mende de var. cox pisdir. Bu yazilan qaydalara emel edecem.
29 may 2016 17:30
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz