Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Sәhәr yemәyindәn әvvәl mütlәq yeyin – MİN BİR DӘRDİN DӘRMANI
Sәhәr yemәyindәn әvvәl mütlәq yeyin – MİN BİR DӘRDİN DӘRMANI
Göndərən: arzum-aysum
Şərhlər: 5
Baxılıb: 908
Səs ver:
Mütәxәssislәr sәhәr yemәyindәn әvvәl yalnız su içmәyi mәslәhәt görür. Lakin bundan başqa bir qidanın da sәhәr yemәyindәn әvvәl yeyilmәsi lazımdır.
Bu qida bir çox xәstәliklәrin dәrmanıdır. Söhbәt darçın vә bal qarışımından gedir. Mәlumdur ki, darçın vә bal ayrı­ayrılıqda bir çox xәstәliklәrә dәrmandır vә müalicәvi әhәmiyyәti var. Lakin onları birlikdә qәbul etdikdә nәlәrә nail ola bilәcәyinizi bәlkә dә ağlınıza belә gәtirmirsiniz.
 
Bal vә darçın qarışımı bir çox xәstәliyin dәrmanıdır. Üstәlik, heç bir әlavә tәsirinin olmaması bu qarışımın әsas üstünlüyüdür. Şәkәrli olmasına baxmayaraq, düzgün miqdarda istifadә edildikdә diabet xәstәlәrinә belә, zәrәr vermir. Elmi araşdırmalar darçın­bal qarışımının bu xәstәliklәrin dәrmanı olduğunu sübut edib:
 
Ürәk xәstәliklәri
Bal ilә toz darçını qarışdırın vә naharda qızarmış çörәyin üstünә sürtәrәk yeyin. Xolesterolu aşağı salır vә ürәk narahatlıqlarının qarşısını alır. Mütәmadi olaraq darçınlı bal yemәk ürәk döyüntülәrini güclәndirir. Yaşlandıqca arterial damarlar vә kapilyarlar dözümlülüyünü itirir vә tıxanır. Darçınlı bal isә damarları yenidәn canlandırır.
 
Artrit
Bir fincan isti suya iki yemәk qaşığı bal vә bir çay qaşığı toz darçın әlavә edәrәk, faydalı içki hazırlaya bilәrsiniz. Gündәlik olaraq içilsә, xroniki artrit xәstәlәri belә, yaxşılaşa bilәr.
 
Sidik yolu infeksiyaları
İki yemәk qaşığı toz darçın ilә bir yemәk qaşığı balı ilıq suya әlavә edәrәk için. Bu qarışım sidik yolundakı mikrobları öldürür.
 
Xolesterol
450 qram çaya iki yemәk qaşığı bal, üç yemәk qaşığı toz darçın qarışdıraraq xolesteroldan әziyyәt çәkәn xәstәyә verdikdә iki saat içәrisindә qandakı xolesterolun miqdarının 10% azaldığını müşahidә edәrsiniz. Gündә üç dәfә qәbul edildikdә isә xroniki xolesterol da müalicә edilә bilәr. Gündәlik olaraq yeyilәn bal isә xolesterol şikayәtlәrini azaldır.
 
Soyuqdәymә
Tez­-tez vә ağır soyuqdәymәdәn şikayәti olanlar bir qaşıq bal vә dörddә bir qaşıq toz darçınını qarışdıraraq üç gün әrzindә gündә bir dәfә olmaqla qәbul edә bilәrlәr. Bu müalicә xroniki öskürәk vә soyuqdәymәni müalicә edir, nәfәs yollarını tәmizlәyir.
 
Boğaz qıcıqlanması
Darçınlı balın boğaz ağrısını yaxşılaşdırdığı vә boğazdakı yaraları kökündәn sağaltdığı deyilir.
 
Qaz
Hindistan vә Yaponiyada aparılan araşdırmalar darçınlı balın mәdәdә yaranan qazların qarşısını aldığı sübut edilib.
 
İmmunitet sistemi
Darçınlı balın gündәlik qәbulu immunitet sistemini güclәndirir, bәdәni bakteriya vә virus hücumlarından qoruyur. Balın nizamlı qәbulu ağ qan hüceyrәlәrini güclәndirәrәk bakterial vә virus xәstәliklәrinә qarşı müqavimәti artırır.
 
Hәzm sistemi
İki yemәk qaşığı bala sәpilәn toz darçını yemәkdәn әvvәl qәbul edin. Bu, mәdәdәki turşuluğun qarşısını alır vә әn ağır yemәklәrin belә, asanlıqla hәzm olunmasını tәmin edir.
 
Qrip
İspaniyalı bir alim baldakı tәbii komponentlәrdәn birinin qrip mikrobunu öldürdüyünü vә xәstәni qripdәn qurtardığını sübut edib.
 
Uzun ömür
 Bal vә toz darçınla hazırlanan çayı ilıq formada nizamlı olaraq içdikdә yaşlanmanın tәsirlәrini azalda bilәrsiniz. Ballı­-darçınlı çayı hazırlamaq üçün dörd yemәk qaşığı bal, bir çay qaşığı darçın vә üç fincan qaynamış su istifadә edin. Gündә 3­-4 dәfә 1 fincan için. Bu qarışım dәrini tәzә vә yumşaq saxlayır, yaşlanmanın qarşısını alır.
 
Boğaz ağrısı
Boğazınız ağrıdıqda vә ya qıcıqlandıqda bir qaşıq bal yeyin. Boğazınızdakı narahatlıq keçәnә qәdәr 3 saatdan bir tәkrarlayın.
 
Çivzәlәr
Üç yemәk qaşığı bal vә bir çay qaşığı toz darçını qarışdırın. Yatmazdan әvvәl sızanaqların üzәrinә sürtün vә ertәsi gün ilıq su ilә yuyun. İki hәftә hәr gün tәtbiq etsәniz, sızanaqları kökündәn mәhv edәcәksiniz.
 
Dәri infeksiyaları
Bal vә toz darçını allergiya olan vә ya qıcıqlanan bölgәlәrә bәrabәr miqdarda tәtbiq edin. Bu üsul hәr cür dәri infeksiyasına yaxşı tәsir edәcәk.
 
Çәki azaltma
Bir stәkan qaynamış suyun içinә bal vә toz darçını әlavә edәrәk, hәr gün sәhәr yemәyindәn yarım saat әvvәl vә gecә yatmazdan әvvәl için. Daimi olaraq qәbul etdikdә piylәnmә problemi yaşayanlar belә çәki azalda bilәcәklәr.
 
Xәrçәng
Yaponiya vә Avstraliyada aparılan araşdırmalar mәdә vә sümük xәrçәnginin müvәffәqiyyәtlә müalicә edilә bilәcәyini sübut edib. Bu xәrçәng növlәrindәn әziyyәt çәkәn xәstәlәr gündә bir yemәk qaşığı bal vә bir çay qaşığı darçını üç hissәyә bölәrәk bir ay boyu qәbul edә bilәrlәr.
 
Yorğunluq
Daha bir araşdırma sübut edib ki, baldakı şәkәr bәdәnin güc qazanmasına kömәk olur. Bal vә toz darçınlı qarışığı qәbul edәn yaşlılar daha gümrah vә çevik olduqlarını hiss edәcәklәr. Hәr gün diş fırçaladıqdan sonra vә saat 15:00­da bu qarışımı qәbul etsәniz, bir hәftәdә bәdәn müqavimәtinizin artdığının şahidi olacaqsınız.
 
Nәfәsdәn gәlәn pis qoxu
 Cәnubi amerikalılar sәhәrlәr bir çay qaşığı bal vә darçın әlavә edilmiş suyla qarqara edir. Bununla nәfәslәrindәn gün әrzindә gözәl qoxu gәlir.
 
Eşitmә qabiliyyәti 
Gündәlik olaraq sәhәr vә axşamlar bal­darçın qәbul etmәk eşitmә qabiliyyәtinin itmәsinin qarşısını alır.
 
Darçınlı balın hazırlanması:
Әvvәl bir stәkan suyu qaynadın, isti suya darçın әlavә edin vә dәmlәyin. Bu qarışımı soyudun. Qaynar suya bal qatmayın. İsti su baldakı fermentlәri öldürür. Su otaq istiliyinә gәldikdә darçının iki qatı qәdәr bal әlavә edin. Yatmazdan әvvәl stәkanın yarısı qәdәr için vә digәr yarısını sәhәrә saxlayın. 


Şərhlər: 5
Baxılıb: 908
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
ayka95
faydali oldugunu bilirem bezen istifade edirem
7 may 2016 14:21
# 5
vipbetul
lazimli faydali melumatdir
7 may 2016 13:40
# 4
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
qanadli melek
Her derdin dermani oldu bu balla darcin)
7 may 2016 13:39
# 3
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
canr
Çox gozel xeber oldu bu.Çox sagol Turkanim
7 may 2016 13:35
# 2
HƏYAT GÖZƏL YAŞAMAĞA DƏYƏR
BARBI
Darcin ve bal cox faydalidir. Men de darcinli caylardan istifade edirem. Ceki atmaga ve soyuqlamadan qurtulmaga komek edir
7 may 2016 12:08
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz