Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Sağlamlıq üçün zəncəfil kökünün 5 faydası
Sağlamlıq üçün zəncəfil kökünün 5 faydası
Göndərən: Tomris Müslümova
Şərhlər: 0
Baxılıb: 490
Səs ver:
Zəncəfilin kökü antioksidan, amin turşusu, çoxlu vitamin və mikroelementlərlə zəngindir. Eyni zamanda zəncəfilin kökü  A, C, E vitaminləri, B vitamin qrupu, maqnezium, kalium, fosfor, silisium, dəmir, natrium, kalsium, sink, beta-karoten, triptofan, metionin kimi faydalı elementlərin əsas mənbəyidir. Bütün bunlara görə o sağlamlıq üçün faydalıdır. Bu yazıda isə sizə zəncəfil kökünün 5 əsas faydası haqqında məlumat verməklə yanaşı, eyni zamanda da belə soyuq havalarda köməyinizə çatacaq zəncəfilli çay reseptini təqdim edirik.

Zəncəfil kökü mədə-bağırsaq sisteminin xəstəliklərinə kömək edir
Zəncəfilin kökü mədə-bağırsaq problemlərinin aradan qaldırmaqda, eyni zamanda da mədə-bağırsaq sisteminin fəaliyyətini də tənzimləməkdə sizə kömək edəcək. O, ishal, bulantı, qusma, qastrit, qida zəhərlənməsi, mədə pozğunluğu, yel, sacılara da kömək edir. Zəncəfilin kökü qidanın daha yaxşı həzm olunmasına şərait yaradır. Beləliklə, siz mədə-bağırsaq probleminizi aradan qaldırmaq üçün zəncəfili ədviyyat kimi yeməklərinizdə istifadə edə və çay kimi dəmləyib içə bilərsiniz. Yaxşı olar ki, çay kimi içəndə içinə 1 qaşıq bal əlavə edəsiniz. 

Zəncəfil kökü ağrıkəsici kimi
Zəncəfil kökü miqren, əzələ, bel və oynaqların ağrısının aradan qaldırılmasında çox faydalıdır. Əzələlərdəki ağrıları aradan götürmək üçün isti vannaya bir neçə damcı zəncəfil yağı əlavə edirik. Qadınlarda menstural spazmı yox etmək üçün isə zəncəfilin kökünü çay şəklində dəmləyib içmək lazımdır.

Zəncəfil kökü xərçəngin qarşısını alır
Onun tərkibində xərçəngin qarşısını alan güclü antioksidanlar var. O xərçəng hüceyrələrinin inkişafını azaldır və nəticədə xəstəliyinin irəliləməsinə mane olur. Zəncəfil döş, dəri, ağciyər, mədəaltıvəzi və prostat kimi xərçəng növləri ilə mübarizə aparır. Hər gün səhər zəncəfilli kokteyl və ya çay içə bilərsiniz.

İmmuniteti gücləndirir
Gündəlik olaraq istifadə olunsa soyuqdəymənin qarşısını alır. Və əsasən, qrip, bronxit, kəskin respirator virus infeksiyalarını, öskürəyi aradan qaldırır. 

Arıqlamağa kömək edir
Zəncəfil metabolizmanı sürətləndirir və nəticədə kalorini yandır. Bu zaman zəncəfil kökünü 4 qramdan artıq qəbul etmək məsləhət deyil. Eyni zamanda mədə xorası, ürək xəstəliyi və şəkərli diabet olanların zəncəfil qəbul etməkləri məsləhətli deyil. 

Zəncəfilli çay reseptləri
Klassik zəncəfil çayı
Klassik zəncəfil çayı resepti üçün sizə 4-5 qram zəncəfil kökü və 200 ml qaynar su lazımdır. Zəncəfilin kökünü yaxşıca yuyub, qabığını soyuruq. Sonra onu ya bıçaqla xırda doğrayırıq ya da ki, sürtgəcdən keçirdirik. Sonra onu qaynar su ilə dolu stəkana əlavə edirik. Qoyuruq kənarda 5-7 dəqiqə dəm alır. Klassik zəncəfil çayınız hazırdır. Onu danlandırmaq üçün bir dilim limon, laym əlavə edə bilərsiniz.

Zəncəfillə sevgi çayı
Bu çay üçün isə sizə 1 litr qaynadılmış su və zəncəfil kökü lazımdır. Zəncəfilin kökünü yaxşı yuyub qabığını soyub sürtgəcdən keçirdin. Sonra onu suya əlavə edib 15 dəqiqə dəmlənməyə qoyun. Daha sonra isə ona laym dilimi və bal əlavə edin. Və 10 dəqiqə keçdikdən sonra çayı süfrəyə təqdim edə bilərsiniz.

Zəncəfil çayının faydaları
Yaxşı tonus vericidir
Beyni aktivləşdirir, dəqiq olmağınıza şərait yaradır
Beyində qan dövranını yaxşılaşdırır. Dərinin rəngini yaxşılaşdırır, gözləri aydınladır, yaddaşı yaxşılaşdırır
İştahanı artırır və həzmi yaxşılaşdırır
Qanı dururldur
Soyuqdəymə ilə mübarizə aparır


Şərhlər: 0
Baxılıb: 490
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz