Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Böyrəklərin qeydinə qalan qidaların siyahısı
Böyrəklərin qeydinə qalan qidaların siyahısı
Göndərən: Fialka
Şərhlər: 0
Baxılıb: 398
Səs ver:
10 mart dünyada böyrək günü kimi qeyd olunur.
Türkiyə mətbuatına istinadən diyetoloq Nilay Keçecinin sözügedən gün münasibətilə hazırladığı böyrək sağlamlığına yaxşı təsir edən qidaların siyahısını təqdim edir. Bu qidalardan istifadə böyrək xəstəliklərinin qarşısını almaqla yanaşı, böyrəklərin daha yaxşı işləməsini təmin edəcək.
 
1. Böyrəyin təbii dərmanı: qatıq
Tərkibi kalsium və D vitamini ilə zəngin olan qatıq böyrək sağlamlığında önəmli qidalardan biridir. Xüsusilə yemək vaxtı istehlak edilən qatıq böyrək sistemini tənzimləyir və onun fəaliyyətinə müsbət təsir göstərir. Qatığı təzə meyvə və tərəvəzlərlə qarışdırdıqda meyvələrin tərkibindəki C vitamini və minerallar birləşir. Bu da böyrəyin funksiyasına müsbət istiqamətdə təsir göstərir.
 
2. Balqabaq tumunun da təmizləyici təsiri var
Balqabaq tumu sink, omeqa 3, dəmir və minerallarla zəngindir. Bütün bu faydalı maddələr böyrək xəstəliklərində olduqca təsirlidir. Balqabaq tumu qanda şəkərin  miqdarını normaya salır. Bununla yanaşı, immun sistemini gücləndirib depressiya, xroniki halsızlıq kimi hallara müsbət təsir edir. Balqabağın tərkibindəki kalsium böyrək daşı əmələ gəlməsini qarşısını alır.
 
3. Alma 
Xüsusilə, qırmızı alma böyrək xəstəliklərinin müalicəsində qoruyucu qalxan vəzifəsini öz üzərinə götürüb. Alma böyrəyi təmizləyir, liflər isə süzmə prosesini ən yaxşı şəkildə həyata keçirməsinə yardım edir. Gündə bir alma yemək böyrək sağlamlığı üçün əhəmiyyətlidir.
 
4. Cəfəri
Cəfəri tərkibindəki C vitamin və minerallarla böyrəkləri təmizləyib onun fəaliyyətini yaxşılaşdırır. O, böyrəklərin işləməsini və toksinlərin atılmasını sürətləndirir. Eyni zamanda, böyrək daşlarının yaranmasını və böyrəklərdə şiş əmələ gəlməsinin qarşısını alır. Cəfəri bədənə enerji verir. Onun mərkəzi sinir sistemi üzərində də müsbət təsirləri mövcuddur.
 
5. Alça
Alça A-B-C vitaminləri baxımından olduqca zəngindir. Başda böyrək olmaqla, ürək və xolesterin xəstəliklərinin müalicəsində effektli təsir göstərir. Yadda saxlayın ki, alça metabolizmi sürətləndirən ən  yaxşı antioksidantdır.
 
6. Qızılbalıq
Omeqa 3-lə zəngin olan qızılbalıq da müalicəvi rola malikdir. Qızıl balığın tərkibinə böyrəyin bütün funksiyalarını həyata keçirməsi üçün lazım olan minerallar daxildir. Balıqda olan sink və dəmir böyrəyin fəaliyyətini yaxşılaşırdıran faydalı maddələrdir.

7. Düyü
Düyü və düyü püreləri böyrək xəstəliklərində itən kalorini yerinə qaytarır. Bu qida xəstəliyin sağalmasını  sürətləndirmək baxımından da əhəmiyyətlidir. Lakin şəkər xəstələri bir qədər ehtiyatlı davranmalıdır.


Şərhlər: 0
Baxılıb: 398
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz