Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Balın möcüzəvi faydası
Balın möcüzəvi faydası
Göndərən: NoName
Şərhlər: 0
Baxılıb: 260
Səs ver:
Uşaqlığımızdan bəri bal yeməyimiz üçün arxamızca qaçan analarımız nə qədər də haqlı imişlər... Balın sağlamlığımıza, dərimizə, saçlarımıza olan faydalarını saymaqla bitmir. Dərini nəmləndirir, sızanaqlarla mübarizə aparır, antioksidant xüsusiyyəti yüksək olduğundan bizə daha sağlam bir həyatı qızıl nimçədə təqdim edir.

Çox sözə ehtiyac yoxdur, balla gələn gözəllik möcüzələrini birlikdə oxuyaq!

Ballı nəmləndirici
Dərinizin quruyub, tökülməsindən şikayət edirsinizmi? Zeytun yağı və balı qarışdıraraq bir losyon hazırlayın. Quru dərinizə sürtün və təxminən 10-20 dəqiqə saxlayın. Sonra dərinizi ilıq suyla yaxşıca durulayın, dəyişikliyi həmin an hiss edəcəksiniz.

Ballı saç maskası
Solğn saçlarınızı sağlam hala gətirmək üçün yenə zeytun yağı və bal cütlüyündən faydalana bilərsiniz. Bir çay qaşığı zeytun yağı və bir çay qaşığı balı qarışdırın; saçınıza sürtün. Təxminən 15-20 dəqiqə saxlayın və durulayın. Bu əməliyyatı saçınızı şampunlamazdan əvvəl etməyi unutmayın.

Sızanaqlarla mübarizədə sizə köməkçiniz bal...
Kiçik bir miqdar balı qızartının olduğu bölgəyə sürtün, bağlayın və təxminən yarım saat gözləyin. Həmçinin, balın antiseptik xüsusiyyəti olduğundan yanıqlara və sıyrıqlara da yaxşı təsir edəcəkdir.

Çatlayan dodaqlarınızı hamar hala gətirəcək maska üçün 1 xörək qaşığı bal, 1 xörək qaşığı şəkər, yarım çay qaşığı zeytun yağı və yarım çay qaşığı vazeline ehtiyacımız var. Əvvəl balla şəkəri qarışdırın, sonra vazelin və zeytun yağını əlavə edib, təkrar qarışdırın. Maskamız hazırdır. Bu maskanı həftədə bir ya da iki dəfə tətbiq edə bilərsiniz. Maska dodaqlarınızı ölü dəridən təmizləyəcək və yumşaldacaq.

Yaxşıca əzilmiş bir neçə yer fındığını, bir xörək qaşığı bal və bir neçə damla limon suyu ilə qarışdırın, bədəninizə sürtün. Yer fındığı ölü dərilərdən xilas olmanıza kömək edəcək, limon suyu dərinizi təravətləndirəcək, bal da lazım olan nəmi dərinizə verərək yumşalmasını təmin edəcək.


Şərhlər: 0
Baxılıb: 260
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz