Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Xalq təbabətində tibbi profilaktika
Xalq təbabətində tibbi profilaktika
Göndərən: NoName
Şərhlər: 0
Baxılıb: 375
Səs ver:
Tibbi profilaktika ", "sanitariya-gigiyena” ifadələri hələ elmi anlayış kimi mövcud olmadığı zamanlarda xalqın onu necə adlanmasından asılı olmayaraq özünın təbabət profilaktikası olmuşdur. Vaxtsız qapını doymüş qocalıq, ölüm, xəstəlik zaman-zaman insanları qorxutmuş və bu təsəvvürlər insanı onun əlaçı ilə bağlı axtarışlara, müxtəlif qabaqlayıcı tədbirlərə sövq etmiş, beləliklə, xalq təbabətində indiki profilaktik diaqnostikanın primitiv vasitə və üsullaı formalaşmağa başlamışdır. Bu profilaktika bizim elmi anlamda qəbul etdiyimiz bugünkü profilaktikanın ilkin, həm də çox etibarlı bünövrəsidir. Biz bu yazımızdan başlayaraq xalq təbabətinin profilaktikasına aid bir-birindən faydalı və maraqlı yazılar verəçəyik. Sizi maraqlandıran hər nə var, buyurun, müraciət edin. Biz əlimizdəki ədəbiyyatlardan istifadə etməklə hər sorğunuza cavab verməyə çalışacağıq. Yeri gəldikcə hörmətli alimlərimizlə görüşüb sizin suallarınıza cavab tapmağa çalışacağıq. Bugünkü yazımızda isə qədim profilaktika üsulları kimi "zahılıq” haqqında məlumat verəcəyik. 

Hələ lap qədimlərdə - "tibbi profilaktika ", "sanitariya” və "gigiyena” ifadələrinin elmi anlayış kimi mövcud olmadığı zamanlarda xalqın özünın təbabət profilaktikası olmuşdur. Qapını vaxtsız doymüş ölüm və qocalıq, çarəsiz xəstəliklər zaman-zaman insanları qorxutmuş və bu təsəvvürlər onları əlac axtarışlarına, müxtəlif qabaqlayıcı tədbirlərə sövq etmiş, beləliklə, xalq təbabətində primitiv vasitə və üsullarla da olsa, indiki tibbi profilaktikanın, eləcə də müayinə və diaqnostikanın əsasları formalaşmağa başlamışdır. Bu profilaktika və müayinə üsulları bizim elmi anlamda qəbul etdiyimiz müasir profilaktikanın ilkin, həm də çox etibarlı bünövrəsidir. 
Məsələn, nağıllarımızda qəhrəmanlar yatmaq və yuxu rejiminə düzgün əməl edər, qaydasında yatar, səhər tezdən oyanarlar. Əvvəlcə bir həyət-bacanı gəzər, sonra səliqə ilə yuyunar, əl-üzünü qurulayar, gəlib süfrə açar, çörək yedikdən sonra isə səliqə ilə süfrəni yığışdırarlar. XX əsrin məşhur tibb alimi, keçmiş sovetlər ölkəsinin səhiyyə naziri olmuş Semaşkonun "Sanitariya mədəniyyəti olmadan heç bir mədəniyyətdən danışmaq olmaz” fikri, gördüyünüz kimi, öz əksini Azərbaycan folklorunda hələ neçə yüz il əvvəl tapmışdır. Həm də maraqlıdır ki, bu "profilaktika” və "sanitariya” tədbirləri ta qədimdən bu günə kimi hansısa ekstremal hal və vəziyyətlə bağlı keçirilən tədbir olmamışdır. Bunlar bütövlükdə insanın sağlamlıq ehtiyaclarına şüurlu, sistemli və ardıçıl şəkildə yönləndirilmiş səylər olmuş, insanlar gündəlik həyat tərzlərində və məişət qayğılarında təmizliyin, rejimin üstünlüklərini görmüş və ona əməl etmişlər. Elə bu günün özündə düşüncələrimizə hakim kəsilmiş pintilik və paklıq anlayışları da bizə ulularımızdan irsən keçmişdir.
Tarixin ayrı-ayrı mərhələlərində pintiliyin xəstəliklərə səbəb olduğu , sağlamlıq üçün bəlalar törətdiyi insanların gözü qarşısında baş vermişdir. Odur ki, pintilik istər həyatda da, istərsə də şifahi xalq ədəbiyyatında həmişə tənqid olunmuşdur. Pinti adamalr aylarla çimmir, yemək-içmək , yatıb-durmaq və s. bu kimi gigiyenik tələblərə əməl etmir, nağıllarda deyildiyi kimi "üst-başlarından cin hürkür.” Belə adamların həmin natəmizliklərin nəticəsi olaraq xəstələnməsi şəksizdir. Belə vəziyyətdə isə digərlərinin onlardan ehtiyatlanması, uzaq gəzməsi qorunma mahiyyətində olmuşdur. 
Buna baxmayaraq, həyatda daxilən gözəl olduqları kimi, zahirən də təmiz, pak insanlar da çox olmuşdur və indi də vardır. Səfərə çıxdıqda, toy-yas məclislərinə getdikdə, əziz bayramları qarşılayarkən insanların əvvəlcədən yuyunub-təmizlənməsi, təzə paltar geyməsi yüz illərdir öz əhəmiyyətini itirməmişdir və bu gün də sağlamlıq baxımından çox aktualdır. 
Xalq təbabətinin tarixən mövcud olmuş xəstəlik adları, bəzi müüalicə vasitələri, profilaktik tədbirlər müasir dövrümüzdə də xalq arasında mövcuddur və çox maraqlıdır ki, onlara əski inam bu gün də çox qüvvətlidir. Bu məqaləmizdən başlayaraq, sizə xalq təbabətimizin ayr-ayrı xəstəlik adları və onların müalicə vasitələri haqqında ixtiyar qocalarımızın, ağbirçək nənələrimizin türkəçarə vasitələrini, "töhtiyə"lərini təqdim edəcəyik. İlk yazımız zahılıq haqqındadır.

Zahılıq qadının dünyaya uşaq gətirdiyi dövrdən ən azı 40 günədək keçən dövrə deyilir. Ağbirçək nənələrimizin sınamalarına görə həmin müddətdə zahı qadın müəyyən qayda-qanunlara əməl etdiyi kimi, ətrafdakı adamlar da 40 gün onu qorumalıdır: zahı qadın şər qarışandan sonra aynaya baxmamalıdır. O, şər vaxtı yeməməli, yatmamalı, dırnaq tutmamalıdır. Hətta belə analar zahılıq müddəti bitməmiş qonşuya, eləcə də digər kimsəyə getməməlidir. Bütün bunlar həmin zahı üçün uğursuzluqlar gətirə bilər.

Zahı ana zaman-zaman uluların məsləhət bildikləri bir sıra vacibatları yerinə yetirməlidirlər. Məsələn, əgər oğlan uşağı doğulmuşsa, onlar şağın beşiyinin yanına papaq, kəmər qoymalıdır. Guya həmin əşyalar bu nəslə kişi gəldiyini bildirmək vasitəsidir. Qız uşağıdırsa, bunların yerinə qayçı, sap, iynə, üskük, daraq qoyulmalıdır ki, dünyaya gələn qadındır, anadır.

Uşaq anadan olanda ana onun dilinə bal çəkməlidir ki, gələcəkdə şirindil olsun. Hətta ad seçilərkən ananın mübahisə etməməsi tövsiyə olunur ki, yoxsa, uşaq da inadkar olacaq.

Zahı analar əvvəlcədən layla çalmağı, uşağı bəsləməyi, çimdirməyi, geyindirmək və s. çox vacib qaydaları bilməlidir. 
Uşağı əmizdirərkən mürgüləmək olmaz. Ana yatmamışdan öncə körpəsini onun üçün ayrılmış yerə qoymalıdır. Bunlar təkcə ana və nənələrimizin öyüd-nəsihətləri deyil, bütövlükdə ağbirçəklərimiz tərəfindən təhlükəsizlik məqsədilə yaradılan xalq təbabəti profilaktikası idi.


Şərhlər: 0
Baxılıb: 375
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz