Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Hər gün 1 kasa turp yeyin - bilmədiyiniz faydaları
Hər gün 1 kasa turp yeyin - bilmədiyiniz faydaları
Göndərən: arzum-aysum
Şərhlər: 7
Baxılıb: 778
Səs ver:
Hər mövsüm süfrələrdə yer ala biləcək turpun yaz, qış və payız turpu olaraq üç növü var. Rənglərinə görə isə qırmızı, qara, ağ turp olur. Tərkibindəki orqanik turşular səbəbindən qəribə dadı var. Bütün turp növləri antioksidan olaraq bilinən flavonoidlərlə zəngindir. Qaraciyər və öd kisəsi baxımından qara turp, antioksidan baxımından isə qırmızı turp yeyin.
 
Turpun faydaları nələrdir?
Tərkibindəki antioksidan birləşmələri ilə xərçəngə qarşı qoruyur.
Kükürdlü birləşmələr sayəsində isə öd axınını sürətləndirir.
Qaraciyər sağlamlığını qoruyur.
Öd ifrazı üzərindəki müsbət təsiri ilə həzmi asanlaşdırır.
Sidiyə çıxışı yaxşılaşdırır, köp azaldıcı təsiri vardır.
Az qlisemik indeksli (qan şəkərini yavaş yüksəldən) və yüksək lifli olduğu üçün şəkər xəstələrinin rahatlıqla yeyə biləcəyi tərəvəzdir.
Lif tərkibi çox və fitosterol tərkibli olduğundan qan xolesterolunu azaldıcı təsirə malikdir.
Lif və tərkibindəki qlükosinolat birləşmələri ilə qalın bağırsaq xərçəngi başda olmaqla, xərçəngə qarşı qoruyur.
Az kalorili olduğu üçün pəhriz saxlayanlara da məsləhətdir.
 
Turpun zəngin tərkibi
10 ədəd kiçik ölçüdə qırmızı turp (1 kasa) yeməklə 12 kalori alır, gündəlik lif ehtiyacınızın 25%-ni qarşılamış olursunuz.
Turp yüksək miqdarda potasium tərkiblidir. Potasium da öz növbəsində ürək əzələsi daxil, bütün əzələlərin düzgün çalışması üçün vacib olan mineraldır. Bədənin yetərli miqdarda potasium qəbul etməsi yüksək təzyiqlə mübarizəni gücləndirir.
Turpun tərkibindəki folat turpu digər tərəvəzlərdən fərqləndirir. Folat bədəndəki ümumi DNT-lərin dəyərləndirilməsində istifadə edilir. 1 kasa turp yemək gündəlik folat ehtiyacınızın 7%-i qarşılayır.
Kalisum mineralının ən yaxşı qaynaqlarından olan turp özəlliklə menopauza dövründə olan qadınlara məsləhət görülür. Həm də sümük əriməsinə qarşı faydası da elmi olaraq təsdiqlənib.
Bundan başqa, turp yarpaqları da turp qədər faydalıdır. Yaxşı kalsium qaynağıdır. İmmunitet sisteminin güclənməsinə dəstək olan C vitamini də turpun tərkibində çoxdur. Gün ərzində 1 kasa turp yemək gündəlik C vitamin ehtiyacınızın 40%-i qarşılayır. Qan xolesterolunun düşməsində təsirli olan fitosterol maddə 100 qram turpda 9 mg miqdarında olur.
 
Turp yarpağının faydaları
Turp yarpağı beta-karoten, C, E, B6, B9 vitamini (folat) ilə kalsium mineralı baxımından yaxşı bir qaynaqdır. Tərkibindəki beta karoten sayəsində göz və ağciyər sağlamlığının qorunmasında yardımçıdır. Həm də yaşlanmaya da təsir edir. E vitamini sayəsində yaşlanma ilə bağlı hafizənin zəifləməsinə qarşı qoruyur.
 
Turp yarpaqları necə yeyilir?
Şorbalara əlavə edilərək
İspanaq yeməyi kimi bişirərək
Salatlara əlavə edərək
 
Turpu çox yeməyin zərərləri
Turp çox yeyilsə, tərkibindəki kükürdlü birləşmələrindən dolayı qaz yaradır.
Bağırsaqlara sürətləndirici təsir edir və ishala səbəb olur.
Turp yüksək səviyyədə oksalat tərkiblidir. Oksalat da, bədəndən dəmir və kalsium kimi dəyərli mineralların atılmasına səbəb olur. Yüksək miqdarda turp yemək mineral itkisinə yol açdığından faydadansa zərər gətirə bilər.
 
Turpu kimlər az yeməlidir?
Böyrəklərindən kalsium oksalat qumu tökənlər
İshal yaşayan və qaz sancısı çəkənlər
Üzgün bağırsaq sindromu olanlar
Qastriti olanlar bişmiş yeməlidir
Açıq xora yarası olanlar
 
Qeyd: Sağlamlıq üçün gündə 1 kasa turp salatı yemək bəs edir. Brüssel kələmi, kahı, brokoli kimi tərəvəzlərlə eyni nəsildən olduğu üçün bu tərəvəzləri yediyiniz gün turp yeməyinizə ehtiyac yoxdur


Şərhlər: 7
Baxılıb: 778
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
tatyana
Faydali olduguna gore herden yeyirem,ureyim getmir yani turp ucun,olmasa hec yadima dusmez
22 mart 2016 08:19
# 7
KUREYIMDEN VURULMUS ZERBELERIN SAYINI DUSUNSEK COXDAN YOXX OLMALIYDIM......AMMA MEN O ZERBELERDEN SONRA TANIMAGA BASLADIM DOSTUMU VE DUSHMENIMI
Narın Yağış
Qastriti olanlar bişmiş yeməlidir
Qastritim var deyə yeyə bilmirəm, ayda ildə bir kərəm canım çəkəndə yeyirəm,həmdə düzü elədə sevmirəm turp,soğan,sarımsaq.
22 mart 2016 03:30
# 6
Ayrılmağımızı istəyənlərin acığına bir yerdə olaq heart
vipbetul
faydali melumatdir
21 mart 2016 17:14
# 5
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
lale.veliyeva19
çox da sevmirəm amma arada bir yeyirəm
21 mart 2016 10:47
# 4
Nur içində yat ürəyim mən qatilini çox sevdim...

sizin 1205
Cox sevirem turpu........
21 mart 2016 10:29
# 3
L
Asya
Cox faydaliymiw ,turpu xowlayiram esas da qirmizi turp daha dadli olur
21 mart 2016 09:54
# 2
BARBI
Turpu cox xoslayiram. Her gun olmasada gun asiri yeyirem. Faydalidir
21 mart 2016 09:06
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz