loading...
Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Tut doşabı nə ilə xeyirlidir?
Tut doşabı nə ilə xeyirlidir?
Göndərən: guler19
Şərhlər: 9
Baxılıb: 1504
Səs ver:
Doşab çox qiymətli müalicəvi məhsuldur. 

Şərqdə doşab qədim zamanlardan müxtəlif xəstəliklər zamanı və həmçinin ümumi möhkəmləndirici vasitə kimi istifadə olunur. 

Tut doşabı ən xeyirli doşab sayılır. Onun tərkibi həqiqətən olduqca zəngindir. Mütəxəssislər doşabı balla müqayisə edir və iddia edirlər ki, bəzi maddələrin səviyyəsinə görə doşab balı üstələyir. Belə ki, doşabda dəmir balla müqayisədə daha çoxdur. Bu səbəbdən doşab qanazlığı zamanı və bu pozulmanın profilaktika məqsədi ilə geniş istifadə olunur. 

Doşab güclü iltihabəleyhinə təsirə malikdir. Bu səbəbdən soyuqdəymə xəstəlikləri zamanı doşab çox yaxşı kömək edir - xəstənin ümumi vəziyyətini yaxşılaşdırır, tərləməni artırır, hərarəti salır. 

Öskürək zamanı da doşab çox yaxşı kömək edir - bəlğəmi duruldur və bəlğəmin çıxmasını asanlaşdırır. Öskürəklə mübarizə etmək üçün 1 xörək qaşığı doşab (uşaqlar üçün 1 çay qaşığı) 1 stəkan ilıq süddə həll edib xəstəyə vermək lazımdır. 

Doşab immun sistemini möhkəmləndirir və orqanizmə ümumi möhkəmləndirici təsir edir. Xəstəlik və ya cərrahi əməliyyat keçirmiş insanlar üçün doşab xüsusilə xeyirlidir. 

Kalium və maqneziumla zəngin olan doşab ürək-damar sistemi üçün çox faydalıdır - ürək əzələsinə müsbət təsir edir, ödemləri azaldır. 

Doşab qara ciyərin dostudur. Doşab qara ciyərin sağlamlığına çox müsbət təsir edir - qara ciyəri möhkəmləndirir, ödqovucu təsir edir. 

Belə hesab olunur ki, doşab kişilərdə potensiyanı gücləndirir. 

B qrupu vitaminlərlə zəngin olan doşan insanın sinir sisteminə də müsbət təsir edir - sakitləşdirir, yuxusuzluqla mübarizə etməyə kömək edir. Güclü əqli və fiziki yorğunluğu zamanı doşabın qəbulu çox xeyirlidir. 

Profilaktika məqsədi ilə və immuniteti möhkəmləndirmək üçün doşabı hər gün acqarına yeməkdən 20-30 dəqiqə əvvəl qəbul etmək lazımdır. Böyüklər 1 xörək qaşığı, uşaqlar 1 çay qaşığı qəbul edə bilərlər. Müalicəvi vasitə kimi istifadə etdikdə bu doza artırılır. 

Nəzərinizə çatdıraq ki, doşab allergiyaya səbəb ola bilər.

Şərhlər: 9
Baxılıb: 1504
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
dosab cox xeyirlidir esasende qaraciyeri xesde olanlar sariliq kecirenler hokmen her gun dosab qebul etmelidirler
13 mart 2016 17:10
# 9
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Fi-Ra
Çox sevirəm doşabı
13 mart 2016 16:29
# 8
Yeni bir başlanğıc etdiyimiz ən böyük səhvdən sonra başlayır!
Menim balam
biz tərəfdə bəhməz deyillər

faydalarini bilirəm sag olsun mamam bizə gondərir
13 mart 2016 14:20
# 7
savior angel
Tut doşabı min bir dərdin dərmanıdı.Bizim həyətimizdə tut agacı var nə boyda.Həmişə cırpıb doşab düzəldirdik.Həmdə satırdıq nə qədər olurdusa özdə isdiyənlərdə çox idiye haralardan gəlirdilər almaq üçün.Çünki təmiz idi axı bəzən bazarlarda xurma ilə qarışıq edirlər.o yaxşı olmur.Özdə əsl tut doşabı işəndə şirnisi boğazı yandırır.Məndə sevmirəm ama çox xeyirlidi.anam deyir cammat bunu əl əl gəzir sənin ağzının içindədj yemirsən:()
13 mart 2016 12:06
# 6
Heç vaxt səni heç kesle muqayise elemerem..!Çünkü menim uçun sen En Yaxsisan :)!!
tatyana
Men usaq vaxti cox sevirdim,nenem xasil bisirirdi ustune tokub yeyirdik,en coxda qatigin ustune tokub yeyirdim,boyudukce,qocaldiqca hersryim deyisdi indi sevmirem
13 mart 2016 10:18
# 5
ALLAHIM CANIMI COKK YAKDILAR,HEMDE YAKMAZ,YIKMAZ DEDIYIM INSANLAR,PARAMPARCA OLDU QELBIM........KIME GUVENIMKI ARTIQ...
qanadli melek
Bele xeyirli oldugunu bilirem ancaq sevmirem
13 mart 2016 10:14
# 4
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
Totu
Dosabi xoslayiram faydali oldugunu bilirdim
13 mart 2016 09:55
# 3
BARBI
Dosabi xoslayiram. Calisdiqca her gun mutleq icirem. Oskureyi aradan qaldir
13 mart 2016 09:45
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
ulduz
Xeyri say say bitməz. Amma mən sevmirem boğazımı göynədir
13 mart 2016 09:44
# 1
Qadının ən böyük vəzifəsi analıqdır :50:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)
loading...

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
loading...
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz