Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Darçınlı bal - bütün dərdlərin dərmanı
Darçınlı bal - bütün dərdlərin dərmanı
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 481
Səs ver:
Darçınlı bal xərçəng, ürək xəstəlikləri, xolesterin, soyuqdəymə, dəri infeksiyaları və başqa xəstəlikləri müalicə edən təbii dərmandır.

Hindistanda darçınlı baldan yanıq müalicəsində geniş istifadə olunur. Nəticəsi isə dərmanlardan daha yaxşıdır. Üstəlik, hər hansı əks təsiri yoxdur.

Şəkərli olmasına baxmayaraq, miqdarını düzgün tənzimlədikdə diabet xəstələri üçün də zərərsizdir. Alimlərin araşdırmalarına görə, bal ilə darçını qarışdırıb səhərlər yemək xolesterini aşağı salır və infarktın qarşısını alır. Darçınlı baldan mütəmadi olaraq istifadə etdikdə ürək döyüntüləri də normallaşır. Yaşlandıqca arteriyalar və venalar elastikliyini itirir və zəifləyir. Darçınlı bal isə damarları yenidən canlandırır.

Artrit
Bir fincan isti suya iki xörək qaşığı bal və bir çay qaşığı darçın əlavə edərək hər gün içmək artrit xəstəliyinə müsbət təsir göstərir. Gündəlik qəbul edilsə, xroniki artrit xəstələri belə sağala bilər. Kopenhagen Universitetində aparılan bir tədqiqatda 200 xəstə səhər yeməkdən əvvəl darçınlı bal ilə müalicə edilib. Tədqiqat nəticəsində həkimlər bir aydan sonra 73 xəstənin ağrıdan tamamilə xilas olduğunu, hərəkət etməyən xəstələrin ağrı çəkmədən yeriməyə başladığını bildiriblər. Bu möcüzəyə isə bir xörək qaşığı bala yarım çay qaşığı darçın qarışdırıb qəbul etməklə nail olunub.

Sidik yolu infeksiyaları
İki xörək qaşığı toz darçın ilə bir xörək qaşığı balı ilıq suya əlavə edərək için. Bu qarışıq sidik yolundakı mikrobları öldürməkdə təsirli məhluldur.

Xolesterin
İki xörək qaşığı bal və üç xörək qaşığı toz darçının iki saat içərisində qandakı xolesterin miqdarının 10 faiz azaltdığı müşahidə olunub. Gündə üç dəfə qəbul etdikdə xroniki xolesterini belə müalicə etmək mümkündür.

Soyuqdəymə
Ağır soyuqdəyməsi olanlara 3 gün ərzində bir qaşıq ilıq bal ilə yarım çay qaşığı toz darçın udmaq məsləhət görülür. Bu müalicə xroniki öskürəyi və soyuqdəyməni müalicə edərək boğazı təmizləyir.

Boğaz ağrısı
Darçınlı balın boğaz ağrısını yaxşılaşdırdığı və boğaz yaralarını kökündən kəsdiyi də deyilir. Boğaz ağrısı keçənə qədər 3 saatdan bir qəbul edə bilərsiniz.

İmmun sistemi
Darçınlı balın gündəlik istehlakı immun sistemini gücləndirir və orqanizmi bakteriya ilə virus hücumlarından qoruyur. Dolayısı ilə xəstəliklərə qarşı müqaviməti artırır.

Həzm çətinliyi
Yeməkdən əvvəl iki xörək qaşığı bal ilə yarım çay qaşığı toz darçın ən ağır yeməklərin həzminə kömək edir. Hindistan və Yaponiyada aparılan tədqiqatlar darçınlı balın mədədə yaranan qazların qarşısını aldığını göstərib.

Qrip
Alimlər baldakı təbii komponentlərin qrip mikrobunu öldürdüyünü və qripdən xilas etdiyini dəfələrlə sübut ediblər.

Uzun ömür
Bal və toz darçın ilə hazırlanan çayı mütəmadi olaraq içdikdə qocalığı ləngidir, yaşlılıq təsirlərini azaldır. Çay üçün dörd xörək qaşığı bal, bir çay qaşığı darçın və üç fincan qaynanmış su istifadə edin. Gündə 2 dəfə için. Bu çay dərinin elastikliyini qoruyub saxlayır və qırışmasının qarşısını alır.

Sızanaqlar
Üç yemək qaşığı bal və bir çay qaşığı toz darçını qarışdırın. Yatmazdan əvvəl sızanaqların üzərinə sürtün və ertəsi gün ilıq suyla yuyun. İki həftə hər gün tətbiq olunarsa, sızanaqları kökündən məhv edər.

Dəri infeksiyaları
Bal və toz darçını problemli bölgələrə eyni miqdarda tətbiq etmək ekzema, göbələk və hər cür dəri infeksiyasını yaxşılaşdırır.

Kökəlmənin qarşısını alır
Hər səhər yeməkdən yarım saat əvvəl, gecələr yatmazdan əvvəl bir stəkan qaynanmış suyun içinə bal və toz darçın töküb için. Mütəmadi olaraq içdikdə köklüklə bağlı problemi həll edir.

Xərçəng
Yaponiya və Avstraliyada aparılan tədqiqatlarda mədə və sümük xərçənginin müalicəsində darçınlı baldan istifadə edilib. Tədqiqat nəticəsində darçınlı balın müalicəyə müsbət təsir göstərdiyi məlum olub.

Yorğunluq
Yaxın illərdə aparılan araşdırmalar göstərir ki, bal şəkəri bədəni gücləndirir və ona enerji verir. Bal və toz darçın yeyən yaşlılar da daha gümrah və çevik olduqlarını etiraf edirlər.

Pis nəfəs
Cənubi amerikalılar səhərlər bir çay qaşığı bal və darçınlı su ilə qarqara edir, beləcə, nəfəsləri gün boyu təravətli olur.

Eşitməni də yaxşılaşdırır
Səhər və axşamlar darçınlı bal içmək eşitmə qabiliyyətini də yaxşılaşdırır.


Şərhlər:
Baxılıb: 481
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz