Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Göyərtilərin insan orqanizminə faydası
Göyərtilərin insan orqanizminə faydası
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 300
Səs ver:
Göyərtiləri bazardan alıb evə gətirən zaman evin havasını tamamilə dəyişər və hər yeri gözəl ətir bürüyər. Onların ətirləri gözəl olduğu kimi dadları da ləzzətlidir. Bu ləzzətli göyərtilərin sağlamlığımıza çox faydası vardır.
 
Şüyüd
Şüyüd də bu cür ətirli göyərtilərdən biridir. Misir həkimləri qədim zamanlarda ondan dərman kimi istifadə edirdilər. Bunu bilmək lazımdır ki, şüyüd mədə xəstəlikləri və yuxusuzluq üçün çox faydalıdır. Ona görə də yeməklərinizdə şüyüddən çox istifadə edin. İstər xam halında və istərsə də bişmiş halda. Şüyüdün toxumu iştahasızlıqla mübarizədə yaxşı dərman hesab edilir. Salatlarınıza və ya bişirdiyiniz şorbaların üzərinə şüyüdü doğrayıb tökə bilərsiniz. Yayda doğramac yemək çox ləzzətlidir və ona da şüyüd vurmağı unutmayın.
 
Keşniş
Keşinişin iyi hər bir kəsin xoşuna gəlir. Bu göyərti insanın iştahasını açar. Həzm sistemini gücləndirmək üçün keşniş çox gözəl vasitədir. Balıq və ət yeməklərinin üzərinə keşniş doğrayıb, süfrəyə yeni rəng qata bilərsiniz. Keşniş toxumundan şirniyyatları ətirləndirmək üçün istifadə etmək olar.
 
Cəfəri
Cəfəri ən çox istifadə edilən göyərtidir. Bu göyərtinin tərkibində C vitamini, kalsium, B9 vitamini, dəmir və anti-oksidantlar vardır. Yeməklərin bəzədilməsində ondan istifadə edə bilərsiniz. Həmişə təzə cəfəridən istifadə etməyə çalışın. Bu göyərtini qurutmaq heç də faydalı olmaz. Çünki tərkibindəki vitaminləri ölər. Onu həm xam və həm də bişmiş halda istifadə edin.
 
Kəklikotu
Bu bitkinin tərkibində antibiotiklər, antiviruslar vardır və yeməyi gözəl həzm edər. Əgər iştahanız yoxdursa, bu bitkiyə inana bilərsiniz. Bu bitki həm də yorğunluğu aradan aparar. Bu bitkidən ətləri ətirləndirən zaman da istifadə etmək olar.
 
Sarımsaq
Sarımsaq qanın cərəyanını yaxşılaşdırar və qan təzyiqini aşağı salar. Tədqiqatlar göstərir ki, sarımsaq qanda xolesterolun səviyyəsini aşağı salır. Əgər yeməklərinizin dadlı olmasını istəyirsinizsə, sarımsaqdan istifadə edə bilərsiniz. Kabablarda və balıqda sarımsaqdan istifadə etsəniz daha ləzzətli olar. Əgər sarımsaq iyi sizə əziyət verirsə bir qədər cəfəri və ya hil çeynəyin.


Şərhlər:
Baxılıb: 300
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz