Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Xalq təbabətindən qadınlara bəzi məsləhətlər
Xalq təbabətindən qadınlara bəzi məsləhətlər
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 360
Səs ver:
Yüz illər boyu hər eldə-obada hamilə qadının doğuşuna kömək edən və bir sıra qadın xəstəliklərinin müalicə edilməsində xalq təbabətinin bir çox sirlərindən istifadə olunub. 
Dəfələrlə sınaqdan çıxarılmış müalicə üsullarının əksəriyyəti bu gün də öz əhəmiyyətini itirməmişdir. Bunu faydalı hesab edərək bir çox qadın xəstəliklərinin təbii vasitələrlə müalicə üsullarını nəzərinizə çatdırırıq.
İki xörək qaşığı miqdarında evkalipt yarpağını qurudub xırda-xırda doğrayın, sonra emallı qazana töküb üzərinə 1 stəkan qaynar su əlavə edərək su hamamında 15 dəqiqə qızdırın. Otaq şəraitində 45 dəqiqə saxlayın. İki qat tənzifdən süzün. Qadın cinsi orqanında soyuqdəymə və iltihab varsa bu dəmləmə ilə cinsi orqanı yumaq, yaxud tampon qoymaqla xəstəliyi yox etmək olar.
Yumurtalığın iltihabı zamanı xəstə mümkün qədər çiy və bişmiş halda çoxlu boranı (balqabaq) yeməli dir. Boranını xırdalayıb, döyüb, sıxıb şirəsini çıxarmaq və bacardıqca çox içmək xüsusilə faydalıdır. Əgər iltihab nəticəsində güclü qanaxma varsa, onda quşəppəyi bitkisindən istifadə edilməlidir. Bir qaşıq xırda doğranmış quşəppəyini bir stəkan qaynar suda dəmləyib isti halda birdən içmək lazımdır. Müalicə dövründə cinsi əlaqəyə girmək olmaz.
 
Çətin doğuşdan sonra bəzi hallarda qadınların ayaq damarları partlayır. 
Gücə düşmə nəticəsində damarların partlaması onlara əziyyət verir. Bu halı aradan qaldırmaq üçün çaytikanı şirəsindən istifadə edilməlidir. Çaytikanı meyvələrini təmiz yuyub ət maşınından keçirməli, tənzifin arasına yığıb, sıxıb şirəsi çıxarılmalıdır. Həmin şirə damarlar partlayan nahiyəyə sürtülməli və tənziflə sarınmalıdır.
 
Uşaqlıq qanaxmaları ara vermirsə qırxbuğumdan istifadə etmək məsləhətdir .
Onun qurudulmuş yerüstü hissəsindən 20 qr. götürüb bir stəkan qaynar suda 15 dəqiqə dəmləyib süzün, gün ərzində bir neçə dəfə yarım stəkan miqdarında için.

Quşəppəyi də bu cəhətdən xeyirlidir. Onun tərkibində «K» vitamini vardır. Buna görə də o qankəsici təsirə malikdir. Xalq təbabətində quşəppəyinin qurudulmuş yerüstü hissəsindən həlim hazırlanır qan kəsici kimi tətbiq edilir.

Bağayarpağı da uşaqlıq qanaxmalarında mühüm rol oynayır. Bunun üçün böyük bağayarpağının yerüstü hissəsindən (təzə halda) 20 qr. götürüb bir stəkan qaynar suda dəmləyib içmək və həmin dəmləmədən uşaqlığa yeritmək lazımdır.

Böyük bağayarpağı həmçinin xroniki qanaxmalarda xeyirlidir. Onu çay kimi dəmləyib gündə bir neçə dəfə içmək faydalıdır. Bu çəhətdən böyük bağayarpağı həlimini ( bərabər miqdarda) sirkə ilə, qarışdırmaq içmək də məsləhət görülür.


Şərhlər:
Baxılıb: 360
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz