Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qripin daha bir düşməni
Qripin daha bir düşməni
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 341
Səs ver:
Sarımsağın insan orqanizmi üçün nə qədər xeyirli olduğunu çoxlarımız bilirik. Qrip və soyuqdəymə zamanı ilk növbədə sarımsaqdan istifadə edirik və əksər hallarda onun xeyrini dərhal hiss edirik. Amma sarımsağın faydası ancaq bundan ibarət deyil. Onun tərkibində insan orqanizmi üçün 400-dən artıq faydalı komponent var.

1. Sarımsaq təbii antibiotikdir.

2. Onkoloji xəstəliklərin profilaktikası üçün sarımsaq ən yaxşı vasitədir.

3. Selen və digər vitaminlərlə zəngin olan sarımsaq kişi sağlamlığı və potensiyanın gücləndirilməsində olduqca dəyərlidir.

4. Sarımsaqdan istifadə infarkt riskini azaldır.

5. Ürək-damar sistemi üçün çox faydalı olan sarımsaq damarlarda tıxacların yaranmasının qarşısını alır.

6. Qan təzyiqi yüksək olanlar üçün sarımsaqdan istifadə məsləhətdir. O damarları genişləndirir, qan təzyiqini aşağı salır.

7. Sarımsaq zəngin olan tərkibi ilə bədənin müqavimətini artırır, immun sistemini gücləndirir.

8. Sarımsaq ödqovucu xassəyə malikdir.

9. Tərkibində B1 vitamininin olması ilə sarımsaq sinir siseminin normal fəaliyyəti üçün də faydalıdır.

10. Antitoksik xassəyə malik sarımsaqdan orqanizmin zərərli maddələrdən təmizlənməsində də istifadə olunur.

11. Mütəmadi sarımsaqdan istifadə etməklə damaq xəstəlikləri problemlərindən yaxa qurtarmaq mümkündür.

12. Hamilə qadınlar və mədə xorası xəstəliyi olanlar sarımsaqdan istifadəyə məhdudiyyətlə yanaşmalıdırlar.

Təbii ki, sarımsağın bu qədər faydalı olmasını düşünəndə, ondan davamlı olaraq istifadə etmək istəyəndə hamını bir məsələ narahat edir. Bu da sarımsağın xoşagəlməz qoxusudur. Ancaq buna görə narahat olmağa dəyməz. Sarımsaqdan istifadə etdikdən sonra bir stəkan süd içmək, və ya cəfəri çeynəmək, yaxud da bir dilim limon yemək sizi bu problemdən azad edəcək. Odur ki, sağlamlığınızın qayğısına qalın, uzunömürlü olmaq üçün sarımsaqdan istifadə edin. Qripin tüğyan etdiyi bu günlərdə hamınıza sarımsaq yemək məsləhət görülür...


Şərhlər:
Baxılıb: 341
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz