Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Pərpətöyünün faydaları
Pərpətöyünün faydaları
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1685
Səs ver:
Pərpətöyünün tarixi 4 min il bundan əvvələ gedib çıxır. XIX əsrdə Avropaya gətirilən pərpətöyünün vətəni Hindistan, Argentina və Braziliya hesab edilir. Qədim Misirdə şəfalı bitki kimi pərpətöyünün yarpaqları və gövdəsini xörəyə əlavə edirdilər.
Orta əsrlərdə Ərəblər pərpətöyünü yüksək qiymətləndirərək onu "bəzəkli tərəvəz” adlandırırdılar. Qədim Yunanıstanda daha çox dərman bitkisi kimi tanınması öz ifadəsini Hipokratın əsərlərində tapıb. Pərpətöyünlə ilan sancmasını, müxtəlif yaraları, hətta yuxusuzluğu müalicə edirdilər. Məşhur təbib Böyük Plini bitkilər arasında məhz pərpətöyünü "istifadəyə məcbur” hesab etmişdi. Məşhur şərq loğmanı İbn Sina da onu ən mühüm təbii dərmanlardan biri kimi qiymətləndirirdi. Hazırda pərpətöyün Hindistan və Fransada, Qafqaz və Aralıq dənizi ölkələrində yetişdirilir.
Yabanı pərpətöyün Azərbaycanın ən çox Samur-Dəvəçi ovalıqlarında, Naxçıvanın düzən və orta dağlıq rayonlarında, Lənkəran düzənliyində, bağ və bağçalarda alaq bitkisi kimi yayılıb. Bir çox bölgələrdə ona pərpərəng də deyirlər.
Pərpətöyünün tərkibi A, B1, B2, K, PP vitaminləri, üzvi turşular, qlükoza, saxaroza, zülali maddələr, kalsium, kalium, maqnezium, manqan və digər faydalı maddələrlə zəngindir. Toxumlarının tərkibində piyli yağlar, linol, palmitin, stearin kimi yağ turşuları mövcuddur. Müalicə vasitəsi kimi bitkinin təzə zoğları, yarpaqları, çiçəkləri və toxumlarından istifadə edilir. Tərkibində olan təbii hormonabənzər maddə orqanizmə noradrenalin kimi təsir göstərir, mərkəzi sinir sistemini stimullaşdırır və tonusu artırır. Zəhərli ilan və həşəratların sancması zamanı, qaraciyər və böyrək xəstəliklərində yarpaqlarından istifadə olunur. Xüsusilə sidik kisəsində olan iltihabi proseslərə qarşı təsir göstərir, həmçinin sidikqovucu effekt verir. Enterokolit və hemorroy zamanı ağrı hissiyyatını aradan qaldırır. Tərkibindəki K vitamin qankəsici təsir göstərir. Pərpətöyün mədəaltı vəzdən insulin hormonunun sintezini artıraraq qanda qlükozanın səviyyəsini azaldır. 
Pərpətöyünün mühüm xüsusiyyətlərindən biri də salmonella, dizenteriya və trixomonada kimi xəstəliktörədici mikroblara qarşı antibakterial təsir göstərməsidir. Ürək fəaliyyətini normallaşdırır, qanda xolesterinin səviyyəsini azaldır, arterial təzyiqi artıraraq hipotoniyanın qarşısını alır. Gövdəsinin və yarpaqlarının tərkibində olan selikli maddələr dəri və selikli qişaların regenerasiyasını artırır, dərialtı kollagenin parçalanmasını ləngidir, tərkibindəki A vitamini dərinin qidalanmasını yaxşılaşdırır, dəri yaşlanmasının qarşısını alır. Pərpətöyündən hazırlanan maska dərini cavanlaşdırır və qırışların hamarlanmasını təmin edir.

Əks göstərişləri
Arterial təzyiqi yüksəltdiyinə görə hipertoniyadan əziyyət çəkənlər ondan istifadə edərkən ehtiyatlı olmalıdırlar. Uşaqlığın tonusunu artırdığına görə hamilə qadınların istifadə etməsi məsləhət deyil.

Pərpətöyün turşusu
1 kq iri, ətli pərpətöyün zoğları yarpaqları ilə birlikdə axar su altında təmiz yuyulur. Hərəsində 10-12 ədəd olmaqla dəstə-dəstə bağlanır, sıra ilə 2 litrlik şüşə bankaya yığılır, hər sıranın arasına 1-2 diş sarımsaq, 2-3 ədəd dəfnə yarpağı, quru şüyüd toxumları, kərəviz yarpaqları, 3-4 ədəd qara istiot dənəsi əlavə edilir. 3 xörək qaşığı iri xörək duzu, 4 fincan üzüm sirkəsi və 2 fincan suyun qarışığı üzərinə çıxana qədər əlavə edilir, qapağı bağlanır. Sərin yerdə saxlanır.

Qatıqlı pərpətöyün salatı
Tərkibi:
- 1 böyük dəstə təzə pərpətöyün
- 2 fincan süzmə qatıq
- 2 diş əzilmiş sarımsaq (miqdarı zövqə görə müəyyənləşdirilir)
- Quru nanə (zövqə görə)
- Duz, qırmızı bibər (zövqə görə)
- Zeytun yağı.

Hazırlanması:
Pərpətöyün təmizlənir, yarpaqları ilə birlikdə iri-iri doğranır, axar su altında təmiz yuyulur, suyu süzülərək qurudulur. Süzmə qatıqla əzilmiş sarımsaq bir qabda qarışdırılır, pərpətöyün əlavə olunaraq qarışdırılır. Tam qarışandan sonra zövqə görə duz və nanə əlavə edilir. Hazır salat dayaz boşqaba çəkilir, üzərinə bir qədər zeytun yağı gəzdirilir, qırmızı istiot səpilərək süfrəyə verilir.

Müalicəvi reseptlər
2 xörək qaşığı təzə pərpətöyün üzərinə 1 stəkan su əlavə edilir, zəif ocaqda 10 dəqiqə qaynadılır, ocaqdan götürülür, yun dəsmala bükülərək 1,5-2 saat dəmlənir, süzülür. Alınan dəmləmə artrit, kişilərdə cinsi fəaliyyətin zəifləməsi zamanı 1-2 xörək qaşığı gündə 3-4 dəfə qəbul edilir, baş dərisində kəpəklənmə və saç tökülməsi zamanı saçların diblərinə çəkilir.


Şərhlər:
Baxılıb: 1685
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz