Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Cövüzün müalicəvi xüsusiyyətləri - reseptlər
Cövüzün müalicəvi xüsusiyyətləri - reseptlər
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 857
Səs ver:
Cövüz çox populyar ədviyyatdır. Cövüz bir çox dünya mətbəxlərində geniş istifadə olunur - ət xörəklərinə, şirniyyatlara, kompotlara, qəhvəyə, çaya və s. əlavə olunur.
Cövüz adətən üyüdülmüş şəkildə satılır. Lakin mütəxəssislər cövüzü almaq və evdə üyütmək tövsiyə edirlər. Belə hesab olunur ki, bu halda dad daha təbii və dolğun olur.
Bu ədviyyat öz inanılmaz ətri ilə seçilir. Cövüzün ətrini qoxulayan insanın orqanizmində xoşbəxtlik hormonu "serotonin" ifraz olunur. Bu hormon insanın əhval-ruhiyyəsini yaxşılaşdırır.
Cövüz qədim zamanlardan xalq təbabətində müalicəvi vasitə kimi istifadə olunur.
Müasir zamanda cövüz əczaçılıq və kosmetik sənayesində istifadə olunur. Cövüzü müxtəlif müalicəvi maskalara, şampunlara, iştahartıran, qan dövranını yaxşılaşdıran dərmanların tərkibinə daxil edirlər.
Cövüz orqanizmə tonuslaşdırıcı və stimullaşdırıcı təsir edir. Belə hesab olunur ki, bu ədviyyatdan tez-tez istifadə etdikdə, beynin fəaliyyəti, yaddaş yaxşılaşır, yorğunluq və stress azalır.
Cövüz iştahanı artırır, həzmi yaxşılaşdırır.
Bu ədviyyat damarların sağlamlığına çox müsbət təsir edir, qan dövranını yaxşılaşdırır, ürəyi möhkəmləndirir.
Cövüz immun sisteminə çox müsbət təsir edir, orqanizmin virus və infeksiyalara qarşı davamlılığını artırır.
Qədim Cin təbabətində cövüz əsrlər ərzində güclü afrodiziak kimi kişilərdə potensiyanı artırmaq və impotensiyanı müalicə etmək üçün istifadə olunurdu.
Cövüzü çox az miqdarlarda (bıçağın ucunda) istifadə etmək olar. Əks halda insan zəhərlənə bilər, müxtəlif psixolonevroloji pozulmalar (hallyusinasiyalar, güclü yuxululuq, hərəkət koordinasiyasının pozulması və s.) inkişaf edə bilər.

Xalq təbabətində cövüzün istifadəsi:
- Nevralgiya, radikulit, oynaq, əzələ ağrıları zamanı 1/2 çay qaşığı üyüdülmüş cövüz 1 xörək qaşığı vazelinlə yaxşı qarışdırılır və ağrıyan yerə çəkilir.
- Soyuqdəymə, bronxit, öskürək zamanı cövüz çaya və ya südə əlavə olunur.
- İmpotensiya zamanı və potensiyanın artırılması üçün üyüdülmüş cövüz bıçağın ucunda suya və ya südə əlavə edilir və gündə 3 dəfə içiir.
- Stress, gərginlik, yuxusuzluq zamanı belə müalicəvi kokteyl hazırlayın: 1 stəkan ilıq südə 1 çay qaşığı bal, bıçağın ucunda zəncəfil, darçın və cövüz əlavə edin və yatmazdan əvvəl için.


Şərhlər:
Baxılıb: 857
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz