Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Oskürəkdən əziyyət çəkirsiniz? - 10 ən təsirli təbii vasitə
Oskürəkdən əziyyət çəkirsiniz? - 10 ən təsirli təbii vasitə
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 871
Səs ver:
Öskürək orqanizmin təbii müdafiə reaksiyasıdır.
Öskürək zamanı nəfəs yolları mikroblardan və onların toksinlərindən, selikdən, tozdan təmizlənir. Soyuqdəymə zamanı öskürək ilk simptom kimi meydana çıxır və insan sağaldıqdan sonra ən axırıcı yox olur.
Öskürəklə mübarizə etmək üçün bir çox xalq təbabəti vasitələri mövcuddur. Onlardan ən təsirli və sınanmış 10 vasitəni sizə təqdim edirik.

1. Süd "Borjom"la. Mineral suyun qazı çıxarılır, ilıq südlə yarıbayarı qarışdırılır və gün ərzində 2-3 dəfə 1 stəkan olmaqla içilir.
2. Kişmiş dəmləməsi. 1 ovuc kişmişin üzərinə 1 stəkan qaynar su əlavə edilir. 1 saatdan sonla ilıq şəkildə içilir.
3. Doşab. 1 xörək qaşığı doşab (uşaqlar üçün 1 çay qaşığı) 1 stəkan ilıq süddə həll edin və xəstəyə gün ərzində 2-3 dəfə verin.
4. Biyan kökü dəmləməsi. 1 xörək qaşığı biyan kökü 1 stəkan qaynar suda dəmləyin, 1/2 saatdan sonra süzün və gün ərzində 3 dəfə stəkanın 1/3 hissəsi olmaqla ilıq şəkildə qəbul edin.
5. Əncir qurusu südlə. 2-3 əncir qurusunun üzərinə 1 stəkan qaynar süd əlavə edin və 2-3 dəqiqə ərzində vam odda qapağı kip bağlı qazanda qaynadın. Süd ilıq şəkildə gündə 2-3 dəfə içilir. Meyvələri də yemək olar.
6. Süd + bal. İlıq süddə 1 çay qaşığı bal həll edin və gün ərzində 2-3 dəfə için.
7.  İsti ayaq vannaları nəfəs yollarında spazmın azalmasına kömək edir və öskürəyi müalicə edir. Axşam yatmazdan əvvəl isti ayaq vannasını edin (suya xardal əlavə etmək olar).
8. Qara turp balla. Axşamdan qara turp sürtgəcdən keçirilir, üzərinə 1 xörək qaşığı bal əlavə edilir. Səhər alınmış şirəni süzün və gün ərzində bir neçə dəfə 1 çay qaşığı olmaqla qəbul edin. Bu şirəni ilıq südə əlavə etmək olar.
9. Zəncəfil çayı. Təxminən 4-5 sm uzunluqda olan zəncəfil kökü sürtgəcdən keçirilir və 1 stəkan qaynar suda 30 dəqiqə ərzində dəmlənilir. Daha sonra dəmləmə süzülür, 1 çay qaşığı bal və 1/2 limonun şirəsi əlavə edilir və ilıq halda gündə 2-3 dəfə içilir.
9. Yod "setka"sı da öskürək zamanı çox yaxşı sınanmış vasitədir. Ağ ciyər nahiyəsində çəkilir.


Şərhlər:
Baxılıb: 871
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz