Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Zəy - çox təsirli təbii müalicəvi vasitə
Zəy - çox təsirli təbii müalicəvi vasitə
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 587
Səs ver:
Dağlarda əldə edilən təbii kristal zəy bir çox faydalı müalicəvi xüsusiyyətlərlə zəngindir.
Zəy iltihabəleyhinə təsir edir, mikrobları öldürür, qanaxmanı saxlayır, qurudur, tərləmə, qaşınma ilə çox yaxşı mübarizə aparır.
Zəy tər və piy vəzilərinin aktivliyini azaldır və bu səbəbdən təbii antiperspirant kimi istifadə olunur. Belə təbii antiperspirant hazırlamaq üçün kristal sadəcə emal olunur. Zəydən olan antiperspirant əksər hallarda allergiyaya səbəb olmur, dərini qıcıqlandırmır, tər axarların qapanmasına səbəb olmur.
Zəy müxtəlif dəri xəstəlikləri və zədələmələri zamanı çox yaxşı müalicəvi təsir edir - qaşınmanı və qıcıqlanmanı yox edir, dərini qurudur, üzərində qoruyucu təbəqə əmələ gətirir ki, nəticədə sağalma daha tez gedir. Zəy məhlulları müxtəlif dermatitlər, ekzema, uşaqlarda "bişməcə" və s. dəri problemləri zamanı çox yaxşı təsir edir. Bunun üçün zəy (apteklərdə toz şəklində satılır) suda həll olunur və islatmalar və müalicəvi vannalar şəklində istifadə olunur.
Zəy ayaqlarda göbələk xəstəliyi zamanı da çox yaxşı müalicəvi effekt verir. Hər gün yatmazdan əvvəl zəy əlavə olunmuş ayaq vannaları edin.
Belə ayaq vannaları həmçinin pis qoxunu aradan qaldırır, ayaqların tərləməsini azaldır. Ayaqlar həddən artıq tərləyirsə, evdən çıxdıqda corablara zəy tozunu tökün.
Zəy kəsiklər zamanı da yaxşı kömək edir. Kiçik kəsiklərin üzərinə zəy tozunu səpin - qanaxma tez dayanacaq, yara isə daha tez sağalacaq.
Zəy angina, stomatit, damaq iltihabları zamanı iltihab və mikrobəleyhinə vasitə kimi istifadə oluna bilər. Bunun üçün 1 stəkan isti suda 1/2 çay qaşığı zəy tozu həll etmək və bu məhlulla gün ərzində tez-tez qarqara etmək lazımdır.
Zəy məhlulu burun qanaxmaları zamanı tez kömək edir. Bunun üçün burnun üst hissəsinə buz, burnun içinə zəy məhlulunda isladılmış pambıq qoymaq lazımdır.
Babasil zamanı zəy məhlulu ilə oturaq vannaları etmək olar. Bu vasitə qanaxmanı dayandırır, iltihabı azaldır.
Zəy sağalmayan yaraların, varikoz xəstəliyi nəticəsində əmələ gəlmiş xoraların müalicəsində istifadə olunur. Bunun üçün islatmalar və ayaq vannaları istifadə olunur.
Zəy kosmetologiyada da geniş istifadə olunur. Zəy üz dərisində olan iltihabları müalicə edir, dərinin elastikliyini artırır, dərdə olan məsamələri daraldır, daha görünməz edir.
Yağlı məsaməli dərini daha sağlam etmək üçün belə maskadan istifadə edə bilərsiniz: 1 yumurtanın ağı (bir az çalmaq lazımdır), 1 çay qaşığı limon şirəsi, 1 çay qaşığı zəy su ilə qarışdırın və üz dərisinə çəkin. 20 dəqiqədən sonra maskanı ilıq su ilə yuyun.
Problemli, səpgili üz dərisini gün ərzində bir neçə dəfə zəy məhlulu ilə silmək lazımdır. Bu dərini daha sağlam edəcək.


Şərhlər:
Baxılıb: 587
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz