Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Mədə xorası zamanı qoz südü
Mədə xorası zamanı qoz südü
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 875
Səs ver:
Qoz çox faydalı məhsuldur. Onun tərkibində insan orqanizmi üçün lazım olan nadir maddələr (yağlı turşular, zülallar, vitaminlər, minerallar) var.
Qoz, onun yarpaqları, arakəsmələri, qabıqları, yağı xalq təbabətində təbii müalicəvi vasitə kimi çox geniş istifadə olunur.
 
Qoz baş ağrısı, yuxusuzluq, skleroz zamanı istifadə olunur:
- 3-4 qoz xırdalayın 1 çay qaşığı balla qarışdırın və axşam yatmazdan əvvəl qəbul edin.
Ürəyin işemik xəstəliyi, hipertoniya, qanazlığı zamanı da qozla balın qarışığı çox yaxşı müalicəvi təsir edir.
 
Orqanizmi möhkəmləndirən vasitə
- Qoz, kişmiş, ərik qurusu, əncir (hərəsindən 2 xörək qaşığı), 1/2 limon (qabıqlı)  blenderdə əzilir, 3 xörək qaşığı bal əlavə olunur və yaxşı qarışdırılır. Hər gün acqarına bu qarışıqdan 1 xörək qaşığı qəbul edin.
 
Mədə xorası zamanı qoz südü:
- 20 qr qoz blenderdə əzilir, üzərinə 100 ml qaynanmış ilıq su əlavə olunur. 30 dəqiqədən sonra mayeni süzün, 2 çay qaşığı bal əlavə edin və yaxşı qarışdırın. Hər gün qida qəbulundan 30 dəqiqə əvvəl bu südü 1 desert qaşığı olmaqla için.
Sağalmayan yaralar, xoralar, dəri xəstəlikləri (ekzema, dəmrov), təzə yanıqlardan sonra qalmış izlər zamanı qoz yarpaqlarının dəmləməsi istifadə olunur. Bunun üçün 2 xörək qaşığı qoz yarpağı 1 stəkan qaynar suda dəmlənilir, soyudulur və islatmalar şəklində istifadə olunur (tənzif isladılır və zədələnmiş dəriyə qoyulur).
Bu məqsədlə həmçinin qoz yağı da istifadə olunur.
Həmçinin qoz yarpaqları və qabıqları dəmləməsi ağız boşluğu iltihabları, damaq iltihabları, angina zamanı qarqara şəklində istifadə olunur. Bu dəmləmə damaqların qanamasını azaldır, damaqları möhkəmləndirir.
 
Qoz yarpaqları və qabıqları dəmləməsi ishal zamanı qarın "yığmaq" üçün istifadə olunur:
- 1 xörək qaşığı yarpaqlar və qabıqlar (qarışıq) 1 stəkan qaynar suda 30 dəqiqə ərzində dəmlənilir, süzülür və gün ərzində 3 dəfə 1/3 stəkan olmaqla içilir.
Belə dəmləməni dəridə səpgilər olan ("bişməcə") körpələrin çimizdirilməsi zamanı da istifadə etmək olar.
Həmçinin bu dəmləmə ayaqların tərləməsini azaldır, ayaqlardan gələn pis qoxunu yox edir (10 gün ərzində ayaq vannaları etmək lazımdır).
Qoz yarpaqlarının dəmləməsi sidikqovucu təsir edir. 1 xörək qaşığı yarpaq 1 stəkan qaynar suda dəmlənilir, süzülür və gündə 3 dəfə stəkanın 1/4 hissəsi olmaqla qəbul edilir. Bunu 4-5 gün ərzində etmək lazımdır.
Yaşıl qoz orqanizmi şlaklar və toksinlərdən təmizləyir. Təbii dərman hazırlamaq üçün 30 dənə yaşıl qoz xırdalanır, üzərinə 1 l ilıq su əlavə olunur, 7 gün ərzində qaranlıq sərin yerdə saxlanılır, daha sonra süzülür və gün ərzində 3 dəfə 1 xörək qaşığı olmaqla qəbul olunur.


Şərhlər:
Baxılıb: 875
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz