Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Ən məşhur şəfalı bitki
Ən məşhur şəfalı bitki
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 770
Səs ver:
Gicitkən ən faydalı şəfalı bitkilərdən biri sayılır. Ta qədimdən bu bitki müxtəlif xəstəliklər zamanı istifadə olunurdu. İnsanlar inanırdı ki, gicitkən qara güvvələri qovur.
Gicitkən olduqca zəngin kimyəvi tərkibə malikdir. Bu bitkinin tərkibində C, B qrupu, K, E kimi vitaminlər, karotinlər (orqanizmdə A vitamininə çevrilir), dəmir, kalium, mis, sink, maqnezium, kükürd və s. kimi minerallar, orqanik turşular, fitonsidlər və s. faydalı maddələr daxildir.
Gicitkən orqanizmə çox geniş müalicəvi təsir edir - iltihabəleyhinə, ümumi möhkəmləndirici, sidik və öd-qovucu və s. Gicitkən həmçinin xərçəng əleyhinə təsirinə malikdir.
Gicitkən qanın laxtalanmasını gücləndirir və bu səbəbdən yaralar, xoralar, kəsiklər, daxili qanaxmalar zamanı xeyirlidir. Lakin gicitkənın bu xüsusiyyətini nəzərə alaraq qanı çox qatı olan, varikoz və tromboflebit kimi xəstəliklərdə əziyyət çəkən insanlar gicitkənı qəbul etməməlidir - bu damarlarada trombların əmələ gəlməsinə səbəb ola bilər.
Gicitkən qanın tərkibinə müsbət təsir edir, qanı təmizləyir. Keçmişdə gicitkənı qanazlığı zamanı müalicəvi vasitə kimi geniş istifadə edirdilər. Müasir alimlər də bu təcrübəni təsdiq edir - gicitkənın müntəzəm qəbulu qanda hemoqlobinin səviyyəsini qaldırır və eritrositlərin sayını artırır.
Gicitkən ürəyin fəaliyyətinə müsbət təsir edir, immun sistemini gücləndirir, orqanizmə xəstəliklər və əməliyyatlardan sonra daha tez bərpa olmasına kömək edir.
Gicitkən qanda şəkərin səviyyəsini normallaşdırır və bu səbəbdən şəkərli diabetdən əziyyət çəkən insanlar bu bitkini tez-tez qəbul etməlidir. 1/2 stəkan qatığa 1 xörək qaşığı xırda doğranmış gicitkən əlavə edin və bu qarıçığı hər qida qəbulundan əvvəl için.
Radikulit, revmatizm, podaqra, əzələ ağrıları zamanı da gicitkən müalicəvi təsir göstərir.
Gicitkən güclü iltihabəleyhinə təsirə malikdir və bu səbəbdən orqanizmdə müxtəlif iltihabları müalicə edir. Belə ki, gicitkən dəmləməsi (2 xörək qaşığı xırda doğranmış təzə gicitkən + 1 stəkan qaynar su) sidik kisəsi və sidik yolları iltihabları zamanı iltihabəleyhinə və sidikqovucu vasitə kimi istifadə olunur. Boğaz, damaq, ağız boşluğu iltihabları zamanı gicitkən dəmləməsi ilə qarqaralar çox yaxşı müalicəvi effekt verir. Gicitkən həmçinin damaqları möhkəmləndirir.
Qidalı liflərlə zəngin olan gicitkən həzm prosesləri yaxşılaşdırır, bağırsaqlarda iltihabı azaldır, bağırsaqları şlaklar, toksinlər, ağır metallar, qurdlardan təmizləyir.
Yazda insan orqanizmi vitamin və mineral çatışmazlığında əziyyət çəkir. Bu zaman təzə gicitkən bizə çox yaxşı kömək edə bilər. Bitkini salatlara, müxtəlif xörəklərə əlavə edin.
Gicitkən kosmetologiyada da çox geniş istifadə olunur. Kəpək, seboreya, saç tökülməsi, hətta keçəlləşmə zamanı gicitkən çox yaxşı müalicəvi təsir edir. Bunun üçün 100 qr gicitkən götürüb 1 l qaynar suda dəmləyin, 1 saat ərzində saxlayın, süzün və sonra saçlarınızı yuduqdan sonra bu dəmləmə ilə yaxalayın. Bunu 1 ay ərzində müntəzəm olaraq etmək lazımdır. Saçlar daha sağlam və parlaq görünəcək, möhkəmlənəcək.
İltihabəleyhinə təsirinə malik olan gicitkən müxtəlif dəri problemləri zamanı da çox effektlidir - dərini təmizləyir, iltihabları azaldır. 2 xörək qaşığı gicitkən kökləri 1 stəkan qaynar suda 1 saat ərzində dəmləyin, süzün və bu dəmləmə ilə üz dərisinə islatmalar edin (təmiz tənzifi dəmləmədə isladın və dəriyə qoyun).


Şərhlər:
Baxılıb: 770
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz