Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
İynəyarpağının müxtəlif müalicəvi xüsusiyyətləri
İynəyarpağının müxtəlif müalicəvi xüsusiyyətləri
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 627
Səs ver:
Şam və küknar ağacların iynəyarpağı ta qədimdən müalicəvi vasitə kimi istifadə olunur.
İynəyarpaq müxtəlif damaq xəstəliklərin (o cümlədən, sinqanın - vitaminsizlik nəticəsində diş ətində əmələ gələn xəstəlik), mədə-bağırsaq sistemi pozulmaların, yaraların və müxtəlif dəri zədələnmələrin müalicəsində istifadə olunurdu.
Nəfəsalma sistemi xəstəlikləri zamanı iynəyarpağın iyi xəstələrə müalicəvi təsir edir. Bu səbəbdən həkimlər belə xəstələrə şam və küknar ağacların çox olan kurortlarda  dincəlməyi tövsiyə edirlər.
İynəyarpaq antiseptik, iltihabəleyhinə, virusəleyhinə, qurdqovucu, öd və sidikqovucu təsirinə malikdir.
İynəyarpağın kimyəvi tərkibi çox zəngindir. Burada vitaminlər (E, PP, K, C), minerallar (marqans, kobalt, dəmir, yod), efir yağları, fitohormonlar və s. kimi fayadı maddələr var.
Şam ağacının iynəyarpağı daha faydalı sayılır.
İynəyarpaq ürək-damar və sinir sisteminə çox müsbət təsir edir. İynəyarpaqla vannalar sakitləşdirir, streslə mübarizədə kömək edir, yuxunu tənzimləyir. İynəyarpaqla vanna hazırlamaq üçün 300 qr iynəyarpağın üzərinə 3 l qaynar su əlavə olunur və 10-15 dəqiqə ərzində vam odda qapaq altında qaynadılır. Daha sonra soyudulur, süzülür və vannaya əlavə olunur (su ilıq olmalıdır). Belə müalicəvi vannaları həftədə 2-3 dəfə 15-20 dəqiqə ərzində qəbul etmək lazımdır.
İynəyarpaq güclü antiseptik və iltihabəleyhinə təsirinə malikdir, öskürəklə mübarizə aparır, boğaz ağrısını azaldır. Dəmləmə hazırlamaq üçün 2 qaşıq xırda doğranmış iynəyarpaq 1 stəkan qaynar suda 30 dəqiqə ərzində dəmlənilir və gün ərzində 1/3 stəkan həcmində qəbul olunur. Dəmləməyə 1 çay qaşığı bal və limon əlavə etmək olar.
Həmçinin iynəyarpaqla inhalyasiyalar da çox yaxşı müalicəvi effekt verir. Bunun üçün 1/2 stəkan xırda doğranmış iynəyarpağın üzərinə 1/2 l qaynar su əlavə olunur, vam odda 10 dəqiqə ərzində qapaq altında qaynadılır. Dəmləmə bir qədər soyandan sonra onun buxarı ilə nəfəs alın.
İynəyarpaq dəmləməsi (qarqara şəklində) həmçinin ağız boşluğunda olan iltihabların qarşısını alır, damaq problemləri ilə mübarizə aparır, damaqları möhkəmləndirir.
İynəyarpaq varikoz xəstəliyi zamanı da yaxşı müalicəvi effekt verir - damarların divarlarını möhkəmləndirir.
İmmun sisteminin möhkəmləndirilməsi üçün iynəyarpaq çayından istifadə edin. 1 stəkan qaynar suda 1 xörək qaşığı xırda doğranmış iynəyarpaq dəmləyin, 30 dəqiqədən sonra süzün və bal və limon əlavə edib çay kimi için.


Şərhlər:
Baxılıb: 627
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz