Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Cücərdilmiş buğdanın faydaları
Cücərdilmiş buğdanın faydaları
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 554
Səs ver:
Cücərdilmiş buğda ümumi möhkəmləndirici, cavanlaşdıran və müalicəvi vasitə kimi istifadə olunur.
Xarici ölkələrdə hazır cücərdilmiş buğda vakuum qablaşdırmalarda supermarketlərdə satılır. Cücərdilmiş buğda həzm sisteminin fəaliyyətini yaxşılaşdırır, sinir sisteminin funksiyalarına müsbət təsir edir, immuniteti gücləndirir, xərçəng xəstəliklərin profilaktik vasitəsi sayılır. Təbii ki, cücərdilmiş buğdanın faydalı xüsusiyyətlərindən faydalanmaq üçün onu hər gün 50-100 qr həcmində qəbul etmək lazımdır. Cücərdilmiş buğdanı daim qəbul edən insanlar iş qabiliyyətinin, fəallığının artmasını hiss edirlər.
Adi buğda ilə müqayisədə cücərdilmiş buğdanın kimyəvi tərkibi xeyli dəyişilir. Cücərdilmiş buğda zülallar, E, B qrupu vitaminləri, sink, dəmir, kalium və s. mikro- və makroelementlərlə çox zəngindir.
E vitamini orqanizmdə gedən qocalma prosesləri ilə mübarizə aparır, bərpa proseslərini sürətləndirir.
Həmçinin cücərdilmiş buğda B vitaminləri qrupu ilə zəngindir. Bu vitaminlər bizim sinir və mədə-bağırsaq sistemimiz üçün çox vacibdir.
Cücərdilmiş buğdanın tərkibində olan fol turşusu orqanizmin qanyaradan funksiyası üçün çox vacibdir. Həmçinin fol turşusu hamilə qadınların əsas vitamini sayılır. Fol turşusu döldə sinir sisteminin qusurlarının qarşısını alan əsas vasitə kimi tanınır. Məhz bu səbəbdən hamilə qadınların hamısına həkimlər fol turşusunu təyin edirlər.
Sink insanın immun sisteminə çox müsbət təsir edir, dərini qocalmaqdan saxlayır. Bu xüsusilə qadınlar üçün vacibdir. Kosmetik sənaye tərkibində cücərdilmiş buğda olan çoxsaylı kremlər və maskalar istehsal edir.
Sink həmçinin insanın cinsiyyət sisteminə də çox müsbət təsir edir. Kişi cinsiyyət sisteminin normal fəaliyyəti üçün sink elementi olduqca vacibdir. Sink spermatozoidlərin hərəkətliliyini artırır. Sonsuzluqdan əziyyət çəkən kişilər bu təbii müalicəvi vasitədən istifadə edə bilərlər.
Cücərdilmiş buğdanı ev şəraitində hazırlamaq çox asandır. Dükandan qidalı buğda alın, təmiz enli şüşə və ya minalanmış qaba tökün, üzərinə ilıq suda isladılmış tənzif qoyun və ev şəraitində saxlayın (səməni cücərtdiyimiz kimi). 1-1,5 gündən sonra buğdanı istifadə etmək olar. Cücərti 3 mm kimi olmalıdır. Əks halda cücərdilmiş buğdanın xeyirli xüsusiyyətləri daha az olacaq.
Buğdanı əzib balla qarışdırın və səhər tezdən ac qarına qəbul edin (balsız da qəbul etmək olar). Həmçinin buğdanı istənilən tərəvəz salatlarına da əlavə etmək olar. Buğdanı az-az cücərdin. Cücərdilmiş buğdanı uzun müddət ərzində saxlamaq olmaz (1-2 gün soyuducuda). Saxlanma zamanı cücərdilmiş buğdanın faydalı xüsusiyyətləri itir.
Cücərdilmiş buğdanı cavanlaşdırıcı maskalar tərkibində istifadə etmək olar. Bunun üçün 2 xörək qaşığı buğdanı blenderdə əzin, 1 çay qaşığı zeytun yağı və 1 çay qaşığı limon şirəsi ilə qarışdırın və təmiz üz dərisinə çəkin. 20 dəqiqədən sonra maskanı ilıq su ilə yuyun və qidalandırıcı krem çəkin.


Şərhlər:
Baxılıb: 554
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz