Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Üzüm yarpaqlarının saysız faydaları
Üzüm yarpaqlarının saysız faydaları
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 746
Səs ver:
Üzüm yarpaqları keçmişdə müalicəvi vasitə kimi ishalın, ürək xəstəliklərin, diş və qarın ağrılarının, qanaxmaların müalicəsində istifadə olunurdu.
- Üzüm yarpaqlarının dəmləməsi öskürək zamanı yaxşı kömək edir - bəlğəmi duruldur və nəfəs yollarından çıxmasına kömək edir. Dəmləməni hazırlamaq üçün 5-7 təzə üzüm yarpağının üzərinə 1 stəkan qaynar su əlavə olunur və 30 dəqiqə ərzində dəmlənilir. Dəmləməni gün ərzində ilıq vəziyyətdə qəbul etmək lazımdır.
- Həmçinin belə dəmləmə qanda şəkərin səviyyəsini aşağı salmağa kömək edir.
- Üzüm yarpaqları antimikrob təsirinə malikdir. Üzüm yarpaqlarının çeynəməsi ağız boşluğunda mikrobların sayını azaldır, pis qoxunu aradan qaldırır, kariesin və damaq iltihabların riskini azaldır.
- Üzüm yarpaqlarının dəmləməsi damaqları möhkəmləndirir və bu səbəbdən həssas damaqların müalicəsində yaxşı kömək edir. Dəmləmə ilə gün ərzində bir neçə dəfə ağız boşluğunu qarqara edin.
- Ürəkbulanması zamanı üzüm yarpağını çeynəyin - bu xoşagəlməz hissləri azaldır. Bu xüsusilə toksikozdan əziyyət çəkən hamilə qadınlar üçün aktualdır.
- İshal zamanı da üzüm yarpaqlarının dəmləməsi yaxşı müalicəvi təsir edir, bağırsaqları "yığır".
- Üzüm yarpaqlarının dəmləməsi varikoz xəstəliyi zamanı da kömək edir - damarların divarlarını möhkəmləndirir, ayaqlarda ödemləri azaldır. Bunun üçün dəmləmədə tənzif isladıb ayaqlara qoymaq lazımdır.
- Xalq təbabətində üzüm dəmləməsi podaqra zamanı da istifadə olunur (həm daxilə, həm də islatmalar şəklində).
- Babasildən əziyyət çəkən insanlar üzüm yarpağının dəmləməsi ilə vannalar (oturaq vəziyyətdə) edə bilər və ya düyünlər nahiyəsinə dəmləmədə isladılmış tənzif qoyub bir qədər saxlaya bilər.
- Üzüm yarpaqlarından hazırlanmış çay çox xeyirlidir. Çay hazırlamaq üçün 2-3 təzə yarpaq götürüb üzərinə 1 fincan qaynar su əlavə edin, 15 dəqiqə ərzində dəmləyin və için. Belə çay antioksidant maddələrlə zəngindir. Antioksidant maddələr orqanizmdə gedən qocalma prosesləri ləngidir, orqanizmdən ziyanlı maddələri xaric edir. Çayın dadını yaxşılaşdırmaq üçün zövqə görə bal və limon əlavə etmək olar.
- Üzüm yarpaqları dəri üçün də çox faydalıdır. Onlar üz dərisini cavanlaşdırır, yumşaldır, yağlı dəridə məsamələri kiçildir. Maska hazırlamaq üçün üzüm yarpaqlarını blenderdə xırdalayın, 1 çay qaşığı limon şirəsi və 1 çay qaşığı bal əlavə edin və təmiz üz dərisinə çəkin.  20 dəqiqə saxlayın və ilıq su ilə yuyun.
Cavanlaşdıran maska: blenderdə xırdalanmış üzüm yarpaqları + 1 çay qaşığı ərik yağı + hərəsindən 5 damcı A və E vitaminləri (apteklərdə satılır). Yaxşı qarışdırın və təmiz üz dərisinə 20 dəqiqə ərzində saxlayıb ilıq su ilə yuyun və istənilən qidalandırıcı krem çəkin.


Şərhlər:
Baxılıb: 746
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz