Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
İmmuniteti yaxşılaşdıran vitaminli çaylar
İmmuniteti yaxşılaşdıran vitaminli çaylar
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 845
Səs ver:
Soyuq fəsillərdə biz daha çox soyuqdəymə xəstəliklərinə tutuluruq. Bu xəstəliklərin profilaktikası üçün və ya soyuqdəymənin ilk simptomlarında faydalı vitaminli çayların qəbulu sizə çox yaxşı kömək edə bilər.

1. Zəncəfilli çay
Orta ölçüdə olan zəncəfil kökünü sürtgəcdən keçirin, 1 xörək qaşığı quru nanə əlavə edin və üzərinə 1/2 l qaynar su töküb 30 dəqiqə ərzində termosda dəmləyin. Daha sonra dəmləməni süzün və zövqə görə bal əlavə edib için.
 
2. Limonlu-ballı çay
Bu sadə vasitə əsl təbii dərmandır. 1 stəkan ilıq (40 C-dən yuxarı olmamalıdır) suya 1 limonun şirəsini sıxın və 1 xörək qaşığı duru bal əlavə edib qarışdırın və dərhal için. Gün ərzində 1-2 stəkan qəbul etmək olar.
 
3. İtburnu dəmləməsi
İtburnu immuniteti yaxşılaşdırır və orqanizmin infeksiyalara olan davamlılığını artırır.
3 xörək qaşığı itburnu meyvələri yaxşı yuyulur, xırda doğranılır və termosda 1/2 l qaynar suda dəmlənilir. 1 saatdan sonra dəmləməni 2-3 dəfə bir neçə dəfə qatlanmış təmiz tənzifdən süzün və gün ərzində adi çay kimi qəbul edin. Qəbul etdikdən əvvəl dəmləməyə limon şirəsini və bal (zövqə görə) əlavə edin.
 
4. Çobanyastığı çayı
Bu çay da immun sisteminə müsbət təsir edir, iltihablarla mübarizə aparır.
1 xörək qaşığı çobanyastığı otu 1 stəkan qaynar suda dəmləyin və bal əlavə edib için.
 
5. Quru meyvələrin dəmləməsi
5 dənə ərik qurusu, 5 dənə qara qavalı, 1 ovuc qara kiçmiş yaxşı yuyulur, termosa qoyulur və üzərinə 1/2 l qaynar su əlavə olunur. 1 saat dəmləyin və gün ərzində için.
 
6. Darçınlı-mixəkli çay
3 dənə mixək, 1/2 çay qaşığı darçın 1/2 l qaynar suda termosda dəmləyin, üzərinə 1/2 portağalın şirəsini sıxın və 2 xörək qaşığı bal əlavə edib adi çay kimi gün ərzində için.
Bu çayları dəmlədikdən sonra dərhal içdikdə effekt daha yaxşı olur. Uzun müddət ərzində dəmlənmiş çayları saxlamayın - onların faydası azalır.
Daha yaxşı effekt almaq üçün gün ərzində müxtəlif çaylardan istifadə etmək olar.


Şərhlər:
Baxılıb: 845
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz