Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Efir yağlarının müalicəvi xüsusiyyətləri
Efir yağlarının müalicəvi xüsusiyyətləri
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 593
Səs ver:
Efir yağları çox təsirli müalicəvi və profilaktik vasitədir. Efir yağları ta qədimdən tibbdə və kosmetologiyada istifadə olunur.
Efir yağları sakitləşdirir, orqanizmə antiseptik, antibakterial və iltihabəleyhinə təsir edir, orqanizmi şlaklar və toksinlərdən təmizləyir, immun sisteminə müsbət təsir edir.
Efir yağları dərinin vəziyyətini yaxşılaşdırır, dərini cavanlaşdırır, onu daha elastik və sağlam edir.
Müxtəlif efir yağlar müxtəlif məqsədlərlə istifadə olunur. Belə ki,
- lavanda, səndəl, zəncəfil, nanə efir yağları sakitləşdirir, depressiya və stresdən azad edir. Nanə və ağ şam efir yağları baş ağrıları, miqrenlə mübarizədə çox yaxşı kömək edir.
Bu yağlarla müalicəvi aromavannaları qəbul etmək olar. Belə vannalar sakitləşdirir, yorğunluğu və gərginliyi aradan qaldırır. Belə vannaları həftədə 1-2 dəfə qəbul etmək olar. Aromavanna qəbul etdikdən əvvəl duş qəbul etmək lazımdır.
6-8 damcı efir yağı əvvəl 1 stəkan süddə qarışdırılır və daha sonra vannaya əlavə olunur (efir yağları bilavasitə suda həll olunmur). Su çox isti olmamalıdır. Vannanı 10-20 dəqiqə ərzində qəbul etmək lazımdır.
Baş ağrıları və miqren tutmaları zamanı pambıq parçaya 3-5 damcı nanə və ya ağ şam ağacı efir yağı damızdırın və parçanı alnınıza kompres şəklində qoyub uzanın.
- evkalipt, adaçayı, çay ağacı efir yağları güclü antiseptik və antibakterial təsirinə malikdir. Qrip, angina, zökəm, bronxit, öskürək zamanı bu yağlar uğurla istifadə oluna bilər.
Müalicə məqsədi ilə 3-4 damcı yağ 1 çay qaşığı dəniz və ya adi xörək duzu ilə qarışdırın və sonra isti suya töküb bu suyun buxarı ilə nəfəs alın. Angina zamanı 2-3 damcı efir yağı əvvəl duzla qarışdırın, sonra isə ilıq suya tökün və qarqara edin.
- mixək və ağ şam ağacı yağları diş ağrısından azad edir. Bunun üçün pambığın üzərinə bir neçə damcı yağ damızdırmaq və ağrıyan dişin üzərinə qoymaq lazımdır.
- portağal, limon, avokado, kakao, qızılgül efir yağları dərini cavanlaşdırır, daha sağlam və elastik edir. Bu yağları müxtəlif maskalara əlavə etmək olar: 1 xörək qaşığı xama, 2 damcı qızılgül efir yağı, 1 çay qaşığı bal qarışdırılır və təmiz üz dərisinə çəkilir. 20 dəqiqədən sonra maskanı ilıq su ilə yumaq lazımdır.
- badam, çobanyastığı efir yağları saçların vəziyyətini yaxşılaşdırır, onları daha canlı və parlaq edir. Badam yağı kipriklər üçün də çox xeyirlidir.
Bu yağları müxtəlif saçlar üçün olan maskalara əlavə etmək olar: 3 xörək qaşığı qatıq, 5 damcı badam efir yağı, 1 çay qaşığı gənəgərçək yağı yaxşı qarışdırılır və saçlara çəkilir. Maskanı 30 dəqiqədən sonra yumaq olar.
- qreypfrut, portağal efir yağı arıqlamağa kömək edir, sellülitlə mübarizə aparır. Bu yağlarla vannalar qəbul etmək və massaj etmək olar.
 
Nəzərinizə çatdıraq ki, efir yağları kifayət qədər güclü vasitədir və bu səbəbdən onlar çox az miqdarlarda (damcılarla) istifadə olunur. Efir yağların istifadəsi allergik reaksiyalara səbəb ola bilər və bəzi xəstəliklər və pozulmalar zamanı əks-göstərişdir.
Bu səbəbdən efir yağlarından istifadə etdikdən əvvəl həkimlə məsləhətləşin.


Şərhlər:
Baxılıb: 593
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz