Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Xalq təbabəti üsulları varikozla mübarizədə
Xalq təbabəti üsulları varikozla mübarizədə
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 655
Səs ver:
Varikoz xəstəliyi çox ağır fəsadlar verən pozulmadır.
Bu səbəbdən varikozun ilk əlamətləri meydana çıxdıqda, mütləq fleboloqa müraciət etmək və müalicəyə başlamaq lazımdır.
Varikozun ilk əlamətləri arasında: ayaqlarda ağırlıq hissi, şişkinlik, yorğunluq və keyləşmə, axşam saatlarında baldır əzələlərində qıcolmalar, ayaqlarda göy və ya qırmızı çalarlığı olan "tor şəkilli”, "ulduz şəkilli”, "hörümçək toru” formasında olan damar şəkillərinin olmasıdır.
Müalicə ilə yanaşı (!) xalq təbabəti üsullarından da istifadə etmək olar.
- Təbii alma sirkəsi damarları möhkəmləndirir və qanın tərkibini yaxşılaşdırır. Alma sirkəsini ayaqlara sürtmək və gündə 3 dəfə 1 stəkan qaynanmış suya 1 xörək qaşığını əlavə edib qəbul etmək lazımdır. Müalicə kursu - 1 ay. Sonra 1 ay fasilə verib müalicəni təkrar etmək olar.
- Kalanxoe bitkisi damarlara çox yaxşı iltihabəleyhinə təsir edir. Xırda doğranmış kalanxoe yarpaqlarını 1/2 l-lik bankaya yığın (banka yarsına kimi dolmalıdır) və üzərinə banka dolana kimi tibbi spirt əlavə edin. Məhlul 1 həftə ərzində qaranlıq yerdə saxlanılmalıdır. Daha sonra məhlulu yaxşı süzün və hər gün yüngül hərəkətlərlə pəncələrdən başlayaraq bud nahiyəsinə kimi ayaqlara sürtün ("düyünlərə" və yaralara sürtmək olmaz!). Müalicəni məhlul qurtarana kimi davam edə bilərsiniz.
- Soyuq su qan dövranı yaxşılaşdırır. Hər gün soyuq su ilə ayaqlarınızı yuyun. Bunun üçün duşdan istifadə edin. Su şırnağı pəncələrdən baldırlara kimi istiqamətləndirilməlidir. Belə proseduralar həm də masaj funksiyasını yerinə yetirir.
- Xırdalanmış palıq və söyüd ağacı qabığı (təxminən 3 ovuc) üzərinə 5 l qaynar su əlavə edin və 20 dəqiqə ərzində vam odda bağlı qabda qaynadın. Daha sonra soyudun, süzün, vedrəyə tökün və 20 dəqiqə ərzində ayaq vannanı edin (su isti yox, ilıq olmalıdır). Belə vannaları hər gün etmək lazımdır. Müalicə kursu - 12-15 vanna.
- Təbii balla olan kompreslər də yaxşı effekt verir. Bal pambıq parçanın üzərinə çəkilir, genişlənmiş damarın üzərinə qoyulur, üstünə sellofan plyonka qoyulur və qalın bintlə sarınır. Belə kompresləri ayaqlarda birinci gün 2 saat ərzində, 2-ci və 3-cü gün 4 saat ərzində saxlamaq lazımdır. Daha sonra isə kompresi axşamdan qoyub səhərə kimi ayaqda saxlamaq olar.
- Sarımsaq damarların elastikliyini artırır, onların divarlarını möhkəmləndirir. Varikoz xəstəliyi olan insan sarımsağı çiy vəziyyətdə yeməli, qidalara, salatlara əlavə etməlidir və s.
- Sarımsaq, zəncəfil, lavanda, nanə efir yağların 1-2 damcısını təxminən 10 ml istənilən masaj üçün uyğun gələn yağla qarışdırıb varikoz olan ayağa yüngül masaj hərəkətləri ilə sürtün. Müalicə kursu - 2 həftə. Daha sonra 2 həftə fasilə edin və müalicəni təkrar edin.
- Hirudoterapiya (zəli ilə müalicə) varikoz xəstəliyi ilə mübarizədə çox yaxşı müalicəvi effekt verir. Zəli təsiri nəticəsində qan dövranı yaxşılaşdırır, tromblar əriyir. Lakin onu də nəzərə alın ki, bu müalicə üsulu yalnız peşəkar həkim tərəfindən tətbiq olunmalıdır.
- Mumiye varikozun müalicəsində geniş istifadə olunur. Mumiye məhlul və kompres şəklində istifadə olunur. Təxminən 1 çay qaşığı ölçüsündə mumiye 1 stəkan qaynar suda 1 saat ərzində dəmlənilir və gün ərzində xırda qurtumlarla içilir və ya kompres  şəklində istifadə olunur.
Təbii ki, burada sadalanan üsullar yalnız varikozun başlanğıc formalarında yaxşı effekt verə bilər.
Hər bir vasitənin istifadəsindən əvvəl mütləq həkimlə məsləhətləşin.


Şərhlər:
Baxılıb: 655
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz