Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Xalq təbabəti ilə baş ağrılarının müalicəsi
Xalq təbabəti ilə baş ağrılarının müalicəsi
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 534
Səs ver:
Hər bir insan həyatında baş ağrıları ilə üzləşir. Bir çox hallarda belə baş ağrıları heç bir ciddi xəstəliklərə işarə etmir və fiziki, əqli yorğunluqdan, stresdən, gərginlikdən əmələ gəlir.
Lakin tez-tez təkrarlanan baş ağrıları müxtəlif və bəzən çox təhlükəli xəstəliklərin simptomu ola bilər. Bu səbəbdən əgər sız tez-tez təkrarlanan baş ağrılardan əziyyət çəkirsinizsə, mütləq həkimə müraciət edin.
Xalq təbabəti baş ağrıları ilə mübarizədə müxtəlif və çox təsirli vasitələr təqdim edir.
Bu vasitələrin arasında:
- Limonu soyun, qabığın içərisində olan ağ təbəqəni xaric edin və limon qabığını gicgahlarınıza qoyun. Başınızı yumşaq yun şərflə bağlayın və uzanın.
- 1 fincanda 1 çay qaşığı yaşıl çay dəmləyin, 1/3 çay qaşığı darçın və 1 qaşıq nanə qurusu dəmləyin. Bu çayı için və uzanın. (Hipotoniklər üçün bu çay əks-göstərişdir.)
- Nanə təbii spazmolitik vasitədir. 2 çay qaşığı quru nanə 1 stəkan qaynar suda dəmləyin və için. İçin və bir qədər uzanın. Hipotoniklər istifadə etməməlidir (nanə qan təzyiqini aşağı salır).
- Aromatik yağlar baş ağrıları ilə mübarizədə yaxşı kömək edir. Apteklərdə satılan lavanda və nanə yağların bir neçə damcısını barmaqların ucları ilə gicgahlarınıza sürtün. Bu məqsədlə həmçinin ətirşah, portağal, şam ağacı, evkalipt yağlarını istifadə etmək olar.
- Aromatik yağların bir neçə damcısını suya əlavə edib isti vanna qəbul edin. Belə vanna sakitləşdirici təsir edir, insan yorğunluqdan, gərginlikdən azad olur.
- Aloe bitkisinin iri yarpağını uzununa kəsin və gicqahlarınıza qoyun.
- Gicgahlara sirkə sürtün.
- Baş ağrısının səbəbi gərgin əqli fəaliyyət olarsa, işdən qayıtdıqdan sonra ayaqlarınıza isti vanna edin və nanəli çay için.
- Alnınıza və ənsə nahiyəsinə kələm yarpağı qoyun, başınızı bağlayın və bir qədər uzanın.
- Lavandanın yarpaqlarını və güllərini dəmləyin və çay kimi için.
- Gicgahlara, alnınıza və ənsə nahiyəsinə mentol yağı sürtün.
Baş ağrısı zamanı dərhal dərmanlara üz tutmayın (onların bir çox hissəsinin müxtəlif əks-göstərişləri və yanaşı təsirləri var). Bu sadə üsullar baş ağrıları ilə mübarizədə sizə yaxşı yardımçı ola bilər.


Şərhlər:
Baxılıb: 534
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz