Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Çobanyastığının faydası
Çobanyastığının faydası
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 684
Səs ver:
Çobanyastığı insanın sağlamlığı üçün ən faydalı bitkilərdən biri sayılır. Çobanyastığı çox güclü antiseptik, mikrob- və virusəleyhinə xüsusiyyətlərə malikdir.
Angina, faringit zamanı çobanyastığı dəmləməsinin istifadəsi çox yaxşı effekt verir. Bunun üçün 1 xörək qaşığı quru çobanyastığı 1 stəkan qaynar suda dəmlənir, süzülür və gün ərzində bir neçə dəfə qarqara kimi istifadə olunur.
Təbii ki, çobanyastığı dəmləməsi (bütün digər xalq təbabəti vasitələri kimi) yalnız köməkçi müalicəvi vasitə kimi (xəstəliyin həkim tərəfindən təyin olunmuş əsas müalicəsi ilə paralel olaraq) istifadə edilə bilər.
Diş ağrısı, diş və damaq iltihabları, digər ağız boşluğu iltihabları (stomatit və s.) zamanı da çobanyastığı dəmləməsi çox yaxşı ağrısızlaşdıran və iltihabəleyhinə təsir edir.
Zökəm, haymorit, sinusitlər zamanı çobanyastığı dəmləməsi ilə burun boşluğunu yumaq və buruna çobanyastığı yağı (hər burun yoluna 1-2 damcı) damcılamaq çox effektlidir.
Çobanyastığı bütün mədə-bağırsaq sisteminə çox yaxşı təsir edir. Belə ki, çobanyastığı dəmləməsi (daxilə qəbul edilir) mədə-bağırsaq sistemində olan iltihablarla, parazitlərlə (lyambliya, askarid qurdu) uğurla mübarizə aparır, qarında köp, sancılar, ishal zamanı yaxşı kömək edir, öd qovucu təsirinə malikdir, iştahanı artırır, mədə şirələrin ifrazını stimullaşdırır.
Qastrit, kolit, mədə və 12-barmaq bağırsağı xorası xəstəlikləri zamanı çobanyastığı dəmləmələri çox effektlidir.
Çobanyastığı insanın sinir sisteminə da çox yaxşı sakitləşdirici təsir edir. Məhz bu səbəbdən çobanyastığı uşaqlar və böyüklər üçün nəzərdə tutulmuş bir çox sakitləşdirici preparatların tərkibinə daxildir. Gecə yatmazdan əvvəl  1 stəkan çobanyastığı çayına (1 stəkan qaynar su + 1 çay qaşığı çobanyastığı) 1 çay qaşığı bal əlavə edib için. Bu vasitə yaxşı sakitləşdirici təsir edir və yuxusuzluqla mübarizə çox yaxşı köməkçidir. Bundan əlavə belə çay yüksək qızdırmanın salınmasına kömək edir.
Çobanyastığı "qadın otu" sayılır. Çobanyastığı ginekologiyada iltihabəleyhinə vasitə kimi geniş istifadə olunur.
Çobanyastığı dəmləməsi sidik kisəsi və sidik yolları iltihabları zamanı yaxşı kömək edir.
Bir çox dəri iltihabları və xəstəlikləri zamanı çobanyastığı vannaları və islatmaları istifadə olunur. Çobanyastığı ilə olan ayaq vannaları ayaqların güclü tərlənməsi ilə mübarizədə sınanmış vasitədir.
Çobanyastığı kosmetologiyada da geniş istifadə olunur. Çobanyastığı dəmləməsi üz dərisini təmizləyir, iltihabla mübarizə aparır, saçları daha parlaq, möhkəm və canlı edir, kəpəkdən azad olmağa kömək edir.
Bütün bu faydalı xüsusiyyərlə yanaşı, çobanyastığı allergik xüsusiyyətlərinə malikdir. Bu səbəbdən allergiyaya meyilli olan insanlar bu otdan çox ehtiyatlı istifadə etməlidir. Hər halda bu və ya digər xalq təbabəti vasitələri tətbiq etdikdən əvvəl həkimlə məsləhətləşmək lazımdır.


Şərhlər:
Baxılıb: 684
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz