Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Çörəkotunun faydaları
Çörəkotunun faydaları
Göndərən: Ayten Melek
Şərhlər: 5
Baxılıb: 284
Səs ver:
Çörəkotunun tərkibinin müəyyən edilməsində istifadə edilən kimyəvi analiz üsulları çox müxtəlif olduğuna görə mahiyyəti haqqında çox dəqiq təsbitlər yoxdur. Çörəkotu toxumlarının tərkibində uçucu yağ (0.38-0.49%), sabit yağ (30-40%), protein (20-30%), saponin, melantin, nigellin və tanen mövcuddur. Çörəkotu toxumunun kimyəvi mahiyyəti, bitkinin biçin mövsümünə, növünə və yetişdirildiyi iqlimə görə müxtəlif olur. Qahirə yaxınlığında yetişdirilən çörəkotu toxumlarından əldə edilən uçucu yağın tərkibində 67 qarışığın olduğu və bu qarışıqların miqdarına görə ən vaciblərinin p-simen, timokinon, a-pinen və ß-pinen olduğu müəyyən edilmişdir. Bir araşdırmada, çörəkotu toxumlarında 6,4% su, 4% kül, 32% yağ, 20,2% xam protein, 6,6% xam lif və 37,4% karbonhidrat olduğu; sabit yağın 1,2% miristik, 8,4% palmatik, 2,9% stearik, 17,9% oleik, 60,8% linoleik, az miqdarda araşidik və 1,7% eikosadienoik turşulardan ibarət olduğu bildirilmişdir. Bundan başqa çörəkotu toxumlarında az miqdarda B1, B2 və B6 vitamini; proteinlərin təməl daşı olan amin turşuları; dəmir, kalsium, maqnezium, sink və selenium kimi minerallar da var. Çörəkotu toxumlarındakı müəssir maddə (kristal halında) nigellon, ancaq 1959-cu ildə izolyasiya edilə bilmişdir.

Bir tədqiqatda çörəkotunun müxtəlif xərçəng hüceyrələrini öldürücü və şişlərə aid antitellərin çoxalmasını dayandırıcı xüsusiyyətlərə sahib olduğu öyrənilmişdir. Çörəkotunun normal hüceyrələrə zəhər təsiri vermədiyinə dair araşdırmalar da var. Çörəkotu toxumunda olan ß-sitosterol; ifraz fəaliyyətini artırma, qandakı xolestrol səviyyəsini azaltma kimi xüsusiyyətlərə malik bir molekul olub prostat böyüməsində müalicə təsirli dərman kimi istifadə olunur.

Çörəkotu toxumları; idrar sökdürücü, qan təzyiqini azaldıcı, südü artırıcı, iştah açıcı kimi çox yönlü təsirlərə vəsilə ola bilən şəkildə yaradılmışdır. Yağı isə kəpəyə və saç tökülməsinə qarşı istifadə edilir.

Çörəkotunun uçucu yağ turşularının; bakteriyalara, göbələklərə, bağırsaq qurdlarına və sestodlara (bağırsaq qurdu növü) qarşı təsirli olduğu öyrənilmişdir.

Çörəkotu toxumunun və müxtəlif miqdardakı ekstraktlarının xəstəliyə yol açan bir çox mikro orqanizmlərə qarşı yararlı olduğu məlum olmuşdur.

Bunlarla yanaşı xərçəng hüceyrələrini öldürücü xüsusiyyətlərə malik olduğu və vücuddakı immunitet sistemini gücləndirdiyi bir çox təcrübələrlə müşahidə olunmuşdur.

Məhəmməd Peyğəmbərin (sas): “Bu qara dənəcik ölümdən başqa bütün xəstəliklərin şəfasıdır.”, buyurduğu çörəkotu toxumları, tərkibi vücudun immunitet sistemini qoruyan və gücləndirən maddələrlə zəngin yaradılmış və insanların yararlanması üçün təqdim edilmişdir.

İnsanlar şəfa qaynağı olan bu bitkini xəmir məmulatlarında sevərək istifadə edir. Çörəkotunun birbaşa yeyilməsi və ya dəmləmə üsulu ilə gündə 2-3 stəkan içilməsi məsləhət görülür. Bir miqdar çörəkotunun üstünə isti su tökülərək 3-4 dəqiqə gözlənilir, sonra süzülərək içilir. Lazım olandan çox istifadə olunduqda ishala səbəb ola bilər. Gündəlik istifadə olunmalı miqdar maksimum 2 qramdır. Bəzən bazarlarda “çörəkotu yağı” adı altında satılan şüşələrə rast gələ bilərsiniz. Bu yağlara ümumiyyətlə çiçək yağları qarışdırıldığı üçün təsirsizdir. Çörəkotunu balla qarışdıraraq yeyənlər də var. Ancaq belə olan vəziyyətdə çörəkotunun toxumunun qabığı mədəmizdə tam həzm olunmadığına görə faydalı qisimlər xaric olmur və toxum tamamilə xaric edilir. Buna görə də çörəkotu toxumları bir qabda döyüldükdən sonra balla qarışdırılaraq yeyilməlidir.


Şərhlər: 5
Baxılıb: 284
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
YalniZ-ArZu
EVDEN ESKIK ELEMIREM HEC VAXT,COX SEVIREM CUNKI.MIN BIR DERDIN DERMANIDIR COREKOTU.
28 sentyabr 2016 00:11
# 5
Bilgeye sormuwlar."Insan nasil sabreder?"Demiw ki:Unutursun sabredersin,Bu en GUZELIDIR.Kabul edersin sabredersin,Bu en DOGRUSUDUR.Vazgecersin sabredersin,Bu en ZORUDUR.Bir de iwini ALLAHA havale eder sabredersin.Iwte bu en YUCESIDIR...
Kölge
Cooox faydali oldugunu biıirem.yagi da faydalidi21
27 sentyabr 2016 23:23
# 4
Her şeye gore şukur
vipbetul
faydali melumatdir
27 sentyabr 2016 10:41
# 3
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
BARBI
Sevirem corek otunu.Cox faydali qidadir
27 sentyabr 2016 09:53
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
son bahar
sevmirem corek otunu
27 sentyabr 2016 08:54
# 1
...
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz