Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Üzərlik
Üzərlik
Göndərən: Nazlı_qız
Şərhlər: 9
Baxılıb: 500
Səs ver:
Xalq Arasında Nəzər Otu olaraq da bilinən Mistik bitki Üzərlik Toxumu Nədir? Faydaları və istifadəsinə dair; Üzərlik Otu Nədir? Ölkəmizdə əksəriyyət bölgədə yetişir. Uzunluğu 70 santimetrə qədər çıxan bu ot xalq arasında nəzər otu olaraq da bilinər. İngiliscədə Harmal olaraq adlandırılan üzərlik fosfor baxımından olduqca zəngin bir bitkidir. Əsrlərdir bir çox sahədə müxtəlif istifadə sahələri olmuş və səhiyyə baxımından da bir çox xəstəliyin müalicəsində təbii müalicə üsulu olaraq istifadə edilmişdir. Haşiyə: Xüsusilə arxeoloqlar tərəfindən üzərlik otu çox yaxşı bilinir. Çünki ən maraqlı xüsusiyyətlərindən bir dənəsi; üzərlik otu olan bölgələrin altında yüksək ehtimalla arxeoloji tapıntılar var. Bu ehtimal ilə arxeoloqlar üzərlik otunun olduğu yerləri qazarlar. Bunun səbəbi belədir: Üzərlik otu fosfor turşusu baxımından zəngin torpaqlarda yetişir. Fosfor isə köhnə məskunlaşma yerlərinin olduğu sahələrdə bol miqdarda tapılar. Ümumi olaraq; kurqanları, köhnə xaraba və qəbiristanlıqlarda, köhnə məskunlaşma yerlərində bol rast gəlinir.

Üzərlik toxumunun faydaları nələrdir?
Allergik burun axıntısı və mövsümü soyuqdəyməyə qarşı şəfalıdır. Sinəsi yumşaldır. Yaxşı bir bəlğəm gətiricidir. Bağırsaq qurdlarının bədəndən atılmasında köməkçi olur. Xərçəngə qarşı istifadəsi mövcuddur. Saçları qaraldan xüsusiyyəti vardır. Allergiya və qaşınma meydana gəlməsinə qarşı müalicə edicidir. Doğru miqdarda istifadə edildiyində cinsi performansı və istəyi artırır. Öskürək və nəfəs darlığı problemlərinə qarşı faydalıdır. Zehni gücləndirər. Regl qanamalarını tənzimləyir. Üzərlik otu göz soyuqdəyməsi və allergiyaya qarşı olduqca şəfalıdır. Baş ağrısı xəstəliyinə qarşı üzərlik toxumu olduqca şəfalı bir bitkidir.

Üzərlik toxumu və yağı necə istifadə edilir?

- Gözləri qüvvətləndirmək üçün necə istifadə olunur; Razyana ilə birlikdə qaynadılaraq gözə sarğı edildiyində gözləri qüvvətləndirər. - Nəfəs darlığına qarşı istifadəsi; Kətan toxumu və bal ilə birlikdə üzərlik toxumu məcun edilər. Udularaq tətbiq olunur. - Göz soyuqdəyməsi və allergiyaya qarşı; Üzərlik toxumu su ilə birlikdə qaynadılır. Əldə edilən su burna çəkilərək tətbiq olunur. - Baş ağrısı və sara müalicəsində istifadəsi; 300 qram üzərlik toxumu 7,5 kiloqram üzüm suyu ilə birlikdə qaynadılır. Qaynama qarışığın 4də 1-i qalana qədər davam edər. Hazırlanan qarışıqdan 30 gün ərzində hər gün 500 ml qədər içilir. - Allergik burun axıntısı və soyuqdəymə; 2 stəkan qaynamaqda olan suyun içərisinə 3-4 yemək qaşığı üzərlik toxumu tökülür. Çıxan buxar sovrularaq tətbiq olunur.

Üzərlik yağının istifadə sahələri:
Üzərlik bitkisindən əldə edilən yağ; iflic, üz iflici və əsəbi ağrılara qarşı və cinsi performansı artırmaq məqsədiylə istifadə edilər. Üzərlik toxumunun Zərərləri yan təsirləri vardırmı? Çox dozada istifadə mədə bulanması və göz yanması kimi problemlər ortaya çıxara bilər. Üzərlik toxumu istifadə etməzdən əvvəl mütləq allergiyanız olub olmadığına dair test etməniz lazımdır. 1 fincan su ilə 1 qaşıq üzərlik toxumunu qaynadın və çıxan buxarı sovurun. Əgər nəfəsini daraldır və sizi narahat edir isə allergiyanız var deməkdir. Bu kimi vəziyyətlərdə üzərlik toxumunu istifadə etməyin.


Şərhlər: 9
Baxılıb: 500
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Balacam
Uzeriyin qoxusun secirem evde tez tez yandiririg.sakitlewdirir adami ama bawqa faydalarini bilmirdim.melumat ucun Teşekkürler
16 sentyabr 2016 10:25
# 9
Omur boyu məhəbbəti axtaranda var,onu tapanda həyatını itirəndə....
Onun_Mələyi
aa....çox maraqlı dır...bilmirdim faydaları haqda...təşəkkürlər
16 sentyabr 2016 09:15
# 8
Bir duam var,səndən amin gözləyirdua09123
MODABAZ
Mene tez goz deyendı ona gore anam tez tez yandırır faydalarıdIı varmıw oxumaq maraqlı oldu
15 sentyabr 2016 23:50
# 7
Heyata daim gulmek lazimdii
Efsuw2016
Sayenizde bilmediylerimi oyrendim cox tesekkurler
15 sentyabr 2016 23:10
# 6
Məni bu həyatda ən çox xoşbəxt edən sənin yanımda olman, yaxşı ki varsan və yaxşı ki, mənim yoldaşımsan
vipbetul
yaqlari baresinde ilk defedir eshidirem
15 sentyabr 2016 23:03
# 5
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
BARBI
Uzerlik cox faydalidir. Biz evde tez tez yandiririq. Qeribe qoxusu var
15 sentyabr 2016 21:23
# 4
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
qonaqa
mende faydalı oldugunu bilmirdim teseekkurler
15 sentyabr 2016 21:21
# 3
Həyatım səni çox sevirəm!
Allah bir ömür boyu bizi xoşbəxt etsin.Sevgilim Həyatım mənim Mən səni bu dünyada hər şeydən çox sevirəm.Daha doğrusu ikinizi çox sevirəm.Я тебя люлблю.
Gülüş.
Belgemgetirici oldugunu bilirdim basqa faydalarindan xeberim yoxuydu
15 sentyabr 2016 21:20
# 2
Kölge
Bele faydali oldugunu bilmirdim
15 sentyabr 2016 21:08
# 1
Her şeye gore şukur
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz