Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
İtburnu haqqında
İtburnu haqqında
Göndərən: Pure Love
Şərhlər: 7
Baxılıb: 273
Səs ver:
Öz zəngin tərkibinə görə itburnunun insan sağlamlığı üçün saymaqla bitməyən faydaları var. İtburnunun tərkibi A, B1, B2, P, K və C vitaminləri, zülal, minerallar, potasyum, sodium, maqnezium, kalsium və fosforla zəngindir.

Əvvəlcə itburnudan dəmlənmiş çayın faydalarına nəzər salaq:

1. İmmuniteti gücləndirir
2. İltihabi proseslərin qarşısını alır
3. Soyuqdəymə zamanı olduqca xeyirlidir
4. Sinir sistemini sakitləşdirir
5. Böyrəklərdə və öd kisəsində daşların əmələ gəlmə riskini azaldır
6. Mədə ağrılarını götürür
7. Bağırsaqların təmizlənməsinə kömək edir
8. Ürək-damar xəstəlikləri üçün faydalıdır
9. İştahı açır
10. Qan təzyiqini aşağı salır
11. Maddələr mübadiləsini normallaşdırır
12. Sidikqovucu xassəyə malikdir
13. Orqanizmin ümumi tonusuna müsbət təsir göstərir

İtburnu çayını hazırlamaq üçün iki qaşıq itburnu meyvəsini xırda hissələrə bölmək, üzərinə 250 qram qaynar su əlavə edərək 10 dəqiqə dəmdə saxlamaq lazımdır. İstifadə zamanı zövqə uyğun az miqdarda şəkər tozu, yaxud bal da əlavə etmək olar.

İtburnu bitkisindən arıqlamaq üçün də istifadə etmək olar. Bunun üçün 1 litr qaynar suya 3 xörək qaşığı itburnu meyvəsi əlavə etməli və 12 saat saxlanılmalıdır. İki həftə ərzində hər gün yeməkdən 30-40 dəqiqə qabaq bir stəkan içməklə istənilən nəticəni əldə etmək olar.

Hamilə qadınların itburnu bitkisinin çayından istifadə etmələri məsləhətdir. Gələcək analar bununla orqanizmlərinin müqavimətini gücləndirərək müxtəlif viruslardan özlərini qorumuş olarlar. Xanımlara gün ərzində 1-2 stəkan itburnu çayı yaxud dəmləməsi kifayətdir.

Böyrək xəstəliklərindən şikayətlənənlər üçün itburnu bitkisi olduqca faydalıdır. Böyrəklərin iltihabı zamanı 3 xörək qaşığı itburnu meyvəsi ilə 6 xörək qaşığı qarğıdalı saçağını yarım litr qaynar suda dəmləmək (qaynatmamaq şərtilə), 12 saat saxladıqdan sonra süzmək və 3 ay ərzində gündəlik olaraq yeməkdən qabaq 100 qram içmək lazımdır.

Xüsusilə qış fəsillərində itburnu bitkisindən müntəzəm istifadə etmək daha xeyirlidir. Bu ərəfədə orqanizmin vitaminlərə olan tələbatının bir qismini itburnu bitkisi ilə təmin etmək mümkündür.

Digər faydalı bitkilər kimi itburnudan da qədərində istifadə etmək lazımdır. Xüsusilə mədə xorası olan insanlar bu bitkidən məhdudiyyətlə istifadə etməlidirlər.


Şərhlər: 7
Baxılıb: 273
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Onun_Mələyi
Faydalı olduğnu bilirdim. xüsusi ilə də arıqladıcı təsirə malikdir .adi çay kimi dəmliyib , gündə 2,3 dəfə içmək arıqlamaq olur.təşəkkürlər. ..01
9 sentyabr 2016 23:12
# 7
Bir duam var,səndən amin gözləyirdua09123
MODABAZ
Itburnu cox fadalıdı ele qırıp olanda ınsana cox yaxwı xeyır edır cox sagolun
9 sentyabr 2016 14:53
# 6
Heyata daim gulmek lazimdii
vipbetul
faydali melumat oldu
9 sentyabr 2016 11:30
# 5
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
CANAN
Salam ama hamile qadinlara tovsoye etm8rem.menim hamileliyim sexsen ele itburnu pozub.qrip oldum icdim sonra hamileliyim acildi.hekim de itburnudan gordu
9 sentyabr 2016 10:59
# 4
Canan
Tomris Müslümova
Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.
9 sentyabr 2016 09:37
# 3
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
BARBI
Itburnu cayini yemisanla birge demleyirem. Soyuqlamanin qarsisini alir. Cox faydali qarisimdir
9 sentyabr 2016 09:30
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Totu
Çox Faydalı Xəbər oldu
9 sentyabr 2016 08:42
# 1
Hər şeyi bilməniz önəmli deyil,Önəmli olan həddinizi bilmənizdi...
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz