Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Bananın möcüzəvi faydaları
Bananın möcüzəvi faydaları
Göndərən: Barbaris
Şərhlər: 5
Baxılıb: 681
Səs ver:
Banan Quranda Cənnət meyvələri içində adı çəkilən meyvələrdən biridir. Cənnətin təsvir edildiyi bir ayədə Allah bu meyvədən belə bəhs edir:

"Meyvələri salxım-salxım asılmış banan ağacları..." (Vaqiə surəsi, 29)

Quranda əhəmiyyəti vurğulanan meyvələrin bir çox xəstəliklərin qarşısını aldığı və ya müalicəvi təsirinin olduğu bu gün elmi cəhətdən sübut edilmişdir. Məsələn, dünyada ən çox yeyilən meyvələrdən olan banan vitamin, zülal, mineral və amin turşuları ilə zəngindir. Tərkibində B1, B2, C, A və E vitaminləri və bol miqdarda kalium, dəmir, kalsium, fosfor, natrium və yod mövcuddur. Kalori dəyəri yüksək olan bananın tərkibində xolesterol yoxdur. B1 vitamini sayəsində orqanizmin infeksiyalardan qorunmasında mühüm rol oynayır, həmçinin sinir toxumalarının normal fəaliyyətinə kömək edir. Tərkibi 75 % su, 1.3 % zülal, 0.6 % yağ, müxtəlif karbohidratlar və kaliumdan ibarətdir. 
Banan bir çox xəstəliklərin müalicəsində, xüsusilə, yüksək temperatur, həzm problemləri, əzələ spazmı, əzələ boşalması kimi narahatlıqlar zamanı tövsiyə olunur. Qan təzyiqini aşağı salır. Banandan, həmçinin allergiyanın müalicəsində də istifadə edilir. 
Tərkibindəki kalium və natrium bədənin su balansını tənzimləyir, hüceyrə və əzələlərin inkişafını, ürək döyüntülərinin normal fəaliyyətini təmin edir. Qırmızı qan hüceyrələrinin yaranmasına kömək edir. Enerji istehsalına yardım edir. Stressə qarşı dözümlülük yaradır. Həmçinin anemiyanın bəzi növlərini müalicə edir. Banan ürək-damar xəstəliklərində də müalicəvi təsirə malikdir. Yorgunluğu və ishalı aradan qaldırır. 
Dünyadakı növbənöv meyvələr insanlar üçün həm mühüm qida mənbəyi, həm də şəfa qaynağıdır. Bir-birindən ləzzətli olan qidalar, eyni zamanda, insanların yaşaması üçün vacibdir. 
İndi isə yaşamağımız üçün lazım olan bu qidaların dadsız olduğunu və ya dadlarının xoşagəlməz olduğunu düşünək. Yaxud çox ləzzətli olmaqlarına baxmayaraq, zərərli olsaydılar... Ya da yalnız bir neçə növ qida olsaydı və insanlar bunlardan sadəcə həyatda qalmaq üçün faydalansaydı... Nə edərdik? Dünyada bu qədər çox nemətə sahib olmağımızın yeganə səbəbi Allahın insanlara olan lütfü və rəhmətidir. İnsan təkcə meyvələr haqqında düşünməklə də sahib olduğu sonsuz nemətləri dərk edə bilər.
Heç yaradan yarada bilməyən kimi ola bilərmi? Düşünüb ibrət götürməyəcəksiniz? Əgər Allahın nemətlərini saymalı olsanız, onları sayıb qurtara bilməzsiniz. Həqiqətən, Allah bağışlayandır, rəhmlidir. (Nəhl surəsi 17-18)


Şərhlər: 5
Baxılıb: 681
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
a.a004
Banani cox xowlayiram. tewekkurler₩
4 iyun 2016 23:35
# 5
Wirin Meleyim
Banani hergun yerem
4 iyun 2016 19:36
# 4
Imza aysu agazade
BARBI
Banani cox xoslayiram. Cox faydali meyvedir.
4 iyun 2016 17:10
# 3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Totu
Çox faydalı ve dadlı meyvelerden birdir.tesekkürler.
4 iyun 2016 14:59
# 2
Hər şeyi bilməniz önəmli deyil,Önəmli olan həddinizi bilmənizdi...
vipbetul
banan faydali meyvedir
4 iyun 2016 14:54
# 1
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz