Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Çiyələyin bilinməyən faydaları
Çiyələyin bilinməyən faydaları
Göndərən: _damla_
Şərhlər: 10
Baxılıb: 740
Səs ver:
Çiyələyin qurudulmuş yarpaqlarını moruq meyvəsilə birlikdə çay kimi dəmləyib, soyuqdəymədən baş verən xəstəliklərə qarşı tərlədici dərman kimi işlədilir.
Elmi təbabətdə çiyələyin meyvələrindən və yarpaqlarından istifadə olunur. Meyvələrini tam yetişəndə quru havalı gündə toplayıb, həmin vaxta günün qabağında və ya çadır altında, yaxud peç üzərində qurudurlar. Yarpaqlarını bitki çiçəkləyən fazada toplayıb kölgəli yerdə və ya quru havalı binalarda qurudurlar. Qurudulmuş meyvələrini və yarpaqlarını havası daim dəyişilən, quru havalı binalarda saxlamaq lazımdır.
Çiyələyin təzə dərilmiş meyvələrindən və onlardan hazırlanan şərbətdən son dərəcə faydalı dietik vasitə kimi istifadə olunur.
Qurudulmuş meyvələrindən və yarpaqlarından çay kimi dəmləyib, öd yolları xəstəliklərində ödqovucu, böyrək xəstəliklərində və böyrəkdə daş əmələ gəlmə zamanı daşı salmaq məqsədilə, eləcə də podaqrada və uşaqlıq qanaxmalarında qankəsici və şəfaverici dərman kimi istifadə edilir.

Xalq təbabətində təzə toplanmış çiyələk meyvələrinin şirəsindən (1:10 nisbətdə, yəni 1 q şirəni 10 q suda həll etməklə) "çiyələk suyu" hazırlayıb, körpə uşaqlarda baş verən sidik ifrazı çətinliyində sidikqovucu kimi işlədilir.Xalq təbabətində qurudulmuş yarpaqlarından və meyvələrindən çay dəmləyib, ödem xəstəliyinə qarşı müalicə məqsədilə, eləcə də sidik yollarında daş yığılan zaman daşsalıcı və iltihabı aradanqaldırıcı, həbelə sidikqovucu dərman kimi içirlər.
Çiyələyin təzə meyvələrindən, eləcə də qurudulmuş kökümsovlarından sulu bişirmə hazırlayıb ödqovucu dərman kimi qəbul edilir. Kökümsovlarını toplayıb soyuq suda yuyub qurudandan sonra çay kimi dəmləyərək babasil xəstəliyinə qarşı içirlər.
Qurudulmuş meyvələrindən və yarpaqlarından çay hazırlayıb yel xəstəliyi və podaqra xəstəliklərinə qarşı içirlər. Bu məqsədlə qurudulmuş meyvələri və yarpaqları ayrı-ayrılıqda xırdalayıb qarışdırır, sonra ondan 2 xörək qaşığı 1 stəkan qaynar suda çay kimi dəmləyib gündə 2 dəfə, hər dəfə də yarım stəkan qəbul edirlər. Çiyələyin meyvələri qanazlığında və ümumi zəiflikdə eləcə də ağciyər xəstəliklərində qüvvətverici kimi çox faydalıdır.
Çiyələyin sağlamlıq üçün çox mühüm əhəmiyyəti vardır. Ondan daha geniş istifadə etmək zəruridir.


Şərhlər: 10
Baxılıb: 740
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Totu
Çiyelek çox sevirem
16 aprel 2016 16:37
# 10
Hər şeyi bilməniz önəmli deyil,Önəmli olan həddinizi bilmənizdi...
tatyana
Ciyelek siresinin dassalici quvvesi oldugunu hec dusunmezdim,bezi faydalarini bilirdim amma
21 mart 2016 06:38
# 9
KUREYIMDEN VURULMUS ZERBELERIN SAYINI DUSUNSEK COXDAN YOXX OLMALIYDIM......AMMA MEN O ZERBELERDEN SONRA TANIMAGA BASLADIM DOSTUMU VE DUSHMENIMI
Dosta_inam
Maraqlı oldu oxumaq, bu qədər faydalı olduğunu bilmirdim doğrusu, çox xoşlayıram çiyələyi.
21 mart 2016 05:44
# 8
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
vipbetul
lazimli melumat oldu
21 mart 2016 01:45
# 7
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Fialka
Mövsümü yaxınlaşır çiyələyin )) düzdür hər fəsil tapmaq olar lakin dad o dad olmayandan sonra nə faydası)).. Uşaqlıqdan ən çox evdiyim meyvə . Düzü bu qədər faydaları haqqında bilmirdim amma öyrənmiş oldum təşəkkür.
21 mart 2016 01:28
# 6
S.Heydarova
çiyələyi coox xoşlayıram maraqlı məlumatdır
21 mart 2016 00:05
# 5
Həyat fırtınanın keçməsini gözləmək deyil,
Yağmurda da yeriyə bilməyi bacarmaqdır..!
ülü16
Çiyələyi xoşlayıram. Qışda isə mürəbbəsini sevirəm. Ümümiyyətlə Allahın yaratdığı hər halal məhsulun faydası bol olur
21 mart 2016 00:01
# 4
BARBI
Ciyeleyi cox xoslayiram. Cox faydali meyvedir.
20 mart 2016 23:07
# 3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Asya
Ciyeleyi cox xowlayiram,bu qeder faydasi oldugunu bilmirdim.tewekkurler
20 mart 2016 23:00
# 2
heyatim_menim
Maraqli melumat oldu tesdkkurler
20 mart 2016 22:57
# 1
Başa düşdüm ki,
Həyatda Nəfəs almam üçün 5 səbəbim Var
ALLAHıma Şükür ki, onlar mənim Həyatımdadı.
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz