Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Şəkəri aşağı salan, köpü götürən, xərçəngdən qoruyan göyərti
Şəkəri aşağı salan, köpü götürən, xərçəngdən qoruyan göyərti
Göndərən: my_angel
Şərhlər: 13
Baxılıb: 1225
Səs ver:
Gənclərin bol yeməsi məsləhət görülən, 100 qramı 36 kalori olan cəfəri A, C, E və K, B9 vitaminin, fol turşusunun qaynağıdır. Eyni zamanda kalsium, potasium və dəmir mineralları ilə də zəngindir. 

İmmunitet sistemini gücləndirir
Tərkibindəki A, C, K vitaminləri ilə folat mineralı immunitet sistemini gücləndirir. A vitamini eyni zamanda limfosit və ağ qan hüceyrələri üzərində çox faydalıdır.

Köp problemi olanları rahatladır
Sağlam bir bədən orqanizmdəki suyu mühafizə edir. Ancaq köp kimi maye yığılması zamanı bədən şişir. Köp probleminiz varsa, bir neçə çay qaşığı cəfəri suyu içib rahatlaya bilərsiniz. 1 stəkan qaynar suya cəfəri saplarını əlavə edin. Cəfəri suyu toksinlərin bədəndən atılmasına kömək edir. 

Xərçəng və ürək xəstəliklərinə faydalıdır
A vitaminin öncül maddəsi beta-karoten və C vitamini tərkibindən dolayı antioksidan özəlliyə sahibdir. Bu baxımdan sərbəst radikalların yaranmasını əngəlləyir. Cəfəri eyni zamanda ürək xəstəliyi və xərçəngə qarşı da qoruyur. Fol turşusu tərkibi ilə ürək dostu sayılır, çünki infarkt riskini artıran homosistein miqdarının azalmasında yardımçı olur. Təzyiqi aşağı salır. K vitamini və dəmir baxımından zəngin olan cəfəri, bədəndən toksinlərin atılmasını təmin edir və qanı təmizləyir. Qaraciyəri zəhərli maddələrdən təmizləmək üçün də faydalıdır.

Qan şəkərini aşağı salır
Araşdırmalara görə, cəfəri şəkəri olan xəstələrdə qan şəkəri səviyyəsini aşağı salmağa yardım edir.

Yaxşı sidikqovucudur
Cəfərinin sidikqovucu təsiri var. Bu xüsusiyyəti sayəsində cəfəri böyrək daşı, öd kisəsi və infeksiyaların müalicəsində yardımçı olur.

Diş və diş ətini qoruyur
Diş və diş əti xəstəliklərinə qarşı qoruyucu funksiyası var. Ağız qoxusunun getməsində də təsirlidir.

Mədə bulantısını ortadan qaldırır
Cəfəri ciddi bir sağlıq səbəbi olmayan halda ürəkbulanmaya da yaxşı təsir edir. Yarpaqları və sapı antiseptik olan cəfərinin qaz yoxedici təsiri də var.

Artrit müayinəsində böyük rol oynayır
Cəfərinin beta karoten və vitamin tərkibi sayəsində antiiltihab özəlliyi var.

Göz sağlığı üçün faydalıdır
Cəfəri tərkibindəki beta-karoten sayəsində gözlərdə retina sağlamlığını qoruyur. A vitamini ilə də zəngin olduğu üçün yaxşı faydası bilinir.

Antibakterial özəlliyi də var
Xlorofil tərkibli lan cəfəri antibakterial özəlliyə sahib olur. Bunun sayəsində ağız qoxusunun qarşısının alınmasında faydalıdır.

Hamiləlik zamanı çox yeməyin
10 sap cəfəri C vitaminin ehtiyacının yarısını qarşılayır. 60 millilitrdən çox cəfəri suyu içməməyə çalışın.

Hamiləlik və südvermə dövründə cəfərini çox yeməkdən qaçın. Dartılmaları artıracağı üçün riskli ola bilər.
Südvermə dövründə də südün azalmasına səbəb ola bilər.

Dəridə səpki və dərinin günəşə qarşı çox həssaslaşmasına gətirib çıxarır.

Qanduruldan dərman qəbul edirsinizsə, diqqətli olun. Çünki cəfərinin tərkibindəki K vitamini ilə dərman qarşılaşır. Qanın laxtalanmasında rol oynayan K vitamini bəzi dərmanların təsirini azaldır.

Qan təzyiqini yüksəltdiyi üçün yüksək təzyiqi olan xəstələr yeməməlidir.

Cəfəri pəhriz saxlayanlar tərəfindən içilsə də, diqqətli olun. Çünki cəfərini çox içmək maye itkisinə səbəb ola bilər. Bəzi hallarda pəhriz saxlayanların arıqlamasına yağ deyil, maye itkisi səbəb olur.

Hamiləlik ləkələri üçün cəfəri suyu maskasından da faydalana bilərsiniz. Bunun üçün limon suyu və cəfəri suyunu eyni ölçüdə qarışdırın, hamiləlik ləkəsi olan bölgəyə çəkin. Daha sonra 15 dəqiqə gözləyib ilıq su ilə durulayın.


Şərhlər: 13
Baxılıb: 1225
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Asya
Ceferini cox xowluyuram,cox yeyirem.mede ucun xeyirli oldugunu ewitmiwdim.cox xeyirli faydalidi.
2 aprel 2016 16:39
# 13
ulduz
Cox sevirem.. Amma süd verene olmazmış
2 aprel 2016 12:12
# 12
mawa1
Mende sevmiremm
2 aprel 2016 12:05
# 11
Sara035
Hec sevmirem ceferini yemeklerden,salatdan birde donerden secib sora yeyirem faydasini bilirdim
1 aprel 2016 18:45
# 10
Aτasını Yuxuδa Ölмüş Görüв, Oyanarag Aτasına Sarılanlar,
-Bəs Aτasını Yuxuδa Sag Görüв, Oyanarag İçin-İçin Aglayanlar Neyləsin. !
Ayka I-va
ceferi cox faydali bitkidir
1 aprel 2016 18:12
# 9
Totu
Xebere gore tesekkurler
1 aprel 2016 18:00
# 8
Hər şeyi bilməniz önəmli deyil,Önəmli olan həddinizi bilmənizdi...
Fialka
Çox faydalı bitkidir onun şirəsindən detoks kimidə istifadəsi mümkündür çox effektli üsuldur digər faydaları haqqında bilmək maraqlı oldu təşəkkür.
1 aprel 2016 13:24
# 7
Şəbnəm Vüsal
Umumiyyetle göyərti lerin hamisi faydalidi.her birinden lazumu miqdar yemek lazimdi her gun.men çox sevirem goyertini.her zaman da istifadə edirik yeməklərdə salatlarda
1 aprel 2016 12:52
# 6
Səndən sadəcə bir istəyim var hər zaman həyatımda,yanımda , qəlbimdə ən əsası sol yanımda ol Vüsal.Cünki səni coooooooox S E V İ R Ə M ♡
vipbetul
faydali melumatdir
1 aprel 2016 12:24
# 5
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
arzum-aysum
ceferi həqiqətən de coxx faydalı bitkidir, insanin butun orqanizmi üçün, her zaman sufremizde olur, düzdü men ozum cox yemesem de :-)
1 aprel 2016 11:53
# 4
Qarşına ümüdlə bax, arxana şükürlə, yuxarıya imanla, ətrafına hörmətlə...
Canavar sevgisi
Ceferini dehwet sevirem. Cox yeyirem
1 aprel 2016 11:24
# 3
๓๓๓☜ Ruhumuz QARABAGLIDIR ☞๓๓๓
Barbaris
xebere gore twkler
1 aprel 2016 10:44
# 2
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
BARBI
Ceferini cox sevirem. Cox faydalidir. Cox istifade edirem
1 aprel 2016 10:10
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz