Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Quranda adı çəkilən yeganə ədviyyat
Quranda adı çəkilən yeganə ədviyyat
Göndərən: my_angel
Şərhlər: 8
Baxılıb: 1113
Səs ver:
Bəli, zəncəfil müqəddəs kitabımızda adı çəkilən yeganə ədviyyatdır. Amma çox təəssüf ki, biz bu dəyərli bitkidən lazımi dərəcədə istifadə etmirik.
Zəncəfil mədə bağırsağın hərəkətini artırır, bədəndən köpü çıxardır, mədə-bağırsaq ağrılarında çox faydalıdır.

Zəncəfil həmçinin həzmin ağır getməsində faydalıdır, iştahaçıcıdır, ürəkbulanma zamanı zəncəfil qatılmış çayın içilməsi ürəkbulanmanı qarşısını alır, hətta hamilə qadınlar zəncəfildən istifadə edə bilərlər.

Zəncəfil cinsi istəksizlikdə (zəiflikdə) faydalı olmaqla yanaşı həm də spermanın miqdarını artırır, buna görə də sonsuzluğun müalicəsində balla qarışdırıb məcun hazırlanılır və istifadə edilir.

Zəncəfil bədənində, əlində və ayağında soyuqluq olanlar üçün əsl şəfadır. Zəncəfil bədəndə qan dolaşımını artırır bununla da bütün iltihabı xəstəliklərin müalicəsində çox faydalıdır.

Zəncəfil revmatizm xəstəliyində də faydalıdır.

Zəncəfil çox yaxşı təbii ağrıkəsicidir. Beynimizə gedən qanın miqdarını artırır, skleroz, Alshaymer kimi xəstəliklərin əvvəlcədən baş verməsinin qarşısını alır, insanın hafizəsini və əzbərləməsini dərinləşdirir.

Zəncəfil həmçinin yaddaşsızlıq ve diqqətsizliyi aradan qaldırmağa kömək edir.

Bronxit xəstəliyi üçün faydalıdır, bəlğəmin tərkibini durulaşdırır. Soyuqdəymələr və boğazgəlməsi üçün faydalıdır, çünki çox yaxşı tərlədicidir.

Bütün saydığım xəstəliklər zamanı zəncəfilin çayından və məcunundan istifadə edə bilərsiniz.

Çayı belə hazırlanılır:
- 1/3 çay qaşığı zəncəfil tozunu 1 stəkan adi çaya və ya qaynar suya qarışdırıb gündə üç dəfə yeməkdən əvvəl bir stəkan içə bilərsiniz. Eyni zamanda bu çay piylərin əriməsinə və adamın arıqlamasına səbəb olur.

Məcun isə belədir:

- 50 qram zəncəfil 500 qram bal ilə qarışdırılır, gündə üç dəfə yeməkdən əvvəl bir çay qaşığı yeyilir.

Sağlamlıq üçün 1 xörək qaşığı bal, 1 çay qaşığı alma sirkəsi, 1/3 çay qaşığı zəncəfil qaynadılmamış suda qarışdırıb bir stəkan səhər, bir stəkan axşam yatmazdan əvvəl içilir.

Ümumiyyətlə zəncəfil tozunu meyvə şirəsinə, adi çaya, salatlara, hətta sulu yeməklərə qarışdırıb istifadə edə bilərsiniz.
Yaxşı olardı ki, zəncəfili özünüz alıb üyüdəsiniz və hava buraxmayan qabda saxlayasınız. Bu həm çox ətirli olur, həm də təmiz olmasına şübhə qalmır


Şərhlər: 8
Baxılıb: 1113
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
efsane..
Necede faydali imis bu qeder oldugunu bilmezdim
22 mart 2016 07:16
# 8
elza_elza
Menada Zancafil cayin demlayib ic dedilar ariqlamaqcin.bir aydi her gun bir litir suya arisdirib iciram.Amma bir faydasin gormamisan
18 mart 2016 00:59
# 7
Totu
Bilmirdim tesekurler
17 mart 2016 14:03
# 6
Hər şeyi bilməniz önəmli deyil,Önəmli olan həddinizi bilmənizdi...
Fialka
Zəncəfil çayından mütəmadi istifadə edirəm o da toz şəklində deyil özündən dəmliyirəm və mütləq limon qataraq çünki limon acısını xeyli azaldır..Faydaları haqda məlumatım vardı təşəkkür.
17 mart 2016 08:54
# 5
BARBI
Cox faydali caydir. Quranda adinin qeyd olundugunu bilmirdim. Bizde yemeklerde muxtelif ickilerde istifade edirik
17 mart 2016 07:58
# 4
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Narın Yağış
Xeyirlərindən xəbərim var.Mama arıqlamaq üçün bunun çayını hazırlıyıb içir.Məndə mədəmə görə içmişəm,sözün düzü eləbil əks təsir edib daha da ağrı verib nə vaxt içmişəmsə.Arıqladır deyə daha içmədim ama çünki arıqlamağa yox, kökəlməyə ehtiyacım var)
17 mart 2016 03:42
# 3
Ayrılmağımızı istəyənlərin acığına bir yerdə olaq heart
vipbetul
faydali melumatdir bunun ziyanli terefinide bilseydik daha yaxsi olardi
17 mart 2016 01:24
# 2
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
evli.mutlu.cocuklu
Var bizde ondan cox xeyirlidi
17 mart 2016 01:09
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz