Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Zəfəranın inanılmaz faydaları
Zəfəranın inanılmaz faydaları
Göndərən: guler19
Şərhlər: 2
Baxılıb: 1206
Səs ver:
Biz, adətən, ədviyyatlardan xörəklərə, şirniyyatlara yeməyə dad vermək üçün istifadə edirik. 

Ancaq ədviyyatların bir çoxu sadəcə, xoş qoxusuna və dadına görə deyil, həm də orqanizmə faydalarına görə sevilir. Bu ədviyyatlardan biri də zəfərandlır. Türkiyəli həkim-diyetoloq 
Şəbnəm Kandıralı zəfəranın şəfa olduğu xəstəliklərdən danışıb. 

Zəfəran qədim çağlardan bəri ağrıkəsici və təzyiqi sabitləşdirən vasitə kimi istifadə edilib. 

"Dövrümüzün ən bahalı ədviyyatlarından biridir. Tərkibində 150-dən çox xüsusi maddə var. Araşdırmalar göstərib ki, xüsusilə, xərçəngə qarşı təsirlidir. Həzm sistemi problemlərini həll edir”. 

Şəbnəm Kandıralı zəfəranın pəhriz saxlayanlar üçün də ən faydalı ədviyyatlardan olduğunu qeyd edib. 

"İştahanı kəsir. Arıqlamaq istəyənlər bu ədviyyatdan istifadə etməlidirlər. Bunu etsələr, gün ərzində həmişəkindən 55 faiz az şirniyyat yeyərlər. Hətta pəhriz saxlamadan, idmanla məşğul olmadan 8 həftədə 1 kilo arıqlamaq olar”. 

Diyetoloq bildirib ki, zəfəranın çayında təsiri daha güclü olur. Odur ki, tez arıqlamaq istəyənlər onu çay kimi dəmləyib içə bilərlər. 

Şəbnəm Kandıralı zəfəranın depressiyaya meyilli insanlar üçün də faydalı olduğunu vurğulayıb. 

"Zəfəran xəstənin ruh halına yaxşı təsir edir. Depressiyaya meyilli insanlar mütləq bu ədviyyatdan istifadə etməlidirlər. Gündə 30 mq. zəfəran qəbul edərək 6 həftədə ruh halını yaxşılaşdırmaq və stressi azaltmaq mümkündür”. 

Həkimin sözlərinə görə, zəfəran yaddaş problemləri yaşayanlara da kömək edir. 

"Araşdırmalar göstərib ki, zəfəran qoca siçanların öyrənmə qabiliyyətini və yaddaşını gücləndirir. Mütəxəssislər zəfəranın insana da eyni cür təsir etdiyini düşünürlər. Alzaymer xəstəliyinə yaxalanmaq riski olanlara zəfəran tövsiyə edilir”. 

Şəbnəm Kandıralı bütün bu faydalı xüsusiyyətlərinə baxmayaraq, zəfərandan həddən artıq istifadənin ölümlə nəticələnə biləcəyini vurğulayıb. 

"Zəfəranı az miqdarda xörəklərə əlavə etmək və ya çayını içmək olar. Ancaq dozanı aşmamaq lazımdır. Həddən artıq qəbul edildikdə zəhərlənməyə, dəri və gözün saralmasına, qusmaya, başın hərlənməsinə, qanlı ishala, burun, dodaq və göz qapaqlarında qanamaya səbəb ola bilər. Bir dəfəyə 12-20 qram zəfəran qəbul etmək ölümə səbəb ola bilər. 

Maksimum 30 mq. qəbul etmək lazımdır”.


Şərhlər: 2
Baxılıb: 1206
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
zeferan xeyirli bitkidir esasende ureye cox xeyirdir
11 may 2016 11:17
# 2
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Kölge
Allahin yaratdigi möcuzevi bitkidi.
10 may 2016 22:46
# 1
Her şeye gore şukur
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz