Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Bu meyvə xərçəngə yaxalanmaq riskini azaldır
Bu meyvə xərçəngə yaxalanmaq riskini azaldır
Göndərən: guler19
Şərhlər: 12
Baxılıb: 773
Səs ver:
Aparılan son araşdırmalar naringinin xərçəngə yaxalanma riskini azaltdığını ortaya çıxarıb. Bu da hələ mövsümü olmasa belə, diqqəti həmin meyvəyə yönəldib. 

Naringinin tərkibindəki "flavonoid”lər xərçəng hüceyrələrinin böyüməsinə mane olaraq şişlərin yayılmasının qarşısını alır. Bu sitrus meyvəsinin ehtiva etdiyi "folat” adlı maddə xərçəngə gətirib çıxaran DNT dəyişikliklərinin qarşısını alır. 

Folat həm də qırmızı qan hüceyrələrinin istehsalını sürətləndirir. Onun sayəsində naringi qan dövranını yaxşılaşdırır. Qanın həddən artıq laxtalanmasının qarşısını alır. Ürək xəstəliklərinə səbəb olan xolesterinin səviyyəsini tənzimləyir. 

Ehtiva etdiyi antioksidantlar sayəsində yaraların tez sağalmasına kömək edir. 

Kaliumla zəngin olan naringi hüceyrələri və toxumaları bərpa edir. Bu mineral böyrəklər, əzələlər, ürək və damar, həmçinin həzm sistemi üçün əvəzedilməzdir. Kalium sümük əriməsinə qarşı təsirlidir. Gündəlik kalium ehtiyacını ödəyən insanların infarkt və iflic keçirmək riski nisbətən az olur. 

Naringi həm də ən yaxşı A vitamini mənbəyidir. Bu vitamin sayəsində sadəcə sağlamlığımızın deyil, həm də gözəlliyimizin qayğısına qalırıq. 

A vitamini dəri hüceyrələrini yeniləyir, yaşlılıq əlamətlərini aradan qaldırır. 

Meyvənin tərkibindəki C vitamini də dəri üçün əsl gözəllik eliksiridir. Bu vitamin də yaşlanmanın qarşısını alır, dərinin daha çox kollagen istehsal etməsinə, beləliklə də dəri elastikliyinin artmasına səbəb olur. 

Yağlı dəriyə sahib olanlar naringi maskasından istifadə edə bilərlər. Bu, dərinin yağ balansını tənzimləyəcək. 

Meyvə saç dərisi üçün də faydalıdır. Saç dərisini nəmləndirir. Tərkibindəki antioksidantlar sayəsində saçın qırılmasını önləyir. Saç üçün hazırladığınız təbii maskalara bir az naringi şirəsi əlavə etməyiniz kifayətdir.


Şərhlər: 12
Baxılıb: 773
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
SENSİZ
Uwaqlarimin en cox xowladiqi meyve .nece kq almaqimizdan asili olmayaraq sabaha qalmayan meyve:hihh:
10 mart 2016 09:35
# 12
DERDIN NE OLURSA OLSUN,UMUDUN ALLAH OLSUN
Dosta_inam
Çox xoşlayıram bu meyvəni, demək olar ki, hər gün yeyirəm.
10 mart 2016 09:33
# 11
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
vipbetul
lazimli melumatdir
9 mart 2016 23:40
# 10
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Fidan ALYEVA
Cox dadli meyvedir amma cox yedikde sepgi yarada biler
9 mart 2016 22:18
# 9
.O.F.S.
Totu
Sevdiyim meyvelerden biridir
9 mart 2016 21:23
# 8
Hər şeyi bilməniz önəmli deyil,Önəmli olan həddinizi bilmənizdi...
Fialka
Mövsümünə uyğun olaraq daima istifadə etdiyim meyvələr sırasındadır həm uşaqlar həmdə böyüklər istifadə edə bilər portağaldan fərqli olaraq ) Xərçəng riskini azlatdığını isə bilmirdim təşəkkür.
9 mart 2016 16:21
# 7
tatyana
Mende cox sevirem,qabiginida yeyirem))cayada qatiram qabigini
9 mart 2016 13:43
# 6
DEDILER ,,COX UREYI YUMUSAQ OLMA,,
NIYESINI SORUSANDA ISE DEDILER
,,NE QEDER UREYI YUMUSAQ OLSAN,
O QEDERDE TALEYIN CETIN OLAR,,......DOGURDANDA TALEYIM UREYIMIN YUMUSAQLIGINDAN DAG CEKIR MENE....
Fi-Ra
Xoşladığım meyvədir
9 mart 2016 12:47
# 5
Yeni bir başlanğıc etdiyimiz ən böyük səhvdən sonra başlayır!
ulduz
Cox sevirem bu meyvəni. Vitaminlə zəngindir
9 mart 2016 12:14
# 4
BARBI
Naringini hedsiz xoslayiram. Cox leziz olur . Vitamin menbeyidir
9 mart 2016 12:05
# 3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
qanadli melek
Naringi cox sevirem hemiwe olur evde
9 mart 2016 11:40
# 2
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
ɢüмüş
Evde tez-tez istifade olunan meyvelerdendir. Xoslayiram naringini.
9 mart 2016 11:22
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz