Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Feyxoanın möcüzələri
Feyxoanın möcüzələri
Göndərən: Tomris Müslümova
Şərhlər: 9
Baxılıb: 728
Səs ver:
Feyxoanın möcüzələri

Əgər orqanizminizdə yod çatışmazlığı varsa, maddələr mübadiləsi pozulubsa, təzyiqinizlə bağlı problem yaşayırsınızsa, qastritdən əziyyət çəkirsinizsə, o zaman dərhal dərman qəbul etməyə tələsməyin. Bir çox xəstəlikləri təbii yolla sağaltmaq mümkündür. Yetər ki, yemək menyunuzun tərkibinə feyxoa əlavə edəsiniz.

Feyxoa- ekzotik meyvədir. Bir kq təzə feyxoada 2 mq-dan 10-mq-a qədər yod var. Ona görə də orqanizmdə yod çatışmazlığı nəticəsində yaranan xəstəliklərdə xüsusilə faydalıdır. Adətən noyabr ayının ortaları və yanvar ayının sonu ən məhsuldar dövrüdür. Feyxoa XIX əsrdən tanınıb. Həmişəyaşıl ağaclar sinifinə aiddir. Bu meyvə Braziliya təbiətşünası "Joao da Silva Feyxo” nun şərəfinə feyxoa adlandırılıb. Feyxoanın tam tərkibinin müəyyən edilməsində bu şəxsin əvəzsiz rolu olub.Yetişmiş meyvələrində orta hesabla 6,9 faizə qədər şəkər, 2,5 qədər üzvi turşular, C vitamini var. Feyxoa yeganə meyvədir ki, orqanizmi yodla təmin etməsinə görə onu dəniz məhsulları ilə müqayisə etmək olar. Ortaya maraqlı bir sual çıxır. Bəs nə üçün yod bizim orqanizmimizə lazımdır? Cavab çox sadədir. Çünki yod insanın yaddaşını gücləndirir,eyni zamanda düşünmə qabiliyyətinin fəal inkişafına səbəb olur, habelə insanı psixi pozğunluqlardan tamamilə uzaqlaşdırır. Əgər orqanizminizdə yod yeterincədirsə,o zaman əmin olun ki, siz özünüzü gümrah, şən, əks halda siz daim özünüzü yorğun, gücdən düşmüş və sanki heç nəyə həvəsiniz olmamış kimi hiss edəcəksiniz.Yodla bərabər feyxoa özündə 93 mineral maddələri cəmləşdirir. Feyxoanın tərkibində zəngin vitaminlərdən ibarət makro və mikro elementlər, habelə təbiətin ona bəxş etdiyi alma turşusu da var. Bu da insanın simasına xüsusilə gözəllik verir. Feyxoa eyni zamanda qalxanvari vəzini, ateroskleroz, pielonefrit ( böyrək problemi) , mədə-bağırsaqda qastrit, kolit və s. kimi xəstəliklərin müalicəsində böyük əhəmiyyətə malikdir.Əgər sizin dəri ilə probleminiz varsa o zaman feyxoa yağı istifadə edə bilərsiniz. Yaxud dərinizdəki ləkələri aparmaq üçün feyxoanı şirə çəkən maşından keçirin, yaxın dərinizə . Tərkibindəki bolluca C vitamini ləkələrin təmizlənməsinə kömək edəcək. Həmçinin soyuducunun buz dolabına töküb daim üzünüzə çəkə bilərsiniz. Nəticənin mükəmməl olacağından əmin ola bilərsiniz. Xəstəliklərdə istifadə etmək üçün 1:1 şəkərlə feyxoa götürülür, bura qabıqlı halda limon və portağal da çəkə bilərsiniz . Daim soyuducuda saxlanılır. Bundan səhər və axşam 1 xörək qaşığı qəbul etmək lazımdır. 10 gün qəbul edib, 10 gün istirahət etmək məsləhətdir. Feyxoa həmçinin, stenokardiya xəstəliyinin müalicəsinə də kömək edir. Həmçinin uşaqlarda boğaz ağrısına qarşı, qan artmasına, immun siteminin artmasına yardımçı olacaq.


Şərhlər: 9
Baxılıb: 728
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
sizin 1205
Sevirem fexoani
4 aprel 2016 21:10
# 9
L
Asya
Feyxoani cox xowlayiram,bele cox faydali oldugunu bilmirdim,tewekkurler
2 aprel 2016 16:13
# 8
Ayka I-va
tewekkurler ...
1 aprel 2016 18:25
# 7
Miss_Oxatan
Menim bunun iyi gelende bawim agriyir,eve de almaga qoynuram.iyini goturmurem.
1 aprel 2016 12:30
# 6
İlan hər nə qədər ürpəndiyim və sevmədiyim canlı olsa da,ancaq,ikimizin,yəni ilanla mənim bir oxşar cəhətimiz var,"Dəymə mənə,dəyməyim sənə!" yayMiss_Oxatan♐
lale.veliyeva19
heç ama heç sevmirəm br sözlə nifrət edirəm bu meyvəyə
1 aprel 2016 12:21
# 5
Nur içində yat ürəyim mən qatilini çox sevdim...

vipbetul
sekere davleniyasi olanlara yaxsi tesir edir
1 aprel 2016 12:16
# 4
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
qanadli melek
Feyxoani cox sevirem agaci var mehlemizde doya doya yeyirem)
1 aprel 2016 12:12
# 3
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
NURANE
Mende feyxoa yeyenem
1 aprel 2016 11:13
# 2
zalimin zulmu varsa seveninde Allahi var
BARBI
Feyxonani cox xoslayiram. Xususende murebbesi leziz olur. Qisda soyuqlamanin dermanidir
1 aprel 2016 08:05
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz