Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Hər dərdə dəva olan heyvanın faydaları
Hər dərdə dəva olan heyvanın faydaları
Göndərən: NoName
Şərhlər: 6
Baxılıb: 808
Səs ver:
A və B vitaminləri ilə zəngin olan heyva qış fəslinin əvəzolunmaz meyvələrindən biridir. Şəkər miqdarı olduqca aşağı olan bu meyvə eyni zamanda insanı rahatlatmaq və sakitləşdirmək xüsusiyyətinə malikdir.

Heyvanın bilmədiyiniz digər faydaları:
- Mədə və bağırsaqları gücləndirir.

- İshalı kəsməkdə təsirlidir.

- Qara ciyərin fəaliyyətini yaxşılaşdırır.

- Qanı təmizləyir.

- Ürək döyüntüsünə xeyir edir. Ürəyə qüvvət verir və rahatladır.

- Öskürməyə faydalıdır.

- Dərini təmizləyir, dırnaqları bərkidir.

- Varikozun qarşısını alır.

Bundan başqa, heyva ağ ciyər, böyrək, boğaz, göz və ağız sağlamlığı üçün də faydalıdır. Heyva damar sərtliyinə xeyir edir, təzyiqi endirir. Yarpaqlarından hazırlanan çay ürək ağrılarına yaxşı təsir edir və insanı sakitləşdirir. Həmçinin yarpaqlarını qaynadıb, suyu ilə qarqara etmək, yarpaqlarını isə boğaza kompress kimi qoymaq boğaz ağrısının və şişməsinin keçməsinə kömək edir. Kərə yağında bişirilən heyva nəfəs yolu xəstəliklərinə, xroniki öskürəyə, bronxitə və vərəm xəstəliyinə xeyirlidir. Heyva çiçəyini bal ilə qatıb udanda baş ağrısını kəsir. Bundan başqa, heyvanın çiçəyini qaynadıb, suyunu içmək ürək döyüntüsünü kəsir, ürəyi qüvvətləndirir və ananın südünü artırır.

Heyva qanamanı dayandırmaqda da təsirlidir. Burnunuz qanayarkən heyva suyunu burna çəkmək qanamanı dayandırmağınıza kömək edəcəkdir. Bundan əlavə, heyvanın üzərindəki tükləri qanayan yerə qoyduqda da qanamanı kəsir.

Heyvanın özünü və tumunu qaynadıb suyunu içmək qadınlarda doğumu asanlaşdırır, iştah açır, böyrək və sidik yolu iltihablanmalarının qarşısını alır.

Gözlərə xeyirlidir. Göz ağı, göz qapağı və kirpiklərin iltihablanması zamanı heyva yarpağını qaynadıb soyutduqdan sonra gözlər bu su ilə gündə bir neçə dəfə yuyulur.


Şərhlər: 6
Baxılıb: 808
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
kiraz mevsimci kiz
oskurewnde hemise heyva tumunu demleyib icirem
11 mart 2016 21:55
# 6
RƏBBİM bütün əsgərlərimizi qorusun qardaşımda onların içində
vipbetul
sirin heyva xosluyuram
11 mart 2016 16:13
# 5
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
ɢüмüş
Heyvani o qeder de xoslamiram.
11 mart 2016 09:41
# 4
Dosta_inam
Heyvanı çox xoşlayıram, çox faydalı meyvədir, həm özü həm tumu.
11 mart 2016 09:30
# 3
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
isveç.de
Hal hazırda bizdə həm mürəbbəsi var həm özü var +də qaynadıb suyunu hərgun içirəm.
11 mart 2016 09:22
# 2
Mene sual verilse en boyuk dusmenin kimdir? Deyerem Anamin goz yaslari...

Arxamca danismaga davam et,chunki qarsima chixacaq qeder cesur deyilsen...
BARBI
Heyva cox faydalidir. Cox xoslayiram. Heyvanin tumunu qaynadib icirem.
11 mart 2016 09:08
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz