Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Balqabaq şirəsinin faydaları
Balqabaq şirəsinin faydaları
Göndərən: Lola_Maya_
Şərhlər: 10
Baxılıb: 1212
Səs ver:
Orqanizmin xolestroldan və ağır metallardan təmizlənməsində mühüm rol oynayır.
Balqabağın dünyada 700-ə qədər növü mövcuddur. Bunlardan 3-ü - adi, irimeyvəli və muskat növləri Azərbaycanda daha geniş becərilir. Bir çox vitamin preparatlarının, şirniyyat sənayesində sukat və müxtəlif içliklərin hazırlandığı balqabağın şirəsinin nə qədər faydalı olduğunu bilirsinizmi?

Balqabaq şirəsinin faydaları
Uzun sürən müalicə proseduralarından, gərgin fiziki və zehni yorğunluqdan sonra orqanizmin bərpası üçün balqabaq şirəsi ən yaxşı vasitə hesab olunur. Onun tərkibində pektin olduğu üçün bu içki güclü antioksidantdır. Buna görə də balqabaq şirəsi orqanizmin xolestroldan və ağır metallardan təmizlənməsində mühüm rol oynayır.

Balqabaq şirəsi sidikqovucu xassəyə malikdir. Böyrək daşlarının salınması üçün təbii məlhəmdir. Bu şirə maddələr mübadiləsini normallaşdırır, qaraciyərin fəaliyyətini yaxşılaşdırır, mədə-bağırsaq sisitemi üçün xeyirlidir.

Ürək damar xəstəlikləri zamanı balqabaq şirəsindən istifadə olduqca faydalıdır. Hipertoniyadan əziyyət çəkənlər də balqabaq şirəsindən faydalana bilərlər. O, qan təzyiqinin aşağı salınmasında əvəzolunmaz vasitədir.

Bu şirə qanda şəkərin də səviyyəsini aşağı salır. Buna görə də şəkərli diabet xəstəliyindən əziyyət çəkənlərə balqabaq şirəsi məsləhət görülür.

Balqabaq şirəsi prostat vəzin xəstəliklərinə qarşı profilaktika üçün ən yaxşı içkilərdən biri sayıla bilər. Bu möcüzəvi faydaları olan içki hamilə qadınların ümumi vəziyyətinə də müsbət təsir göstərir. Xüsusilə ürəkbulanma zamanı balqabaq şirəsi öz effektini verir.

Xanımlar bu şirədən dırnaq və saç qulluğunda istifadə edə bilər. Balqabaq şirəsi saç və dırnağın struktrunu möhkəmləndirir.

Uşaqlarda raxitin inkişafının qarşısının alınması üçün balqabaq şirəsindən istifadə etmək məsləhət görülür. Balqabaq şirəsini gün ərzində 1 stəkandan artıq içmək məsləhət görülmür.

Unutmayaq ki, hər bir qidanın faydası olduğu kimi zərəri də var. Ona görə də hər şeydən qədərində yararlanmaq lazımdır. Eynilə də balqabaq şirəsidir ki, mədə və on iki barmaq bağırsağın xorası, həzm orqanlarında kəskin problemlərin olduğu zaman balqabaq şirəsindən məhdudiyyətlə istifadə olunmalıdır. Bu şirədən müalicə məqsədilə istifadə etdikdə həkimlə məsləhətləşməyi unutmayın.


Şərhlər: 10
Baxılıb: 1212
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Happy
Bir dəfə içmişəm xoşlamadım amma çox faydalıdı
30 noyabr 2015 00:36
# 10
aynur2002
mEN YOX AMMA ATAM HEMİSE İCİR HEQİİQETEN DE COX FAYDASİ VAR
29 noyabr 2015 21:55
# 9
Əvəz edilməz insan yoxdur...
-Sadəcə insan varki onu başqası ilə əvəz etmək
istəmirsən...!
arzum-aysum
balqabagin faydalı olduğunu bilirem, şirəsini içə bilmirəm, amma plovunu bisirirem
29 noyabr 2015 20:56
# 8
Qarşına ümüdlə bax, arxana şükürlə, yuxarıya imanla, ətrafına hörmətlə...
mehemmedcik
Çox xeyirlodi
29 noyabr 2015 20:22
# 7
Sevmək gözəldi,sevilmək ondan da gözəldi.
vipbetul
lazimli faydali melumatdi
29 noyabr 2015 19:57
# 6
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Grsu
Men bunu ice bilmerem...
29 noyabr 2015 15:28
# 5
✴Eşqime xeyanet etdiyin üçün hemişe menim ahimla yaşayacaqsan!....❇
evli.mutlu.cocuklu
balqabagi sevmirem hec
29 noyabr 2015 12:40
# 4
Fialka
Balqabaqdan hazırlanan yeməyi heç amma heç sevmirəm bu xəbərin sayəsində evdəki balqabağın şirəsini çəkdim dadı şirin və qarpız qoxusunu dadında hiss etdirdi təşəkkürlər faydalı xəbərə görə :)
29 noyabr 2015 12:32
# 3
BARBI
Balqabaq siresini markofla birge icmisem. Cox faydalidir. Qis aylarinda bol icilmelidir
29 noyabr 2015 11:48
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
yarpaq33
Balqabaq wiresinin faydasini cox ewitmiwem hetta qadinlarda olan kistani ve fibroz kistoz mastopatiyani bele eridir bunu sinayanlar dogurdan sagalib ozum wahid olmuwam cox faydalidir
29 noyabr 2015 11:45
# 1
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz